Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

Bağçada uşaqların ekoloji tərbiyəsi

Bookmark and Share

Məlum olduğu kimi, müasir dünyanın ən böyük problemlərindən biri ekoloji problemdir. Ekologiyanın pisləşməsi, ətraf mühitin çirklənməsi bütün ölkələrdə olduğu kimi, respublikamızda da ciddi narahatlıq doğurur. Elə buna görə də Prezident İlham Əliyev 2006-cı il sentyabrın 26-da Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı haqqında sərəncam imzalamışdır. Habelə Prezident sərəncamı ilə ölkəmizdə 2010-cu il "Ekologiya ili" elan edilmişdir.

Bununla əlaqədar rəhbərlik etdiyim 3 nömrəli "Səadət" körpələr evi - Uşaq bağçasında "Təbiət, zaman və biz" devizi altında "Fəaliyyət planı" hazırlanmışdır.

Bağçada uşaqlara təbiəti, onun gözəlliklərini görməyi, bu gözəlliklərdən həzz almağı öyrətməklə onlarda təbiətə məhəbbət və əməksevərlik tərbiyə edilir.

Bağçamızda uşaqlara canlı və cansız aləmlə tanışlıq, təbiətin qanunauyğunluqlarını başa salmaqla yanaşı, onlarda vətənpərvərlik, canıyananlıq, mehribanlıq, tapşırıqlara əməl etmək, təmizkarlıq, qətiyyətlilik, doğruçuluq, dostluq, yoldaşlıq kimi mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması istiqamətində ardıcıl iş aparılır.

Uşaqların təbiətlə tanışlığı məşğələ, gəzinti, ekskursiya, həyətyanı sahədə və təbiət guşəsində iş prosesində davam etdirilir. Həmin prosesdə ətraf mühit barədə məlumatlar və praktik işlərin uşaqların yaş və qavrama səviyyələrinə uyğun olmasına xüsusi diqqət yetirilir.

Təcrübə göstərir ki, təbiətdə əmək uşaqların əqli və sensor tərbiyəsi üçün böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə tərbiyəçilər ekskursiyada müşahidə metodundan geniş istifadə edirlər. Belə müşahidələrin təşkili zamanı bitki və heyvanlar, canlı və cansız təbiət, təbii hadisələr, adamların təbiətdə əməyi, eləcə də əşyalar və hadisələr arasında asılılıq və səbəb-nəticə əlaqələri haqqında uşaqlara ətraflı məlumat verilir. Bu məqsədlə canlı və cansız təbiət nümunələrindən, "Yaxşı nədir, pis nədir?" mövzusunda tablolardan, quşlar, ev heyvanları, vəhşi heyvanlar haqqında albomlardan istifadə edilir.

Bağçamızda tez-tez ekskursiyalar təşkil olunur. Uşaqları Nəbatat bağına, zooparka aparırıq. Onlara başa salırıq ki, biz heyvanları qorumalıyıq, onlar təbiətin yaraşığıdır.

Təbiətin qoynunda məşğələlər zamanı öyrənmə hər uşaq üçün daha maraqlı fəaliyyət sahəsinə çevrilir, onların fəallığının artmasına zəmin yaradır. Burada tərbiyəçilər təbiətin gözəlliklərini duymaq üçün uşaqların diqqətini quşların oxumasına cəlb edir. Azərbaycan oyunları, milli xalq mahnıları və folklor nümunələrindən istifadə edirlər. Uşaqlar mahnı oxuyurlar. Təbiətdə bitkilərin forma və rənglərini, spesifik cəhətlərini fərqləndirirlər.

Təbiətdə müşahidə zamanı toplanmış faktlardan, uşaqların əldə etdikləri əyani təsəvvürlərdən riyaziyyat, rəsm, applikasiya, quraşdırma, əl əməyi, musiqi məşğələlərində də yeri gəldikcə istifadə olunur.  Həmçinin uşaqlarda təbiətin, vətənin hər qarış torpağı üçün məsuliyyət hissi, ekoloji təfəkkür, mədəniyyət tərbiyə edilir.

Biz uşaqlarda bitkilərin işığa, istiyə, torpağa, rütubətə tələbatı haqqında bilikləri də formalaşdırırıq. Belə ki, məktəbəhazırlıq qrupunda tərbiyəçi H.Sultanova bu mövzuda uşaqlarla bir neçə müşahidə və təcrübə aparmış, bitkilərin suya tələbatını əyani təcrübə ilə onlara başa salmışdır. Bütün bunlar uşaqlara təbiət guşəsindəki bitkilərə qulluq edərkən lazım olur.

Təcrübələrin məqsədi məhz uşaqlara ekoloji biliklərin verilməsindən ibarətdir. Bu zaman uşaqlarda təbiətə qayğıkeş münasibət və onu qorumaq cəhdi onların öz müşahidələri, aldıqları biliklər əsasında formalaşır ki, bu da uzun müddət onların yaddaşında qalır və ətraf aləmlə münasibətlərində onlar həmin biliklərdən çıxış edirlər.

Şahnaz ABDULLAYEVA,
Bakıdakı 3 nömrəli "Səadət"
körpələr evi-uşaq bağçasının müdiri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov