Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 

Yaradıcı müəllim

Bookmark and Share

Haqqında söhbət açacağım müəllim, məktəbşünas, bacarıqlı təşkilatçı Soltanağa Cəfərovun peşəkarlıq və insanlıq cəhətlərini önə çəkərək onu tanıyanların mühakiməsinə verirəm. 

Soltanağa müəllim Masallının Xoşçobanlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirib. Orta məktəbdə coğrafiya müəllimi, 23 il məktəb direktoru işləyib, ordu sıralarında zabit kimi xidmət edib. Soltanağa müəllimin ilk müəllimlik illərini xatırlayanlar deyirlər ki, o, məktəbə əsl müəllimlik "ab-havası" gətirmişdi. Şagirdlərinə qarşı dərin sevgi və böyük tələbkarlıq münasibətində olan, fənninin tədrisinə istedadlı pedaqoq, yaradıcı və tədqiqatçı müəllim kimi yanaşan Soltanağa müəllim hələ o vaxtlar bu günün nəbzini tuta bilmişdi: - "Şagirdlərimizə yalnız bərabərhüquqlu yoldaş, əsl mənada şəxsiyyət kimi baxmaqla onları istədiyimiz səviyyədə tərbiyə edə bilərik". Məhz bu yanaşmanın nəticəsi idi ki, Soltanağa müəllimin şagirdlərindən çoxu ali məktəblərə qəbul olurdu, onlarca yetirməsi isə bilavasitə onun yolunu seçirdi. Müxtəlif səviyyəli bilik yarışlarında, olimpiadalarda S.Cəfərovun yetirmələrinin qazandığı uğurlar rayon təhsili üçün mənəvi örnəkdir. Sığıncaq kənd orta məktəbinin direktoru olarkən Soltanağa müəllimin yorulmaz fəaliyyəti nəticəsində yararsız vəziyyətdə olan məktəb binası yay tətili ərzində yenidən tikilib istifadəyə verildi. Kənd ictimaiyyəti həmin hadisəni indi də yaxşı xatırlayır.

1993-cü ildə S.Cəfərov Masallı RTŞ-a dəvət olunur. O, coğrafiya fənni üzrə metodist vəzifəsində işə başlayır. Rayonun coğrafiya müəllimlərinin əlaqəli işini qurmaqla çox şeyə nail olur, tədrisin səviyyəsi yüksəlir.

Rayondakı  istedadlı  şagirdlərin  bir  mərkəzdə  birləşmələri,  daha  yüksək  təhsil göstəriciləri  qazanmaq  məqsədi  ilə  o,  1997-ci  ildə  bir qrup məsləkdaşı ilə birlikdə "Dəfinə" məktəb-liseyin yaradılmasına nail olur və həmin liseydə coğrafiya fənnini tədris edir.

2007-ci ildə Masallı RTŞ-da Soltanağa müəllim böyük məsləhətçi vəzifəsinə təyin olundu. Məktəbşünaslığı əla bilən S.Cəfərov mövcud problemlərin aradan qaldırılması, təhsil prosesinin düzgün məcraya yönəldilməsi üçün peşəkarlığını əsirgəmədi. Bunu rayonun pedaqoji ictimaiyyətinin Soltanağa müəllimə olan hörmət və sevgisi də sübut edir.

S.Cəfərov yaradıcı müəllimdir. Respublika pedaqoji mühazirələrində, "İlin müəllimi" müsabiqələrinin respublika turunda qazandığı diplomlar müəllimin metodiki ustalığının sübutudur. Onun müxtəlif illərdə "Coğrafiyadan testlər", "Coğrafiyadan riyazi hesablamalar", "Azərbaycan Respublikasının coğrafiyasından testlər" adlı kitabları coğrafiya müəllimlərinin, abituriyentlərin, bu elmə marağı olanların stolüstü kitablarına çevrilmişdir.

Mehriban ailə başçısı olan Soltanağa Cəfərovun övladlarının dördü də müəllimlik sənətini seçib. Oğlanları Famil və Fərəc isə bilavasitə atalarının davamçısıdır. 

Əlinaz TALIBOV,
Masallı rayonunun Yeddioymaq kənd

1 nömrəli orta məktəbinin riyaziyyat müəllimi,

əməkdar müəllim

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov