Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 İyul 2010 - 28

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Əliyev Ehtiram İsrayıl oğlu 

1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 1987-ci ildə doğma kəndlərindəki məktəbdə səkkizinci sinfi bitirmiş, sonra Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. O, 1992-ci ildə texnikumu bitirmiş və Milli Ordu sıralarına çağırılmışdır. Xidmət etdiyi hərbi hissədən Naxçıvan MR-na göndərilmiş, Sədərək və Batabat yaylağında erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. E.Əliyevin xidmət etdiyi hərbi hissə 1993-cü ildə Ağdama göndərilmişdir. O, Ağdam, Füzuli, Tərtər və Cəbrayıl rayonlarında aparılan hərbi əməliyyatlar zamanı xüsusi fədakarlıq göstərmişdir. Ehtiram 1994-cü ildə erməni təcavüzkarlarına qarşı aparılan döyüşlərin birində yaralanmış, müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır. Elə həmin il Tərtər bölgəsinə göndərilmişdir. 1996-cı ildə isə ordu sıralarından tərxis olunmuşdur. 1997-98-ci illərdə Bakının Sabunçu Rayon Polis İdarəsində işləmişdir. E.Əliyev 2000-ci ildə Təfəkkür Universitetinə daxil olmuşdur. Hazırda Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda sərnişindaşımanın təşkili şöbəsində çalışır.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Əliyev Ələkbər Həsən oğlu 

1955-ci il dekabrın 22-də Qubadlı rayonunun İşıqlı kəndində anadan olmuşdu. 1972-ci ildə rayonun Muradxanlı kənd orta məktəbini bitirmişdi. Sonra Sumqayıt  Politexnik Texnikumuna daxil olmuşdu. Təhsilini başa çatdıraraq iki il sovet ordusu sıralarında xidmət etmişdi. Hərbi xidmətdən qayıdaraq Qubadlı Rayon Kimya Birliyində çalışmışdı. O, bir müddətdən sonra doğma kəndlərinə dönərək, kənd əhalisinin istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin edilmişdi. Erməni təcavüzkarlarının doğma Qarabağımıza soxulduqları zaman Ələkbər özünümüdafiə dəstəsi yaradaraq Vətən torpağının müdafiəsinə qalxmışdı. O, öz müdafiə dəstəsi ilə Laçının Türklər, Səfiyan, Suarası kəndlərində fədakarlıqla vuruşmuşdu.

Ə.Əliyev 1992-ci il avqustun 7-də Suarası kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Əliyev Ələkbər Həsən oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Bakının Xətai rayonundakı 204 nömrəli orta məktəb onun adını daşıyır. 

Əliyev Əliyar Yusif oğlu 

1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olmuşdu. 1974-cü ildə kəndlərindəki məktəbdə orta təhsilini başa çatdırmışdı. Sonra o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olaraq, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdi. Bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmişdi. Əliyar 1980-1982-ci illərdə hərbi xidmət keçdikdən sonra Saransk Dövlət Universitetində müəllim işləmişdı. Ə.Əliyev 1983-cü ildə yenidən dogma yurda qayıdaraq bir müddət rayon orta məktəbində  müəllim, "Məhsul" kənd könüllü idman cəmiyyətində məşqçi işləmişdi. Respublikanın adlı-sanlı idmançısı olan Əliyar erməni faşistlərinin Azərbaycana təcavüzi zamanı cəbhəyə könüllü getmişdi. Ermənilərin "Topağac yüksəkliyi"nə hücumunun dəf edilməsində iştirak edərək xüsusi fədakarlıq göstərmişdi.

Ə.Əliyev 1992-ci il oktyabrın 3-də "Şurumbaşı yüksəkliyi" uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyev Əliyar Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor və Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. 

Əliyev Əmiraslan Rza oğlu 

1960-cı il avqustun 30-da Naxçıvan şəhərində anadan olmuşdu. 1967-1977-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan şəhər 1 nömrəli məktəbdə orta təhsil almışdı. 1977-1979-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdi. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdu. Əmiraslan 1981-1992-ci illərdə əvvəlcə Naxçıvan Şüşə Qablar Zavodunda, sonra isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləmişdi. İstehsalatda çalışmaqla yanaşı o, 1982-1987- ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində də təhsil almışdı. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdı.

Baş leytenant Ə. Əliyev  17 mart 1995-ci ildə Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Əliyev Əmiraslan Rza oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. "N" saylı sərhəd zastavasında qəhrəmanın xatirə otağı açılıb və büstü qoyulub. "N" saylı sərhəd məntəqəsinə Ə.Əliyevin adı verilib. 

Əliyev Əsgər Ələkbər oğlu 

1974-cü il noyabrın 8-də Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdu. O, 1982-ci ildə doğma kəndlərindəki məktəbin birinci sinfinə gedərək, 1989-cu ildə səkkizinci sinfi əla qiymətlərlə bitirmişdi. 1990-cı ildə təhsilini rayonun Haftoni qəsəbə orta məktəbində davam etdirmişdi. Əsgər 1992-ci ildə orta təhsilini müvəffəqiyyətlə başa çatdıraraq, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinə daxil olmuşdu. 1995-ci il martın 17-də Azərbaycanda hakimiyyəti ələ keçirmək cəhdi zamanı Əsgər Milli Orduda xidmət etmişdi. Çevrilişə cəhdin qarşısının alınması zamanı yaralanan Ə.Əliyev digər 4 yaralını xilas edərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ləj kənd qəbiristanlığında dəfn olunub. Lənkəran şəhərində adına park var. Büstü qoyulub, xatirə lövhəsi vurulub. Haftoni qəsəbə orta məktəbində Ə.Əliyevin xatirə guşəsi yaradılıb.

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

23 İyul 2010 - 28

Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının  kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan milli mətbuatının dünəni və bu günü"
 
Jurnalistin intellekti və vətəndaş məsuliyyəti
 
Konfransda Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol təhlil edildi
 
Müəllim jurnalist mükafatı aldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ömür yolu - nur yolu"
 
"Şair və yazıçılarımızın həyatından maraqlı anlar"
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları seminar keçiriblər
 
Ucarda I sinif müəllimləri üçün treninq
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov