Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 İyul 2010 - 27

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 4200 müraciət daxil olub

Bookmark and Share

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub. Müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Bu iş Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilib.

İyun ayında "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Sorğuların 4000-ə qədəri ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş və eksternat qaydada keçirilən imtahanlar, onların nəticələrinin öyrənilməsi, apelyasiya şikayətlərinin qəbulu və onun yekunu barədə məlumatın əldə edilməsi, imtahanların keçirildiyi zaman şagirdlərin üzləşdikləri problemlər, eyni zamanda ümumi orta və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədardır. 

Digər sorğularda müəllimlərin işə qəbulu, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri  və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə bağlı olub. Eyni zamanda şagirdlərin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əməkhaqqının hesablanması qaydaları və digər  məsələlərə dair sorğularla da müraciət olunub.

Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti  Bakı, Gəncə, Sumqayıt şəhərlərindən, Abşeron, Şabran, Tərtər, Qazax, Quba, Lənkəran və digər rayonlardan olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və başqa məsələlər öz əksini tapıb.

Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseylərindən  və Saatlı Peşə Liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyəti olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunur.

Məlumat üçün qeyd edək ki, təhsil nazirinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" 21.05.2010-cu il tarixli, 632 saylı əmrinin icrası ilə bağlı "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da öz növbəsində ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2009-2010-cu dərs ilinin yay imtahan sessiyası dövründə "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən 41 müraciət daxil olub, onlardan 23-ü dövlət, 11-i özəl ali təhsil, 7-si orta ixtisas təhsil müəssisələrindən qəbul edilib.

Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının test üsulu ilə keçirilməsi, Boloniya prosesinin tətbiqi, pedaqoji və istehsalat təcrübələrinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi qaydaları və s. ilə bağlı olub.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirərək, qiymətlərinin yüksəldilməsinə apelyasiya qaydasında kömək göstərilməsini xahiş ediblər. Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və buna əsasən  tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə uyğun obyektiv qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələrindən daxil olan 11 müraciətdən 8-i Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı məsələlər  öz əksini tapıb. Eyni zamanda Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universitetindən də imtahan sessiyası dövründə şikayət xarakterli müraciətlər daxil olub. Bununla əlaqədar bütün müraciətlər yerində araşdırılıb və müəlliflərə cavab verilib.

Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Rabitə və Nəqliyyat Kolleci, Gəncə Humanitar Kolleci və Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu və Bakı Sənaye Pedaqoji Texnikumundan müraciətlər daxil olub. Həmin müraciətlərdə tələbələrin təqaüdlərinin vaxtında ödənilməməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin gecikdirilməsi barədə şikayətlər əks olunub.

"Qaynar xətt" xidmətinə daxil olmuş müraciətlərə əsasən aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin struktur bölmələrinə məlumat verilib. Eyni zamanda adıçəkilən təhsil müəssisələrinə gələcək fəaliyyətlərində  yol verilmiş nöqsanların aradan qaldırılması tövsiyə olunub.

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

16 İyul 2010 - 27

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə təsdiq olunmuş �Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq olunmuş � Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
�Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların� siyahısı
 
Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları
 
Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
 
Heydər Əliyev Fondu Yunanıstan səfirliyi ilə birgə internat-məktəblərdə alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihə həyata keçirəcək
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 4200 müraciət daxil olub
 
Qars Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi gənc nəsillərin maariflənməsinə işıq salır
 
Azərbaycan məktəblilərinin növbəti uğuru
 
ARDNŞ ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlərin verilməsi üzrə növbəti müsabiqə elan edib
 
Birinci sinif müəllimləri üçün təlim kursları keçirilir
 
Vyana Dövlət Universitetinin professoru Volfqanq Vislozil Bakı Dövlət Universitetində mühazirə oxuyacaq
 
"Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa"
 
Həsən bəy Zərdabi - xalq yaradıcılığının bilicisi
 
BDU-nun Elmi Şurasının iclası keçirilib
 
"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı oldu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Əlvida, bağça, salam, məktəb"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov