Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Avqust 2010 - 31

 

Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb

Bookmark and Share

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi

- Əziz sərhədçilər, mən sizi Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə Vətən uğrunda xidmətinizdə uğurlar diləyirəm!

Akademiyanın yaradılması böyük nailiyyətdir, böyük hadisədir. Üç il bundan əvvəl akademiyanın yaradılması haqqında imzaladığım Sərəncam bu gün artıq reallığa çevrilib. Bu gözəl, əzəmətli, möhtəşəm binada bizim gələcək sərhədçilər oxuyacaqlar, tərbiyə alacaqlar və öz peşəkarlıqlarını artıracaqlar. Burada oxumaq üçün bütün şərait yaradılıb. Ən müasir avadanlıq, ən gözəl, keyfiyyətlə tikilmiş korpuslar, istirahət etmək, oxumaq, yaşamaq üçün bütün şərait vardır. Bu akademiya qısa müddət ərzində və böyük keyfiyyətlə artıq tikilibdir və bu gün fəaliyyətə başlayır. Mən şübhə etmirəm ki, akademiyada oxuyan kursantlar öz gələcək fəaliyyətləri üçün lazım olan bilikləri burada alacaqlar. Bizə bütün sahələrdə bilikli, savadlı kadrlar lazımdır.

Bütövlükdə Azərbaycanda təhsil məsələlərinə böyük diqqət göstərilir. Azərbaycanda bu sahə prioritet sahələrdən biridir. Minlərlə məktəblər tikilir, ali məktəblər təmir olunur, yeni ali məktəblər, akademiyalar yaradılır. Təhsil bizim gələcəyimizdir. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı və vətənpərvər olsunlar. Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması bu məqsədləri güdür.

Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Sərhəd xidmətinin formalaşması işində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Bizim, demək olar ki, bütün sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri başlanmışdır, sərhəd mühafizə infrastrukturu yaradılmışdır və bu proses bu gün uğurla davam etdirilir. Qəbul edilmiş proqram əsasında bütün tikinti işləri, demək olar ki, başa çatmaq üzrədir. Bütün sərhədlərdə lazımi səviyyədə texniki qurğular yaradılıbdır, dəstələr, qarnizonlar fəaliyyət göstərir. Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Bu məsələyə biz böyük diqqət göstəririk. Mən bütün sərhədlərdə dəfələrlə olmuşam, şəxsi heyətlə görüşmüşəm, vəziyyətlə tanış olmuşam və tam əminliklə deyə bilərəm ki, sərhədlərimiz lazımi səviyyədə qorunur.

Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edilməsi deməkdir. Təhlükəsizliyimizin təmin edilməsi üçün bütün tədbirlər görülür. Biz sərhədlərimizi böyük dərəcədə gücləndirməliyik və buna nail olmuşuq. Bu gün həm texniki vasitələr, həm mühəndis qurğuları, həm də avadanlıq baxımından Sərhəd xidmətimiz ən yüksək səviyyədədir. Sərhəd xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür, avadanlıq, silah-sursat, texnika alınır və təchizat baxımından bizdə heç bir problem yoxdur. Lazımi səviyyədə maliyyə vəsaiti də ayrılır ki, bütün işlər yüksək səviyyədə görülsün. Mən görürəm ki, ayrılan maliyyə vəsaitindən çox səmərəli şəkildə istifadə olunur. Sərhədçilər üçün, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istirahət mərkəzləri, idman qurğuları yaradılır. Yəni bütün bunlar Sərhəd xidmətinin inkişafına yönələn böyük addımlardır.

Mən çox şadam ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlərə çatıbdır.

Biz elə etməliyik ki, gələcəkdə də bu məsələ daim diqqət mərkəzində olsun. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunsun. Gələcəkdə, əlbəttə ki, bu məqsədlərin həlli üçün əlavə vəsait ayrılacaqdır, yeni texniki imkanlar da əldə olunacaqdır.

Bütövlükdə Sərhəd xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülübdür. Bu gün Sərhəd qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir.

Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər. Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü hərbi potensial lazımdır. Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir.

Biz ölkədə gedən işləri yüksək səviyyədə qururuq. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Maliyyə imkanlarımız, hərbi xərclərimiz artır və hərbi xərclərimiz dövlət büdcəsində ən birinci yerdədir. Bu, belə də olmalıdır, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır, atəşkəs rejimi bağlanıbdır. Ancaq müharibə davam edir. Biz hər an hazır olmalıyıq və hazırıq ki, öz torpaqlarımızı işğalçılardan azad edək.

Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk növbədə hərbi güc lazımdır. Biz bu hərbi gücü yaradırıq, böyük dərəcədə yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Sadəcə olaraq, biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaqdır.

Biz elə etməliyik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Azərbaycanın böyük və gözəl gələcəyi vardır, artıq gözəl gerçəkliyi vardır. Bu gün ölkəmiz, sözün əsl mənasında intibah dövrünü yaşayır. Bütün sahələrdə quruculuq, abadlıq işləri, sürətli inkişaf təmin olunur. Bütün regionlarda işlər sürətlə gedir. Bakı - gözəl şəhərimiz gözəlləşir, abadlaşır. Bizim maliyyə imkanlarımız artır. Uğurlu neft siyasətimiz, regionların inkişafı. Bir sözlə, Azərbaycanın uğurlu yüksəlişi və bundan sonrakı illərdə dayanıqlı inkişafı artıq reallıqdır. Biz ölkəmizi, müstəqil siyasətimizi qorumalıyıq.

Azərbaycan müstəqil ölkə kimi böyük nailiyyətlərə çatıbdır. Biz müstəqil ölkə kimi müstəqil siyasət aparırıq. Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir. Azərbaycan etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal rol oynayan ölkədir. Biz bütün sahələrdə, bütün istiqamətlərdə işimizi konkret proqramlar çərçivəsində qurmuşuq. Bütün istiqamətlərdə inkişaf, tərəqqi vardır.

Ölkəmizin təhlükəsizliyinin qorunması üçün Sərhəd xidmətinin çox böyük rolu vardır. Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər.

Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bir daha demək istəyirəm ki, o vaxt Azərbaycanda sərhəd infrastrukturu yox idi və xaricdən erməni terror təşkilatlarının təşkil etdiyi terror aktları Azərbaycan dövlətini sarsıtmışdı. Nəyə görə? Çünki biz öz sərhədlərimizi o vaxt qoruya bilmirdik. Bu gün Azərbaycan sərhədləri lazımi səviyyədə qorunur. Bu, bizə imkan verir ki, ölkə daxilində bütün işləri lazımi səviyyədə aparaq. Ölkə daxilində mövcud olan sabitlik, ictimai-siyasi asayiş, əmin-amanlıq bizim böyük nailiyyətimizdir. Biz bu vəziyyəti qorumalıyıq və qoruyacağıq. Azərbaycan xalqının firavan gələcəyini təmin edəcəyik. Azərbaycan dövlətinin möhkəmlənməsi üçün bütün tədbirləri görəcəyik.

Bir daha demək istəyirəm ki, Sərhəd xidmətinin bu işlərdə böyük rolu və töhfəsi vardır. Sərhədçilər sərhədlərimizi müxtəlif yollarla pozmaq istəyənlərə qarşı mübarizə aparırlar, döyüşürlər və qələbə qazanırlar. Görülən bütün bu işlərlə bağlı mən Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik etmək istəyirəm. Akademiyanın açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Sizə Vətən uğrunda şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram! Sağ olun!

 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

13 Avqust 2010 - 31

Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-cu ildə respublikanın rayon və şəhərlərində sentyabr konfranslarının plenar iclaslarının keçirilmə qrafiki
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi)
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib)
 
Paytaxt məktəblərində 180-dək müəllimə ehtiyac var
 
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib
 
Rayon və şəhər təhsil şöbələri işçilərinin məlumat bazası yaradılacaq
 
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür
 
 "Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-a gediblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib
 
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər
 
Veteran müəllimlər çağırışçı gənclərlə görüşüblər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov