Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - 35

 

Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Bookmark and Share

Sentyabrın 7-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

1966-cı ildə inşa olunmuş və 1940 şagirdin təhsil aldığı 236 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərinə cari ilin mayından başlanılmışdır. Ümumi sahəsi 4960 kvadratmetr olan bu köhnə məktəb binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə müasir tələblər səviyyəsində əsaslı təmir olunmuşdur. Mövcud üç mərtəbədən əlavə, 4050 kvadratmetr sahədə mansard tipli dam örtüyü quraşdırılmışdır. Məktəbin ətrafı abadlaşdırılaraq, gözəl görkəm almışdır.

Təhsil ocağının 31 sinif otağında, 7 fənn kabinetində və müxtəlif təyinatlı 11 otağında müasir təhsil üçün hər cür şərait yaradılmış, siniflər yeni avadanlıq və dərs ləvazimatı ilə təmin olunmuşdur.

İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılmışdır. İndi burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır.

Geniş və işıqlı foyedə ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilə diqqət və qayğısının artırılması istiqamətində gördükləri işləri və məktəbin təmirində böyük dəstəyi olan Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən fotostendlər zövqlə tərtib edilmiş, dövlət atributları əks olunmuşdur.

Həm şagirdlərin, həm də müəllimlərin açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir.

Məktəbin şagirdləri Heydər Əliyev

Fondunun prezidentinə gül dəstəsi təqdim etdilər.

Mehriban xanım Əliyeva məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı. Fondun prezidenti məktəblə tanış oldu.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verdi ki, məktəbdə təhsilin beynəlxalq standartlara uyğun qurulması üçün müasir fənn kabinetləri yaradılmışdır. Kimya, biologiya və fizika kabinetləri müxtəlif təcrübələrin aparılması üçün lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz olunmuşdur.

Bildirildi ki, məktəbdə yaradılmış iki kompüter kabinetində müasir kompüterlər quraşdırılmışdır. Kompüterlərin İnternet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün kompüterlər lazımi proqramlarla təchiz edilmişdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə orduda xidmətə hazırlaşan gənclərin hərbi hazırlığının yüksək səviyyədə təşkili məqsədi ilə lazımi ləvazimat, stendlərlə təmin olunmuş, mini kazarma yaradılmışdır. Məktəbdə 200 nəfərlik akt zalında kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Yeni musiqi otağı isə musiqi alətləri və Almaniyanın istehsalı olan royal ilə təchiz olunmuşdur. Gənc nəslin sağlam böyüməsi üçün məktəbdə yaradılmış geniş zalda şagirdlər idmanın bütün növləri ilə məşğul ola biləcəklər. Burada fəaliyyət göstərən müasir kitabxana isə bütün dərsliklər, bədii ədəbiyyat, müxtəlif lüğətlər və s. ilə təchiz edilmişdir.

Təhsil ocağında yaradılan şərait müəllim kollektivinin böyük sevincinə səbəb olmuşdur. Məktəbin direktor müavini Yaqut İslamova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya pedaqoji kollektiv adından təşəkkür edərək dedi:

-Sevincimiz böyükdür. Aldığımız bu böyük hədiyyə bizi səylə işləməyə, dövlətimizə layiqli gənclər yetişdirməyə ruhlandırır. Biz möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini bəyənirik və onun ardınca gedirik. Prezidentimizi həddindən artıq çox sevirik. Onun yaxın silahdaşı kimi Sizə də dərin təşəkkürümüzü bildiririk ki, incəsənətimizə, mədəniyyətimizə, təhsilimizə, səhiyyəmizə bu cür gözəl qayğı göstərirsiniz.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin təhsil sisteminin müasir və beynəlxalq standartlara cavab verməsi üçün lazımi tədbirlərin görüldüyünü və bunun gələcəkdə də davam etdiriləcəyini vurğulayaraq dedi:

-Azərbaycanın bütün məktəbləri yüksək səviyyədə olmalıdır. Demək olar ki, bu gün artıq biz bu yol ilə gedirik. Siz bilirsiniz ki, son dörd il ərzində 1800 yeni məktəb inşa və təmir olunub, ən yüksək standartlara cavab verir. Yüksək səviyyədə təhsil üçün bütün nə lazımdırsa, bu məktəbdə vardır.

Sonda xatirə şəkli çəkdirildi.  

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - 35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov