Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Avqust 2010 - 31

 

Yeni nəşrlər

Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər

Bookmark and Share

Alimlik bəşəriyyətə xidmətdir. Məsələ budur ki, elmin elə sahəsi var dünyəviliklə xəlqiliyi, milliliyi özündə üzvi şəkildə birləşdirir. Bu mənada tarixşünas və arxeoloqlar qeyri-adi tale sahibləridir. İ.Cəfərzadə, Ə.Ələkbərov, S.Qazıyev, O.Həbibullayev, V.Əliyev və başqaları torpağın qoynunda saxlanmış qədim mədəniyyəti öyrənib üzə çıxarmış əsl vətəndaşlar sayılırlar. Bu sıraya tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin də adını-soyadını əlavə etmək ədalətli olar.

 

Nəinki Azərbaycanda, eləcə də xarici ölkədə arxeoloji qazıntılarda əməyi, rolu olmuş alimin Xəzər Universiteti nəşriyyatının çapdan buraxdığı "Arxeoloqun çöl gündəliyindən" (Bakı, 2009, 200 s.) kitabı (redaktoru Nigar İsmayılzadədir) həm tarixi-mədəni, həm arxeoloji abidələr haqqında elmi-kütləvi, həm də bədii-publisistik dəyərləri ilə diqqəti çəkir. Kitabı ağ göyərçinlərə dönüb göylərə tələsmiş Samirə, Tural və Lalənin xatirəsinə ithaf etmiş alim əslində onların ruhu dolaşan qədim və zəngin Azərbaycanın əsrarəngiz dünəninə və nurlu gələcəyinə sözdən uçulmaz, unudulmaz bir abidə qoyub.

Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı orijinal elmi-publisistik üslubda yazdığı "Arxeoloji poema" və ya "Arxeoloqun çöl gündəliyindən" adlı ön sözdə müəllifi səciyyələndirən, onun vətəndaş vicdanı, həssas təbiəti, içindəki məsuliyyəti dəyərləndirən çox qiymətli fikir və münasibətlərini ifadə edib.

Bakı Dövlət Universiteti Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, "Azərbaycan arxeologiyası" jurnalının (jurnalın nəşrini Xəzər Universiteti nəşriyyatı öz üzərinə götürüb) baş redaktoru, professor Q.İsmayılzadənin kitabı dörd bölmədən ibarətdir. "Nağıllar aləminə gedən yol" adlanan bölmədə həcmcə kiçik, lakin tarixi məzmunlu, bədii-publisistik üslubda 15 yazı verilib. Əməkdar müəllim Q.İsmayılzadənin təqdimində Ovçu dərəsi, Baba-Dərviş abidəsi, yurdun çinar adlı təbiət atributları, igidlik, vüqar və əzəmət timsalı olan dağların daş salnamələri, sahilləri qovuşdurub görüşdürən, həsrət ağrısına son qoyan körpülər haqqında söhbətlərə çayların nəğməsinə bənzər nitq axarında qulaq asırsan.

Sən demə, dağlardan boyca balaca olan təpələrin də öz dünyası varmış. Bu təpələr hansısa bir igid, hansısa bir şahzadə haqqında özündə kitaba sığacaq məlumat, informasiya qoruyurmuş. Sadəcə olaraq bu torpaq yadigarına, torpaq yaddaşına hörmətlə yanaşmaq, ululara ehtiram və sayğı ilə əl vurmaq lazımmış. Şair demiş, hər saxsı parçasında bir tarix yaşayır. Kitabdakı ikinci bölmə "Təpələr sirrini vermir" adlanır. Oxucu müəllifin təhkiyəsində hadisələr, faktlar aləminə daxil olur, tariximizi öyrənir.

Qüdrətli şairlərdən misra və beytlərin epiqraf kimi verildiyi müxtəlif həcmli yazılara daxil edilmiş poetik parçalar ümumilikdə kitabın tarixi-mədəni dəyərini artırıb.

Sələflərə və müasirlərə hörmət, onların əməyini tarixilik və müasirlik parametrlərində bugünkü nəsillərə təqdim etmək, əslində, elmdə varisliyə əməl etmək, ənənələri qoruyub yaşatmaq, insan əməyinə hörmətlə yanaşmaq deməkdir.

Professor Qüdrət İsmayılzadə "Biz gəldi gedərik, sən yaşa, dünya!" adlı bölməyə Azərbaycanın 4 böyük arxeoloqu - İ.Cəfərzadə, Ə.Ələkbərov, S.Qazıyev və O.Həbibullayev barədə oxunaqlı, zəngin informasiyalı məqalələr daxil etməklə xələflərinə layiqli nümunə göstərib.

"Abidələr, düşüncələr" bölməsindəki yazılar müəllifin tarixi-mədəni dəyəri olan abidələr barədə şəxsi, lakin obyektiv fikirlərinin ifadələridir.

Arxeoloji tapıntıların, təbiət ilmələrinin şəkilləri ilə təqdim olunan kitab bir alim, bir vətəndaş, bir insan oğlunun vətən duyğularını özündə birləşdirən, maraqla oxunan və oxuculara dünənimiz barədə zəngin məlumat çatdıran dəyərli bir əsərdir.

Ş.MƏMMƏDOV,
respublikanın əməkdar jurnalisti

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

13 Avqust 2010 - 31

Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-cu ildə respublikanın rayon və şəhərlərində sentyabr konfranslarının plenar iclaslarının keçirilmə qrafiki
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi)
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib)
 
Paytaxt məktəblərində 180-dək müəllimə ehtiyac var
 
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib
 
Rayon və şəhər təhsil şöbələri işçilərinin məlumat bazası yaradılacaq
 
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür
 
 "Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-a gediblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib
 
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər
 
Veteran müəllimlər çağırışçı gənclərlə görüşüblər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov