Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 

"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi

Bookmark and Share

Avropa Təhsil Siyasəti Şəbəkəsi Mərkəzi (NEPC) iyunun 27-dən iyulun 2-dək Gürcüstanda "Müasir dövrdə liderlik: keçid dövrünü yaşayan cəmiyyətlərdə təhsil liderliyi" mövzusunda yay məktəbi təşkil etmişdir. Məktəbə 12 ölkənin - Azərbaycan, Gürcüstan, Rumıniya, Xorvatiya, Slovakiya, Estoniya, Türkiyə, Nepal, Monqolustan, ABŞ, İrlandiya və Braziliyanın nümayəndələri dəvət olunmuşdu.

Bazaleti gölü sahilində keçirilən məktəbin iştirakçıları həm təbiətin gözəlliyindən, həm də məktəbin səmərəli təşkilindən çox məmnun qaldılar. Zaqrebdə yerləşən NEPC təşkilatının icraçı direktoru Lana Jiriko, proqram meneceri Asya Korbar, amerikalı mühazirəçilər Katrin Maqno, Lystra Riçardson, Azərbaycandan Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə iştirakçıları çox səmərəli müzakirələrə və təqdimatlara cəlb etdilər.

Yay məktəbində müasir dövrdə yeni təhsil siyasətində kurikulumun inkişafı, məktəb liderliyi və onun idarəolunması, təlimin demokratik şəkildə təşkili, məktəb-valideyn birliyi və onun prinsipləri, məktəb liderlərinin yaradılması və məktəbin sistemli, müasir standartlarla idarə olunması və digər mövzularda maraqlı müzakirələr və təqdimatlar oldu.

Keçirilən təqdimatlar sorğu və diskussiya xarakteri daşımaqla iştirakçıları maraqlandıran problemləri əhatə etdi. Katrin Maqno və  Lystra Riçardsonun sırf liderlik mövzularına aid təqdimatlarında liderliyin tipləri, yaradılması yolları, prinsipləri, təhsildə oynadığı mühüm rol qeyd olundu və təcrübi xarakterli videofilmlər nümayiş etdirildi.

İştirakçılar liderlik tipləri və bacarıqları üzrə müəyyən inventorları nəzərdən keçirərək öz liderlik tiplərini müəyyən etdilər, öz fəaliyyət və bacarıqları sayəsində hansı dəyərlərin qazanılması və yüksək nəticələr əldə edilməsi yollarını müəyyənləşdirdilər.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçiləri Vüqar Əbdülrəhimov və Natiq Əliyev müzakirələrdə fəal iştirak edərək təhsilin idarə olunması sahəsində qarşıya çıxan problemlər və liderlik siyasəti ətrafında keçirilən suallara dolğun cavablar verdilər. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə Azərbaycan təhsilində əldə olunan uğurları, aparılan təhsil islahatının müsbət cəhətləri və həll olunacaq problemlər haqqında məlumat verərək, "Təhsildə liderlik mövzusunda ölkələr üzrə araşdırmalar" mövzusunda çox mükəmməl və maraqlı bir təqdimat keçirərək iştirakçıları ətraflı müzakirəyə cəlb etdi. Elə həmin mərkəzin beynəlxalq dərəcəli təlimçisi və Liderlik-Administrasiya üzrə Amerika Universitetinin məzunu Raziyə İsayeva özünün fərqli fikirləri ilə çıxışlar edərək təhsildə uğurlu nəticələrin qazanılması yolunda liderliyin və idarəolunmanın müasir modellərindən nümunələr gətirdi.

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Amerika Volden Universitetinin "Təhsildə Liderlik və Administrasiya Proqramı üzrə məktəb direktorlarının hazırlanması" proqramının məzunu kimi mən də Təhsil Sektorunun İnkişafı layihəsi olan Milli Kurikulum və onun tətbiqi sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edərək məktəblərin idarə olunmasında kurikulum standartlarının tətbiqinin vacib olduğunu vurğuladım və məktəb liderliyində, idarəolunmasında məktəb direktorları üçün standartların hazırlanmasının zəruri olduğunu qeyd etdim.

Bakı şəhər 238 nömrəli məktəbin ingilis dili müəllimi Təranə Böyükzadə bu layihə çərçivəsində Amerikanın Konnektikut ştatına səfəri ilə əlaqədar məktəb təcrübələrini iştirakçılarla bölüşdü.

Yay məktəbi çərçivəsində Amerika Viskonsin Universitetinin Təhsil Siyasəti və Kurikulumun inkişafı üzrə professoru Maykl Applinlə görüş maraqlı oldu.

Yay məktəbinin iştirakçıları Gürcüstanın tarixi yerlərinə - Msxeta qədim şəhərinə səyahət edərək ölkənin keçmişi ilə yaxından tanış oldular. Tiflis şəhərinin mərkəzində ulu öndərimiz Heydər Əliyevin şərəfinə salınmış parkla tanışlıq və ümummilli liderimizin abidəsini ziyarət etmək daha yaddaqalan oldu. Tədbirdə yay məktəbinin növbəti il üçün mövzuları müəyyən edildi.

Fəridə HÜSEYNOVA,
Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin böyük elmi işçisi

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov