Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 

"Azərbaycan müəllimi" qəzetinin 13 mart 2009-cu il tarixli nömrəsində verilmiş "Bildiriş"ə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin IV sinifləri üçün kurikuluma uyğun olaraq dərslik komplektlərinin (dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait) hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir

Bookmark and Share
  I. Açıq tender aşağıdakı 14 lot üzrə keçirilir.   (yüklə)
(yüklə)
 

İngilis, fransız və alman dilləri üzrə dərslik komplektləri təlim Azərbaycan və rus dilində olan ümumtəhsil məktəbləri üçün eynidir.

  (yüklə)
(yüklə)

II. Tenderdə nəşr və çap sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı olan nəşriyyat-poliqrafiya müəssisələri (müəllif və ya müəlliflər qrupu ilə birlikdə) iştirak edə bilərlər.

III. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və qiymətləndirilmə meyarları "Əsas şərtlər toplusu"nda öz əksini tapır.

IV. Tenderdə İddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən 20 avqust 2010-cu il tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidir:

Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

İştirak haqqının ödənilməsini  təsdiq edən bank sənədi;

Dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti;

Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında Şəhadətnaməsinin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti;

Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti;

Vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə);

Son bir ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

Son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş balansı (forma ¹2 ilə birlikdə) və ya vergi bəyannaməsi.

Nəşr və çap işləri sahəsindəki təcrübəsi barədə məlumat;

Sənədlər təqdim olunan vaxta Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı;

Nəşriyyatın (mətbəənin) işçiləri, avadanlıqları və çap maşınları  haqqında məlumat (təqdim olunan formaya uyğun);

Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

İşin icrası ilə bağlı subpodratçı qismində başqa mətbəələrdən istifadə olunub-olunmayacağı barədə məlumat; Əgər istifadə olunacaqsa, həmin mətbəə ilə tender iştirakçısı arasında bağlanmış müqavilənin (və ya hüquqi sənədin) təsdiq olunmuş surəti əlavə olunur.

Qeyd: İddiaçı təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.

V. Tenderdə iştirak haqqı aşağıdakı kimi müəyyən edilmişdir:

I lot üzrə - 2273 manat (iki min iki yüz yetmiş üç manat)

II lot üzrə - 112 manat (yüz on iki manat)

III lot üzrə - 216 manat (iki yüz on altı manat)

IV lot üzrə - 1680 manat (min altı yüz səksən manat)

V lot üzrə - 930 manat (doqquz yüz otuz manat)

VI lot üzrə - 1096 manat (min doxsan altı manat)

VII lot üzrə - 658 manat (altı yüz əlli səkkiz manat)

VIII lot üzrə- 85 manat (səksən beş manat)

IX lot üzrə - 70 manat (yetmiş manat)

X lot üzrə - 157 manat (yüz əlli yeddi manat)

XI lot üzrə - 846 manat (səkkiz yüz qırx altı manat)

XII lot üzrə - 87 manat (səksən yeddi manat)

XIII lot üzrə - 757 manat (yeddi yüz əlli yeddi manat)

XIV lot üzrə - 757 manat (yeddi yüz əlli yeddi manat) 

Tenderin "Əsas şərtlər toplusu" və "Ümumi təhsilin Milli Kurikulumu" (ibtidai təhsil pilləsinə dair) tenderdə iştirak edəcəyi hər bir lot üzrə müəyyən edilmiş  məbləğdə iştirak haqqı ödəyən iddiaçıya veriləcəkdir. 

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Bakı şəhəri, Az 1008, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, Beynəlxalq Bankın Mərkəzi Filialı, VÖEN: 9900001881, Kod 805722, Müxbir hesabı 0137010002944, S.W.I.F.T. - Bik IBAZAZ 2 X, MNDXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi, VÖEN: 1700986181, Hesab ¹ 33205019449328518204   

İştirakçıların iddiaçı statusu almaq üçün tender keçirənə ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.

VI. İddiaçılar tender elanında və ya "Əsas şərtlər toplusu"nda göstərilən bütün lotlar və ya hər lot üzrə yalnız bir təklif  verə bilər. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir və həmin lot üzrə təqdim olunan tender təklifləri (texniki və maliyyə təklifi) olan zərflər (bağlamalar) açılmır.

VII. Hər bir lot üzrə vahid tender təklifi təqdim olunmalıdır: Buna məzmun (keyfiyyət) və maliyyə qiymətləndirilməsi üçün verilən tender təklifləri daxildir:  

- İddiaçı iştirak etdiyi hər bir lot üzrə təklifin təqdimat vərəqəsi ilə birlikdə hazırladığı dərslik komplektinin son çap versiyasını özündə əks etdirən tam həcmdə rəngli maketini 5 (beş) nüsxədə (termoyapışqanla cildlənmiş şəkildə), kitabların mətn və üz (cild) kağızlarının keyfiyyətini, cildləmə üslubunu, ölçüsünü (formatını), ümumi həcmini nümayiş etdirən hazır boş modelini 1 (bir) nüsxədə təqdim etməlidir.

- Dərslik komplektinin rus dilinə olan tərcüməsi isə son çap versiyasını özündə əks etdirən 1 (bir) çap vərəqi həcmində (8 səhifə, cildi ilə birlikdə) olan mətn şəklində və rəngli maketi 1 (bir) nüsxədə təqdim olunmalıdır. Hər bir lot üzrə təqdim olunan dərslik komplektinin maket və modelləri (Azərbaycan və rus dillərində) bir bağlamada (zərfdə və ya qutuda) təqdim olunur.

- Bağlamanın (zərfin) üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalı, bağlandıqdan (yapışdırıldıqdan) sonra iddiaçı tərəfindən imzalanmalı və möhürlənməlidir.

- Dərsliklərin, iş dəftərlərinin və müəllim üçün metodik vəsaitlərin üzərində və içərisində iddiaçının və ya müəlliflərin adını açıqlayan hər hansı bir məlumat və ya müəllifin soyadı və adının qeyd olunacağı yerə işarəetmə,  qeyd və digər şərti işarə olmamalıdır. Təqdim olunan komplektlərin cildləri plyonkasız və laminasiyasız olmalıdır.

Dərslik və müəllim üçün metodik vəsaitin cildinin son səhifəsində pulsuz sözü yazılmalı, iş dəftərinin sonunda isə qiymət yeri boş saxlanılmalıdır. 

Qeyd: Yalnız boş modellərin üzərinə onun hansı lota aid olduğunu bildirən, texniki şərtləri əks etdirən yarlıq (etiket) vurulmalı və onların (dərslik və müəllim üçün metodik vəsaitlərin) bloku sap-tikişlə olmalı, üzlüyü (cildi) isə termoyapışqanla bərkidilərək  laminasiya edilməlidir. İş dəftəri isə tel-tikişlə olmalıdır.

- İddiaçı iştirak etdiyi hər bir lot üzrə dərsliyə və müəllim üçün metodik vəsaitə dair qiymət təklifini (maliyyə təklifini), təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 2%-i həcmində olan bank təminatını,  "Dövlət satınalmaları haqqında" Qanunun və "Əsas şərtlər toplusu"nun tələblərinə uyğun hazırlayaraq bir ədəd  "Əsli" və bir ədəd "Surəti" olmaqla ayrı-ayrı zərflərə qoyur və həmin zərfləri isə digər bir zərfə qoyaraq təqdim edir. Hər bir zərf iddiaçı tərəfindən imzalanmalı, möhürlənməli, üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalıdır.

- İş dəftəri qalib iddiaçının (nəşriyyatın) maliyyə vəsaiti hesabına çap edilir.

- Qiymət (maliyyə) təklifinin dəyərinə dərslik və müəllim üçün metodik vəsaitlərin hazırlanması, nəşr və çap xərcləri, bütün poliqrafik materialların dəyəri, hazır məhsulun müəyyən edilmiş təyinat məntəqəsinə təhvil verilməsi, sığorta, müəllif (müəlliflər) və elmi redaktorun qonorarı, mövcud qanunvericiliyə uyğun olaraq bütün vergilər, rüsumlar, eləcə də Dövlət Sosial Müdafiə Fonduna ödəniş və s. xərclər daxildir.

- Verilən təklifdə (maliyyə təklifində) bütün rəqəmlər (və ya təklifin ümumi məbləği) həm də sözlə yazılmalıdır. Tələb olunduğu təqdirdə hər bir lotun dəyərinə dair kalkulyasiya təqdim olunmalıdır.

- İddiaçının tender təklifinin qüvvədəolma müddəti zərflər (bağlamalar) açıldığı gündən sonra azı 30 bank günüdür.

- Qiymət təklifinin dəyərinin 2%-i həcmində olan bank təminatının (bu təminat səlahiyyətli bankdan olmalıdır) qüvvədəolma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən 60 bank günü artıqdır.

VIII. Qiymətləndirilmə:

Dərsliklərin, iş dəftərlərinin və müəllim üçün  metodik vəsaitlərin model və maketləri olan zərflər (bağlamalar), yəni texniki tender təklifi Tender Komissiyasının iclasında açılır və sənədləşdirilir, kodlaşdırılır və məzmun (keyfiyyət) qiymətləndirilməsi üçün Dərslikləri Qiymətləndirmə Şurasına verilir. Qiymət təklifi (maliyyə təklifi) olan zərflər isə açılmadan saxlanılır.  

Məzmun (keyfiyyət) qiymətləndirilməsinin nəticələri Tender Komissiyasının iclasında DQŞ tərəfindən elan edilir və bundan sonra kodlar açılır. Yalnız keçid balını toplamış dərslik komplektinin maliyyə təklifi (dərslik və müəllim üçün metodik vəsaitə dair) olan zərf (zərflər) açılır və sənədləşdirilir. Qiymət təklifləri Tender Komissiyası tərəfindən təhlil edilir.

Keçid balını toplamamış iddiaçıların tender təklifi rədd edilmiş sayılır və onlara bildiriş göndərilir.

IX. Məzmun (keyfiyyət) üzrə tələb olunan keçid balını toplamış iddiaçılardan ən sərfəli (ən aşağı) qiymət təklif edəni tenderin qalibi hesab edilir və bu barədə ona bildiriş göndərilir. Tenderdə dempinq (dəyərindən çox aşağı) qiymət verən iddiaçının təklifi qiymətləndirmədən kənarlaşdırılır. İddiaçının tenderə təqdim etdiyi maliyyə təklifində dempinq qiymətin verilməsi Tender Komissiyası və komissiyanın bu işə cəlb etdiyi peşəkar qiymətləndiricilər  (ekspertlər) tərəfindən malların ehtimal olunan qiyməti əsasında müəyyən edilir.

Satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin "Əsas şərtlər toplusu"na öz təşəbbüsü ilə və ya hər hansı iddiaçının sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin "Əsas şərtlər toplusu"nu almış bütün iddiaçılara göndərilir. Dəyişikliklər və əlavələr bütün iddiaçılar üçün məcburi qüvvəyə malikdir.   

X. İddiaçıların  hər bir lot üzrə dərslik komplektlərinin model və maketləri olan təklif (texniki təklifi) zərfləri (bağlamalar) və dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) qiymət təklifi  (maliyyə təklifi)  olan  zərfləri birlikdə 05 aprel 2011-ci il saat 18:00-dək Tender Komissiyasına təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri qəbul edilmir.

Tender təklifləri (texniki təklif) olan zərflərin (bağlamaların) açılışı

06 aprel 2011-ci il tarixdə, saat 15:00 - da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyində keçirilir.

XI. Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır.

Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti, 49, II mərtəbə, 206-cı otaq, Dərslik və nəşriyyat şöbəsi.

Əlaqə tel.: 496-34-97, 489-99-86; Faks: (+99412) 496-93-29; 496-34-83,

www.edu.gov.az , e-mail: [email protected] 

Tender Komissiyası

 
"Elanlar" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov