Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - 35

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb

Bookmark and Share

Sentyabrın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru, professor Əli Doğramacı ilə görüşmüşdür.

Qonağı salamlayan Mehriban xanım Əliyeva Əli Doğramacını Fondda görməkdən şad olduğunu bildirdi. Mehriban xanım Əliyeva Əli Doğramacının bu səfərinin görkəmli musiqiçi Sərvər Qəniyevin vəfatı ilə əlaqədar baş tutmasından təəssüfləndiyini bildirərək, ustad sənətkarın dünyasını dəyişməsini həm Azərbaycan, həm də Türkiyə üçün böyük itki olduğunu dedi. Mehriban xanım bildirdi ki, Sərvər Qəniyevin həyatının böyük bir hissəsi Türkiyənin Bilkənd Universiteti ilə bağlı olmuşdur. Onun davamçısı, nəvəsi, gənc skripkaçı Elvin Qəniyevin Parisdə YUNESKO-nun qərargahında Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsertindəki çıxışını xatırlayan Mehriban Əliyeva Fondun bu istedadlı gəncə dəstək verdiyini qeyd etdi.

Azərbaycana gəldiyi üçün Əli Doğramacıya təşəkkürünü bildirən Mehriban xanım Əliyeva qonağın Fonda göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Qeyd etdi ki, atası İhsan Doğramacının xatirəsi Azərbaycan xalqı üçün əzizdir.

Əli Doğramacı Azərbaycana hər gəlişində ölkəmizin daha da gözəlləşdiyini və inkişaf etdiyini diqqətə çatdırdı. Azərbaycan və Türkiyənin həm xoş, həm də çətin günlərdə bir yerdə olduğunu deyən qonaq bildirdi ki, Sərvər Qəniyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətlərdən biridir.

Hörmətli qonaq qeyd etdi ki, S.Qəniyev Türkiyədə zəngin Azərbaycan mədəniyyətinin fəal təbliğatçısı kimi tanınmışdır. O, eyni zamanda, yeni musiqiçilər nəslinin yetişməsinə böyük töhfələr vermişdir.  

AzərTAc

 
"Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - 35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov