Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 
Dünya universitetləri:

Dublin Triniti Kolleci

Bookmark and Share
  Yerləşir:  İrlandiya, Dublin şəhəri  
Yaranma tarixi: 1592-ci il
Tipi: Dövlət
İşçi heyətinin sayı:

2494 nəfər

Ümumi sayı:

16 215 nəfər

İllik gəlirləri:

304640000 avro

İllik xərcləri:

294892000 avro

Rəsmi saytı: www.tcd.ie

            Dublin Triniti Kolleci (Trinity College Dublin) İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşir və Böyük Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim universitetindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Dublin Triniti Kolleci 100 ən yaxşı ali məktəb arasında Osaka Universiteti ilə birgə 43-cü yerdə sıralanıb.  

Tarixi 

1592-ci ildə Dublin şəhərinin bir qrup əhalisi kraliça Yelizavetadan məktub aldıqdan sonra şəhər divarlarından cənub-şərqdə yerləşən baxımsız qalmış Bütün Müqəddəslər kilsəsində kollec yaradır. Ali məktəbin ilk  rektoru Dublin şəhərinin arxiyepiskopu Adam Loftus olur. Ona iki köməkçi (Ceyms Hamilton və Ceyms Fullerton) təyin edilir. İki ildən sonra burada müəllim və tələbələrin sayı artmağa başlayır. 50 il müddətində kollecə yardımlar edilir, torpaq sahələri bağışlanır, təqaüdlər təşkil olunur, tədris proqramları, nizamnamələr qəbul edilir, kitabxanalar yaradılır və s.

XIX əsr Dublin Triniti Kollecində bir çox hadisələrlə yadda qalır. 1711-ci ildən kollecdə tibb elminin öyrədilməsinə baxmayaraq, burada bu sahəni geniş əhatə edən məktəb 1800-cü ildən fəaliyyətə başlayır. 1842-ci ildə kollecdə Britaniya adalarında ilk olan Mühəndislik Məktəbi, əsrin ortasında isə hüquq fakültəsi yaradılır. 1873-cü ildə kollecdə bütün dini ayinlər ləğv edilir, yalnız İlahiyyat Məktəbinə fəaliyyət göstərməyə və tələbə qəbul etməyə icazə verilir.

Qız tələbələrin kollecə qəbuluna 1904-cü ildən başlanılır, ilk qadın professor isə 1934-cü ildə təyin edilir. 1962-ci ildə Kommersiya və Sosial Tədqiqatlar məktəbləri birləşdirilərək Biznes və Sosial Tədqiqatlar Məktəbi adlanır. 1969-cu ildə bir sıra bölmə və departament humanitar elmlər, biznes, iqtisadi və sosial tədqiqatlar, mühəndislik və sistemlər elmləri, tibbi elmlər fakültələrinə bölünür. 1977-ci ildə ali təhsil ocağında Əczaçılıq Məktəbi yaradılır, eləcə də  baytarlıq fakültəsi açılır.

Dublin Triniti Kolleci bu gün Dublinin mərkəzində yerləşir və böyüyüb, inkişaf etməkdədir.  

Büdcə və təhsil haqqı 

Dublin Triniti Kollecinə Avropa İttifaqı üzvü olan ölkələri təmsil edən tələbələrin qəbulu kollecin özü tərəfindən deyil, Mərkəzi Ərizələr Ofisi (Central Applications Office) tərəfindən aparılır. Abituriyentlər ali məktəbə qəbul olmaq üçün buraxılış imtahanlarında əldə etdikləri nəticələri təqdim etməlidirlər. Ofis kollecdə ayrılan yerlərlə abituriyentlərin nəticələrini  uyğunlaşdırdıqdan sonra avqustun ortalarında yerlər açıqlanır. Avropa İttifaqı üzvü olmayan ölkələri təmsil edən abituriyentlər kollecə qəbul olmaq üçün bir sıra prosedurlardan keçməlidirlər. Əlillər, yaşlı və ya maddi durumu çətin olan tələbələr ayrıca proqramlar əsasında bu ali məktəbə qəbul edilirlər. Doktoranturaya qəbul Dublin Triniti Kolleci tərəfindən aparılır.

2009-2010-cu tədris ilində Dublin Triniti Kollecində Avropa İttifaqı ölkələrindən olan bakalavr pilləsində oxuyan tələbələrin təhsil haqqı 4181 avro, magistratura və doktorantura pilləsində isə 3675-29500 avro, qeyri-avropalı gənclərin bakalavr pilləsində təhsili isə 15923 avro, magistratura və doktorantura pilləsində isə 6000-29500 avro təşkil edib. 2010-2011-ci tədris ilində bu ali məktəbdə Avropa İttifaqına daxil olmayan ölkələri təmsil edən tələbələrin təhsil haqqı bakalavr pilləsində 15950 avro (tələbənin qəbul olduğu məktəbdən asılı olaraq bu  rəqəm  dəyişə  bilər)  təşkil edəcək.  Magistratura və doktorantura pilləsində  fakültə və məktəblərdə ixtisaslara uyğun olaraq müxtəlif qiymətlər mövcuddur (5000-43000 (Stomatologiya)).

Dünyanın əksər universitetlərində olduğu kimi, Dublin Triniti Kollecində də dərslərdə yaxşı nəticələr əldə edən, istedadlı, eləcə də maddi vəziyyəti çətin olan tələbələrə müxtəlif təqaüdlər (schols) təklif olunur. Kollecin məktəblərindən asılı olaraq təqaüdün məbləği də fərqlənir. 2009-2010-cu tədris ilində yuxarıda sadalanan göstəricilərə malik tələbələr orta hesabla 5000 avro təqaüd alıblar. Adətən təqaüd tələbəyə birinci kursu əlaçı bitirərsə kursun sonunda və ya ikinci kursda verilir.

Dublin Triniti Kollecinin gəlirləri 2009-2010-cu ildə 304640000 avro təşkil edib. Həmin vəsaitin 105392000 dövlət qrantları, 88636000 tələbələrin təhsil haqqı, qalanlarını isə digər gəlirlər təşkil edib.

Kollecin xərcləri isə həmin il 294892000 avro olub. Bu məbləğin 214727000 avrosunu akademik və inzibati xidmətlər, 80165000 avrosunu isə tədqiqat və layihə xərcləri təşkil edib.  

Universitet bu gün 

Dublin Triniti Kolleci Dublin şəhərinin mərkəzində 190000 m2 ərazidə yerləşir. Ali məktəbin kampusunda inşa edilmiş binalar zəngin memarlıq nümunələrindən hesab olunur. Burada xüsusi ilə XVIII-XIX əsrin memarlıq üslublarında inşa edilmiş tikililər çoxluq təşkil edir. Kollecin kilsəsi və İmtahan Zalı adlanan binası memar Uilyam Çembers, muzeyi isə memarlar Tomas Nyuenhem Din və Benjamin Vudvord tərəfindən inşa edilib. Binalar və binaların həyəti dördbucaq formasında olduğundan kampus böyük kvadratlar şəklindədir (sguares).

Kollecin tibb fakültəsinin yaxınlığında Müqəddəs Ceyms və Adelaida xəstəxanaları, Milli Uşaq Xəstəxanası, Molekulyar Tibb İnstitutu, Con Durkan Leykemiya İnstitutu yerləşir.

Hazırda Dublin Triniti Kollecində 3 fakültə fəaliyyət göstərir. Hər fakültə bir neçə məktəbdən ibarətdir. Məktəblər isə öz növbəsində departament və mərkəzlərə bölünüb.

İncəsənət, humanitar və sosial elmlər fakültəsinə Biznes, Teatr İncəsənəti, Kino və Musiqi (Dram və teatr tədqiqatları, Musiqi departamentləri), Təhsil, İngilis dili, Tarix və Humanitar Elmlər (Gender və Qadın Problemləri Mərkəzi, Klassika, İncəsənət tarixi, Tarix departamentləri), Dillər, Ədəbiyyatlar və Mədəniyyətlər (Avropa Tədqiqatları Mərkəzi, Fransız, Alman, İspan, İrland və kelt, İtalyan, Rus və slavyan tədqiqatları departamentləri), Hüquq, Linqvistika, Nitq və Əlaqəli Elmlər (Karlar Mərkəzi, Dil və kommunikasiya tədqiqatları, Kliniki nitq və dil tədqiqatları departamentləri), Psixologiya, Sosial Elmlər və Fəlsəfə (İqtisadiyyat, Fəlsəfə, Siyasi elmlər, Sosiologiya departamentləri), İctimai Fəaliyyət və Siyasət, Din, Teologiya və Ecumeniks məktəbləri daxildir.

Mühəndislik, riyaziyyat və dəqiq elmlər fakültəsi Biokimya və İmmunologiya (Biokimya, İmmunologiya departamentləri), Kimya, Kompüter Elmləri və Statistika (Kompüter Elmləri, Statistika departamentləri), Mühəndislik (Vətəndaş, struktur və ekologiya mühəndisliyi, Elektronika və elektrotexnika, Mexanika və maşınqayırma texnologiyası departamentləri), Genetika və Mikrobiologiya (Genetika, Mikrobiologiya departamentləri), Riyaziyyat, Təbiət Elmləri (Ətraf mühitin mühafizəsi, Botanika, Coğrafiya, Geologiya, Zoologiya departamentləri) məktəblərindən ibarətdir.

Sağlamlıq haqqında elmlər fakültəsinə Stomatologiya (Çənə-üz cərrahiyyəsi, ağız patologiyası və müalicəsi, İctimai və uşaq stomatoloji sağlamlıq, Möhkəmləndirici stomatologiya və paradontologiya departamentləri), Tibb (Qlobal səhiyyə, Səhiyyə siyasəti və idarəetməsi, Anatomiya, Kliniki təbabət, Kliniki mikrobiologiya, Gematologiya, Histopatologiya və patoloji anatomiya, İmmunologiya, Tibbi gerontologiya, mamalıq və ginekologiya, Əmək terapiyası, Pediatriya, Farmakologiya və terapiya, Fiziologiya, Fizioterapiya, Psixiatriya, İctimai səhiyyə və ilk yardım, Şüa terapiyası, Cərrahiyyə, Qida və pəhriz tədqiqatları departamentləri), Tibb Bacısı və Mamalıq, Əczaçılıq və Farmaseptik Elmlər məktəbləri daxildir.

Tədqiqatlar aparmaq üçün kollecdə Adaptiv Nanostruktur və Nanoquruluş (Krann) Mərkəzi, Beynəlxalq İnteqrasiya Problemləri Tədqiqatları, Triniti Nevrologiya, Molekulyar Tibb, Ürək-Damar Elmləri, Triniti Siyasət institutları, Milli Rəqəmsal Elmi-Tədqiqat, Hərbi Tədqiqatlar, Platonik Ənənələr Tədqiqatları  və s. mərkəzlər fəaliyyət göstərir.

Dublin Triniti Kolleci Kitabxanası İrlandiyanın ən böyük tədqiqat kitabxanasıdır. Bu kitabxanada 4,5 milyon cild kitab, çoxlu sayda xəritə, tarixi əlyazmalar (ən məşhuru Kell kitabıdır) və musiqi əsərləri, 30000 elektron jurnal və s. var. Kitabxananın İnternet səhifəsində 300000 kitab yerləşdirilib. Kolleksiyaların əksəriyyəti əsasən XVI əsrin sonlarından başlayaraq toplanıb. 2003-cü ildən Dublin Triniti Kolleci Kitabxanası hüquqi depozit əldə edib. Həmin depozitə əsasən kitabxana Böyük Britaniya və İrlandiyada nəşr edilən istənilən kitabın nüsxəsini çıxarıb öz kolleksiyasına əlavə etmək hüququna malikdir. Beləcə, hər il kitabxanaya 100000 yeni nəşr daxil olur. Sentri kitab anbarında 3 milyondan çox kitab saxlanır. Oxu zalı 3200 oxucu yerləşdirmək imkanına malikdir. Zaldakı oxucu yerlərinin hamısı İnternet şəbəkəsinə qoşulub. Kollecin Qədim Kitabxanasında kitabların sərgisi təşkil olunur və buraya hər il yarım milyondan çox insan gəlir. Bu kitabxana İrlandiyanın əsas diqqətəlayiq yerlərindən hesab edilir. Dublin Triniti Kolleci Kitabxanasına ən son əlavə 2003-cü ildə İrlandiyanın prezidenti tərəfindən açılmış Ceyms Uşer kitabxanasıdır.

Hazırda Dublin Triniti Kollecinin rektoru ixtisasca fizik olan doktor Con Heqartidir. O bu vəzifəyə 2001-ci ildə seçilib. Dublin Triniti Kollecində rektor müəllimlərin və az sayda tələbələrin səsverməsi nəticəsində seçilir. Rektorun müavini isə professor Patrik Prenderqastdır. Qeyd etmək lazımdır ki, Dublin Triniti Kollecinin birinci rəhbəri nominal olaraq kansler hesab edilir. Kollecin kansleri İrlandiyanın sabiq prezidenti və BMT-nin insan hüquqları üzrə sabiq komissarı xanım Meri Robinsondur. Bu ali məktəbdə ümumilikdə 2494 nəfər işçi çalışır. Onların 1843 nəfərini akademik heyət və tədqiqatçı, 651 nəfərini isə inzibati (kitabxana, xidmət və texniki) heyət təşkil edir. Uğurlu fəaliyyət göstərən, önəmli tədqiqatlar aparan işçilər müxtəlif təqaüdlərə layiq görülürlər. Müəllim və tələbələrə təqaüd səsvermədən sonra verilə bilər. Təqaüdə layiq görülən alimlər geniş imtiyazlar əldə edirlər. Onlara illik əməkhaqqı daxil olmaqla kampus ərazisində ödənişsiz yaşamaq, qidalanmaq imkanı yaradılır, alış-veriş edərkən endirimlər olunur.

Dublin Triniti Kollecində 2009-2010-cu tədris ilində 16215 nəfərdən çox tələbə təhsil alıb. Onların 11009 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edib. Tələbələrin 80%-i irlandiyalı, 11%-i Avropa İttifaqı üzvü ölkələrinin nümayəndələri, 1%-i Avropa İttifaqına daxil olmayan Avropa dövlətlərinin təmsilçiləri, 8%-i isə dünyanın başqa qitələrindən olan gənclər olub. Burada ümumilikdə dünyanın 90 müxtəlif ölkəsindən 2300 əcnəbi tələbə oxuyub.

Dublin Triniti Kollecində tələbə və əməkdaşların qalmaları üçün yüksək şəraitə malik yataqxanalar mövcuddur. Kampusda təxminən 700 otaqlıq tələbə yataqxanaları var. Ən böyük yataqxanalardan Triniti Holl, Qoldsmit Holl, Botani Bey, Memorial Building və s. qeyd etmək olar. Tələbələrin əksəriyyəti Triniti Holl yataqxanasına üstünlük verir. Otaqların verilməsində əcnəbi tələbələrin yerləşdirilməsinə xüsusi diqqət yetirilir. Yataqxanalarda bir otağın qiyməti 1 semestr ərzində 1695 avro təşkil edir. Bundan əlavə, tələbələr kampusdan kənarda kirayə mənzillər tuta bilərlər, lakin bu onlara bir qədər baha başa gəlir. 

Dublin Triniti Kollecində tələbələrin həyatlarını maraqlı və rəngarəng keçirmələri üçün lazımi şərait yaradılıb. Hər hansı bir gənclər təşkilatının, klubun, cəmiyyətin, könüllülər dəstəsinin üzvü olmaq kollec tələbələrinin vaxtlarını səmərəli keçirmələrinə yardımçı olur. Bu təşkilatlara qoşulmaqla tələbə özünə iş yeri də tapa bilər.

Bu ali təhsil ocağında zəngin tələbə nəşriyyatı fəaliyyət göstərir. Ciddi nəşrlərdən başlayaraq satirik yazılara qədər burada hər şey tapmaq mümkündür. "Trinity News" 1953-cü ildən çap edilir və İrlandiyada çıxan ilk tələbə qəzetlərindən biridir. Həftədə 4 dəfə nəşr edilən qəzet bütün tədris ili fəaliyyət göstərir. Bununla yanaşı kollecdə "Piranha" satirik qəzeti və jurnalı, "TCD Məcmuəsi" (1895-ci ildən çıxır), "Tibb", "Çardaq" jurnalları və s. dərc olunur. 

Dublin Triniti Kolleci 400 illik təqaüd ənənəsinə malik dünyanın ən qədim tədris ocaqlarından biridir. Bu ali məktəb liberal mühiti təmin edərək fikir azadlığını yüksək qiymətləndirir, tələbə və müəllimlərə öz potensiallarını bütünlüklə reallaşdırmağa imkanlar yaradır. Kollec tədris və tədqiqatları mükəmməlləşdirmək, hər kəs üçün bərabər inklüziv təhsil vermək, tələbələrə zəngin təcrübə bəxş etmək, bəşəriyyətə rifah və fayda gətirmək məqsədi ilə səylə çalışır.

Universitetin məşhur məzunları 

  Duqlas Hayd  İrlandiyanın ilk prezidenti  
  Meri Robinson  İrlandiyanın sabiq 7-ci prezidenti  
  Meri McAlis İrlandiyanın hazırkı 8-ci prezidenti  
  Teobald Vulf Ton  İrlandiya respublikaçılarının atası  
  Eyr Kut   Yamaykanın general-qubernatoru  
  Edvard Stafford   Yeni Zellandiyanın sabiq Baş naziri  
  Jaja Uaçuku Nigeriyanın ilk xarici işlər naziri  
  Ernest Uolton    fizika üzrə Nobel mükafatı laureatı  
  Samuel Bekkett     yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Conatan Svift məşhur yazıçılar  
  Oskar Uayld məşhur yazıçılar  
  Bram Stoker  məşhur yazıçılar  

             

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov