Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Avqust 2010 - 31

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Əsədov Rəfael Əvəz oğlu 

1952-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olmuşdu. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdu. Rəfael 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Leninqrad Hərbi Artilleriya Akademiyasında davam etdirmişdi. O, burada təhsilini başa çatdırdıqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdi.

R.Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində erməni işğalçılarına qarşı hazırlanmış hərbi əməliyyatların fəal iştirakçısı olmuşdu. Cəsur komandir 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş bölgəsinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Əsədov Rəfael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 

Əsgərova Gültəkin Məlik qızı 

1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olmuşdu. 1978-ci ildə paytaxtın Nərimanov rayonundakı 200 nömrəli orta məktəbi əla qiymətlərlə bitirmişdi. O, 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuş, 1989-cu ildə təhsilini uğurla başa çatdırmışdı. 1992-ci il aprelin 4-də Gültəkin könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanmışdı. Əvvəlcə Turşsuda, sonra Şuşa, Laçın və Qubadlıda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fədakarlıqla iştirak etmişdi.

G.Əsgərova 1992-ci il iyunun 20-də Aranzəmin - Naxçivanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olub.

Ailəli idı. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 nömrəli Fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 200 nömrəli orta məktəbə Milli Qəhrəmanın adı verilib, orada büstü qoyulub. Xəzər dənizində üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılıb.  

Əsgərova Salatın Əziz qızı 

1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdu. 1979-cu ildə Bakının Yasamal rayonundakı M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirmişdi. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdu. Amma Salatın jurnalist kimi fəaliyyət göstərmişdi. Elə Qarabağın döyüş bölgələrinə də bir jurnalist kimi getmişdi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gələrkən Qaladərəsi kəndi yaxınlığında Salatının getdiyi maşın ermənilər tərəfindən yaxın məsafədən aramsız atəşə tutulmuşdu. Həmin gün tanınmış jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı S.Əsgərova erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə Əsgərova Salatın Əziz qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu Qaladərəsi kəndi indi "Salatınkənd" adlanır. 

Əhədov Elşad Saday oğlu 

1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdu. 1982-ci ildə kənddəki orta məktəbin yeddinci sinfini bitirmiş, C.Naxçıvanskı adına hərbi liseyə daxil olmuşdu. Elşad sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbində təhsilini davam etdirmişdi. O, 1989-cu ildə baş leytenant rütbəsi almış və təyinatla Volqoqraddakı hərbi hissələrdən birinə rota komandiri təyin edilmişdi. Bir müddət sonra Vətənə dönərək əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərmişdi. Erməni işğalçılarının doğma Qarabağımıza hücumları zamanı Füzuli, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şişqaya və Beyləqanda gedən döyüşlərdə qəhrəmanlıqla  vuruşmuşdu.

E.Əhədov 1993-cü il dekabrın 11-də "Ağdaş" yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə  Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib, 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Təzə Alvadı kəndində dəfn olunub. Təzə Alvadı kənd orta məktəbi və park onun adını daşıyır. 

Əhmədov Əsəd Cəlal oğlu 

1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdu. Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 nömrəli texniki peşə məktəbində oxumuşdu. 1989-cu ildə hərbi xidmətə çağırılan Əsəd Almaniyada tank qoşunlarında qulluq etmişdi. Əsgəri xidmətini başa çatdırdıqdan sonra Vətənə qayıdaraq Bakıda tikinti idarələrindən birində çalışmışdı. O, erməni təcavüzkarlarının doğma Qarabağımıza hücumlarına dözə bilməmiş, 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdu. Əsəd  Şuşanın Zarıslı, Salatınkənd, Turşsu məntəqələrındə, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndlərı uğrunda  döyüşlərdə iştirak etmişdi.

Ə.Əhmədov 1992-ci il iyulun 31-də Papravənd kəndi ətrafında gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Əhmədov Əsəd Cəlal oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər  xiyabanında dəfn olunub. Paytaxtın Yasamal rayonundakı küçələrdən biri onun adını daşıyır. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

13 Avqust 2010 - 31

Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-cu ildə respublikanın rayon və şəhərlərində sentyabr konfranslarının plenar iclaslarının keçirilmə qrafiki
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi)
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib)
 
Paytaxt məktəblərində 180-dək müəllimə ehtiyac var
 
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib
 
Rayon və şəhər təhsil şöbələri işçilərinin məlumat bazası yaradılacaq
 
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür
 
 "Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-a gediblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib
 
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər
 
Veteran müəllimlər çağırışçı gənclərlə görüşüblər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov