Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 İyul 2010 - 28

 

Müəllim jurnalist mükafatı aldı

Bookmark and Share

Şirvan şəhər 18 nömrəli məktəb-liseyin tarix müəllimi Alik Rzayevi şəhərin pedaqoji ictimaiyyəti həm də jurnalist kimi tanıyır. 60 yaşı gələn il tamam olacaq Alik müəllimin təxminən pedaqoji stajı qədər də jurnalistlik təcrübəsi var. 1969-cu ildə Əli Bayramlı Pedaqoji Məktəbinə daxil olub. 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş Alik Rzayevin ilk yazısı da mətbuatda məhz həmin il işıq üzü görüb.

Sonralar Bakı Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almış A.Rzayev müxtəlif illərdə Sabirabad rayonunun Ağacanlı (indi Hacıqabul rayonunun kəndidir) kənd səkkizillik məktəbində, Şirvan şəhər Bədən Tərbiyəsi və İdman Komitəsi nəzdindəki uşaq-gənclər idman məktəbində, 18 nömrəli orta, 152 nömrəli orta texniki peşə məktəblərində, şəhər təhsil şöbəsində müəllim, məşqçi, metodist vəzifələrində işləmiş, şəhər 13 nömrəli məktəbin direktoru olmuşdur. Hazırda 18 nömrəli təbiət-humanitar fənlər təmayüllü məktəb-liseydə tarix fənnini tədris edir. Onun pedaqoji stajı və təcrübəsi kimi jurnalist-publisist fəaliyyəti də kifayət qədər zəngin və əhatəlidir. 1969-cu ildən dövri mətbuatda çıxış edən Alik Rzayev müxtəlif qəzetlərin bölgə müxbiri, redaktor müavini, redaktoru olub. Alik müəllim qəzetimizlə də daim əlaqə saxlayır. "Azərbaycan müəllimi"ndə müxtəlif illərdə onlarca yazısı işıq üzü görüb.

Qabaqcıl pedaqoq və ictimaiyyətçi, jurnalist-publisist Alik Rzayev indiyədək 18 kitab və kitabça yazıb çap etdirmiş, 4 kitabın tərtibçisi və redaktoru olmuşdur. Onun müəllifi olduğu və müxtəlif illərdə ayrı-ayrı nəşriyyatlar tərəfindən çapdan buraxılmış "İstedadlar sorağında", "İstedadlar sərvətimizdir", "Əli Bayramlı musiqi məktəbi", "Yeniləşən məktəb", "Şərəfli peşə sahibləri", "Cəmiyyətin gələcəyi uşaqlar", "Sevincimiz uşaqlar", "Müəllim ömrü", "Sabahımız uşaqlar" və başqa kitabları sırf məktəblə, maariflə bağlı olub, təhsilimizə xidmətin bariz nümunələri kimi diqqəti cəlb edir. Həmin kitablar həm də Şirvan və Muğan zonalarında qabaqcıl müəllimlərin, istedadlı uşaqların üzə çıxarılması və ictimaiyyətə tanıdılmasında böyük rol oynayıb.

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğu bu günlərdə Alik müəllimin çoxillik jurnalistlik-publisistlik fəaliyyəti yüksək qiymətləndirilmiş, ona Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı verilmişdir. Tələbə yoldaşım Alik müəllimi təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayıram.

Yusif ƏLİYEV

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

23 İyul 2010 - 28

Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının  kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan milli mətbuatının dünəni və bu günü"
 
Jurnalistin intellekti və vətəndaş məsuliyyəti
 
Konfransda Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol təhlil edildi
 
Müəllim jurnalist mükafatı aldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ömür yolu - nur yolu"
 
"Şair və yazıçılarımızın həyatından maraqlı anlar"
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları seminar keçiriblər
 
Ucarda I sinif müəllimləri üçün treninq
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov