Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 İyul 2010 - 29

 

Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub

Bookmark and Share

1930-cu ildə Lerik rayonunun Kirəvud kəndində anadan olan Surxay Əsədovun təhsil aldığı illər Böyük Vətən müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdü. 1945-1946-cı tədris ilində Surxay hazırda işlədiyi Boykəndil kəndindəki məktəbin VII sinfini bitirir.

Müharibənin tüğyan etdiyi illər... Ərazidə orta məktəbin olmaması Surxayın oxumaq, təhsil almaq həvəsini azaltmadı, əksinə, daha da artırdı. O, çətinliklə Lerikdəki orta məktəbin VIII sinfində təhsilini davam etdirir. Bu ağır və əzablı illər, sanki, onu sınağa çəkirdi.

Günlərin bir günü - 1947-ci ilin aprelində Süleyman Rüstəm Lerikə gəlir. Surxayın o zamanlar  çətin bir məsələsinin həll olunmasında da məhz şairin böyük rolu olur. Oxumağa, elmli olmağa can atan Surxay şairə yazılı müraciətindən sonra internatda qalıb,  təhsilini davam etdirməyə müvəffəq olur. S.Əsədov onun orta təhsil almasına yardımçı olmuş Süleyman Rüstəmi hər zaman böyük sevgi və ehtiramla xatırlayır.

1949-cu ildə  məktəbi bitirən Surxay bir müddət Lerik orta məktəbində pioner baş dəstə rəhbəri  işləyir. 1949-cu ildə rayonun ən ucqar kəndi sayılan  Nücü kəndində isə müəllim kimi işə başlayır. O, 1951-ci ildə Quba  Müəllimlər İnstitutuna qəbul olunur və 1953-cü ildə təhsilini başa vuraraq  Lerikə təyinat alır. 1955-ci ildə Boykəndil yeddiillik məktəbinə direktor vəzifəsinə irəli çəkilir.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olan Surxay 1959-cu ildə oranı bitirir.

Surxay Əsədovun direktor kimi fəaliyyəti hər zaman göz önündə idi. 1972-ci ildə onun direktor işlədiyi Boykəndil yeddiillik  məktəbi  orta məktəbə çevrilir. Yüksək bilik, peşəkarlıq göstərən Surxay qısa bir zamanda təhsil ocağında dönüş yaradır. Gənc müəllimlərə diqqət və qayğı göstərən direktor onların məişət şəraitini yaxşılaşdırmağa səy göstərirdi. Müəllimlərə tələbkarlıqla yanaşaraq o, sağlam, işinə  olduqca  məsuliyyətli, işgüzar bir pedaqoji  kollektiv yarada  bilib. Təsadüfi  deyil  ki,  Boykəndil orta məktəbi tez bir zamanda  fərqlənib. Direktor kimi səmərəli fəaliyyəti diqqətdən kənarda qalmayan Surxay müəllim o vaxtlar kənd və rayon sovetlərinə deputat seçilib. Respublika müəllimlərinin VII qurultayının nümayəndələrindən biri də Surxay Əsədov olub.

Boykəndil orta  məktəbinin indiyə kimi 34 buraxılışı olub. Buranın məzunları müxtəlif ixtisaslara yiyələnərək bacarıqlı mütəxəssis, elm adamları kimi  təhsil aldıqları məktəbə başucalığı gətiriblər. Yaradılmış əlverişli təlim-tərbiyə mühiti  burada dərs deyən  müəllimləri öz işlərində daha məsuliyyətli olmağa, peşəkarlıq göstərməyə, təhsil alan şagirdləri isə yüksək bilik almağa sövq edir.

Boykəndil orta məktəbində, eləcə də ərazidəki digər 4 məktəbdə işləyən 70-dən çox müəllimin hamısı məhz bu təhsil ocağının  məzunlarıdır. Onlardan 60 nəfəri isə Surxay müəllimin yetirmələridir. Çoxillik pedaqoji təcrübəyə malik Surxay Əsədovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək 10 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Təcrübəli pedaqoq, el ağsaqqalı, gözəl ailə başçısı  Surxay Əsədovun bu günlərdə 80 yaşı tamam olur. Bu münasibətlə Boykəndil orta məktəbin, eləcə də həmin ərazidəki digər məktəblərin bütün təhsil işçiləri, rayon ictimaiyyəti onu təbrik edir, qocaman pedaqoqa cansağlığı arzulayırlar.

Əvəz MƏMMƏDOV,
Lerik rayonundakı S.Cabbarov adına Kirəvud
məktəbinin direktoru

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

30 İyul 2010 - 29

Bu il Goranboyda 4 yeni məktəb binası tikilir
 
Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb
 
Ayrı-ayrı fənlərin məzmun standartlarının təkmilləşdirilməsi üzrə iş aparılır
 
ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur
 
Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır
 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu
 
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur
 
Səfir Çexiya universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib
 
Almaniyalı şagirdlər internat-məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub
 
Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi
 
"Şərq bülbülü"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov