Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 

"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb

Bookmark and Share

 İstedadlar xalqa, dahilər bəşəriyyətə məxsusdurlar. Təfəkkür və təxəyyül qaynaqları kainat mənşəli olan istedadları aşkara çıxarmaq insan oğlunun ən müqəddəs vəzifəsi, savab işidir. Bunlar ailələrdə böyüyür, məktəbdə üzə çıxarılıb inkişaf etdirilirlər. Beləcə ümumxalq üçün maarif məbədi olan məktəb istedadlar üçün zənginləşmə, kamilləşmə, milli dəyərlərə çevrilmə məkanıdır.

Tarixi dövlətçilik, milli maarifləndirmə, əxlaqi-xəlqi ənənə və milli mənəvi və maddi dəyərlərə söykənməklə qloballaşan problemlərin həllinə insan kapitalını başlıca zəmanət və vasitə sayan Azərbaycan Respublikasında məsələlərin ictimai-iqtisadi, sosial-tarixi inkişaf parametrlərində müsbət yöndə reallaşdırılması çoxsaylı Dövlət Proqramları çərçivəsində həyata keçirilir. Belə Dövlət Proqramının biri Vətənimizdə istedadlı uşaqların (gənclərin) aşkara çıxarılması, onlara qayğı göstərilməsi ilə bilavasitə bağlı sənəddir. Dövlət səviyyəsində görülən bu istiqamətdə işlər Azərbaycanın sabahı üçün istedadların aşkarlanması, təhsili və milli-bəşəri  dəyərlər əsasında tərbiyəsidir. Belə pedaqoji-sosial fəaliyyət həyata keçirilən ümumtəhsil ocaqlarından biri Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyidir. 3 illik salnaməsi kifayət qədər ilkin uğurlarla əriş-arğac olan liseyin məzunları öz təhsil uğurları ilə tədris müəssisəsinin tarixinə ilk sətirləri yazıblar.

Daha bir dərs ili başa çatıb. Daha bir buraxılışın məzunları qəbul imtahanları verirlər və inanmaq olar ki, xoş soraq bu müəssisənin yaradıcı pedaqoji kollektivinə yeni dərs ili qabağı xoş ovqat bəxş edəcək. İndi liseyin müəllimləri V siniflərə test yolu ilə şagird qəbulunun təəssüratları ilə yaşayırlar.

Liseyin direktoru, kimya elmləri doktoru, professor Qasım Hüseynov yeni dərs ili ilə bağlı söhbət zamanı bildirdi: - Bu il liseyin Azərbaycan və rus bölmələrinin V siniflərinə qəbul olunmaq üçün xeyli sənəd verilmişdi. Azərbaycan bölməsinə 548 sənəd götürülmüşdü. Əslində qəbul 50-60 nəfər arasında nəzərdə tutulmuşdu. Artıq 60 nəfər seçilib götürülmüşdür. Rus bölməsinə 88 nəfər ərizə vermişdi, onlardan maksimum 20 nəfər topladığı bala görə liseyə qəbul edildi.

Seçim test yolu ilə aparıldı. Əsas fənn riyaziyyat olur. Şagirdlər riyaziyyatdan 35, ana dilindən 25, ingilis dilindən 10 suala cavab tapmalı idilər.

İmtahanlar çox mütəşəkkil keçirildi. Seçim-qəbul prosesinə ciddi nəzarət vardı; belə ki, BDU-dan 25, pedaqoji kollektivin qeyri-ixtisas müəllimlərindən 25 nəfər imtahanlarda iştirak etdi. Obyektivlik naminə valideynlərə də imtahanları müşahidə etmək imkanı verildi.

Xatırladım ki, test cavablarının şifrələnməsi bilavasitə ali məktəb - Bakı Dövlət Universiteti tərəfindən aparılır. Bu il də belə oldu. Bir həftə ərzində cavablar məlum oldu. Bir faktı qeyd edim ki, keçən illə müqayisədə keçid balı aşağı oldu. Səbəb bu idi ki, riyaziyyatdan testləri BDU-nun müəllimləri hazırlamışdılar. 548 nəfərdən cəmi 60 nəfər qəbul etmək planlaşdırılmışdı. Odur ki, proqramdan kənara çıxmamaq şərti ilə məntiqi düşüncə tələb edən suallara üstünlük verildi. Nəticədə uşaqların bir qismi riyaziyyatdan zəif nəticələr qazandı. Doğrudur, daha yüksək göstəriciləri ilə seçilənlər də oldular. Məsələn, Azərbaycan bölməsində 51, rus bölməsində 47 bal toplayan var. Keçid bal Azərbaycan bölməsində 30,25, rus bölməsində 30,5 oldu.

İyunun 21-də məlumat xüsusi lövhələrdən asıldı. Bir həftə ərzində apelyasiya komissiyası fəaliyyət göstərdi. Seçimdən narazı qalan olmadı. Seçim və nəticələr ilə bağlı kütləvi informasiya vasitələrində məlumat verildi.

***

Söhbət zamanı aydın oldu ki, elə məktəb var bir neçə şagirdi seçimdə iştirak edib. Bu baxımdan Şəhriyar adına 193 nömrəli məktəbin şagirdlərinin göstəriciləri daha ürəkaçan olub. Tədris ocağının şagirdi Lamiyə Mahmudova daha yüksək bal toplayıb.

Belə istedadlı uşaqların tələb və istəklərinə cavab verəcək müəllimlərin seçilməsi - indi lisey rəhbərliyini düşündürən başlıca məsələ budur.

BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun lisey kollektivi qarşısında qoyduğu tələb budur: Buranı bitirən gənclər gələcəkdə Azərbaycanda aparıcı mövqelərdə olsunlar!

Təbii ki, bunun üçün səmərəli, məqsədyönlü, sistemli elmi-pedaqoji fəaliyyət genişləndirilməlidir.

Yeni dərs ilində liseydə təxminən 450-yə yaxın şagird təhsil alacaq. Qarşıdakı dərs ilinə hazırlıq istiqamətində cari təmir işləri görülür; kabinet və laboratoriyalar zənginləşdiriləcək...

Şamxəlil MƏMMƏDOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov