Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Avqust 2010 - 31

 

Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib

Bookmark and Share

Sumqayıtda yay tətili dövründə şagirdlərin istirahətlərinin təşkili diqqət mərkəzində saxlanılır.  Belə ki, şəhər rəhbərliyinin təşəbbüsü ilə  şəhər gənclər və idman baş idarəsinin və təhsil şöbəsinin maliyyə vəsaiti hesabına 2003-cü ildən başlayaraq hər il yay tətili günlərində tədris ocaqlarında məktəblilərin yay istirahət düşərgələri təşkil edilir. Birinci il altı məktəbdə təşkil olunan belə düşərgələr  sonrakı illərdə daha çox məktəbi əhatə etmişdir. Bu il isə yay istirahət düşərgələri  şəhərimizin 46 ümumtəhsil məktəbində fəaliyyət göstərmişdir. Hər il olduğu kimi, bu dəfə də yay istirahət düşərgələrində hər məktəbdən 50 nəfər olmaqla 2300 nəfərdən çox şagird dincəlmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə hər məktəbdə 3 nəfər tərbiyəçi olmaqla 138 nəfər pedaqojı işçi məşğul olmuşdur. Düşərgələr iyulun 1-dən fəaliyyətə başlayaraq, istirahət günləri nəzərə alınmadan, 21 gün davam etmişdir.

Düşərgənin təşkil edildiyi məktəblərdə iş rejimi səhər saat 9.00-dan 13.00-dək davam etmiş, bu müddət ərzində şagirdlərə yüngül səhər yeməyi verilmiş, müxtəlif oyunlar, idman yarışları, görüşlər, intellektual debatlar, şəhərin görməli yerlərinə, parklara gəzintilər, kompüterlə məşqul olmaq və s. maraqlı tədbirlər təşkil olunmuşdur. Hər gün 8 düşərgə Sumqayıt Tarix Muzeyinə, Paralimpiya Mərkəzinə, Şəkil Qalereyesına,  Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinə, Bakı şəhərində Qız qalası, Şirvanşahlar sarayı tarixi abidələrinə və zooparka aparılmışdır.

Artıq iki ildir ki, hər gün iki düşərgə olmaqla Quba şəhərinə birgünlük gəzinti təşkil olunur. Ötən il olduğu kimi, bu il də həmin gəzinti zamanı uşaqlar öncə Qubadakı soyqırım məzarlığını ziyarət etmiş, sonra isə Ərməki kəndində yerləşən "Qırmızı qərənfil" istirahət düşərgəsində dincəlmişlər. Bu da şagird və valideynlər arasında böyük rezonans yaradaraq, yay düşərgələrinə marağın artmasına səbəb olmuşdur.

Düşərgələrin təntənəli açılışı və bağlanışı, açılışda şəhər rəhbərliyinin, ictimayyətin nümayəndələrinin çıxışları, düşərgənin fəaliyyəti dövründə fərqlənən uşaqların rəğbətləndirilməsi də yaddaqalan hadisələrdən olmuşdur.  

Təranə HAQVERDİYEVA,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin yay
düşərgələri üzrə  ümumi rəhbəri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

13 Avqust 2010 - 31

Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-cu ildə respublikanın rayon və şəhərlərində sentyabr konfranslarının plenar iclaslarının keçirilmə qrafiki
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi)
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib)
 
Paytaxt məktəblərində 180-dək müəllimə ehtiyac var
 
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib
 
Rayon və şəhər təhsil şöbələri işçilərinin məlumat bazası yaradılacaq
 
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür
 
 "Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-a gediblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib
 
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər
 
Veteran müəllimlər çağırışçı gənclərlə görüşüblər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov