Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - 35

 

Bakı şəhəri təhsil işçilərinin konfransı

Bookmark and Share

Sentyabrın 6-da "Hyatt Regency" otelinin Quba zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Konfrans başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə  gül dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı  ziyarət olundu.

Konfransda təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, millət vəkilləri, respublikanın tanınmış alim və pedaqoqları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, paytaxtın ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri, müəllimlər, KİV nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başladı. "2009-2010-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış etmək üçün söz alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilk olaraq konfrans iştirakçılarını qarşıdan gələn  yeni dərs ili münasibətilə təbrik etdi. Nailə xanım ulu öndər Heydər Əliyevin təhsili millətin gələcəyi adlandırdığını,onun keyfiyyətcə yüksəldilməsinə xüsusi önəm verdiyini bildirdi. Qeyd olundu ki, əbədiyaşar liderimizin əsasını qoyduğu, ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən təhsil islahatları bu prioritet sahənin hərtərəfli inkişafını təmin etməklə Azərbaycan təhsilinin müasir dünya təhsilinə inteqrasiyasını sürətləndirmişdir.

Təhsil sahəsində son illərin ən mühüm hadisələrindən biri də "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Məruzəçi Qanunun qəbul edilməsi zərurətinin, ilk növbədə, ölkədə və dünyada dinamik inkişaf tendensiyaları və Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlı olduğunu deyərək, yeni Qanunda öz əksini tapan məsələlərdən söz açdı. Qeyd etdi ki, yeni Qanun dövlətin təhsil siyasətinin yerinə yetirilməsi sahəsində əməli addımlar atmağa imkan yaradır.

N.Rzaquliyeva təhsilin ilk pilləsi və bünövrəsi sayılan məktəbəqədər təhsilin ən çox diqqət tələb edən bir sahə olduğunu deyərək bununla bağlı görülən işlərdən danışdı. Məlumat üçün bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 303 körpələr evi-uşaq bağçası, 1 körpələr evi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2 məktəbəqədər xüsusi təhsil müəssisəsi, 3 sanator tipli məktəbəqədər təhsil müəssisəsi vardır. Uşaqların sayı 31037 olmaqla həmin təlim-tərbiyə müəssisələrində 1394 qrup fəaliyyət göstərir ki, onlarda da balacaların təlim-tərbiyəsi ilə 3572  pedaqoji işçi məşğul olur. Məruzəçi bildirdi ki, hesabat ilində "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq bu sahədə də müəyyən təhlillər aparılıb. Təhlillər zamanı məlum olub ki, əvvəlki illərdən fərqli olaraq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında müsbət dinamika var. Belə ki, 2006-2007-ci tədris ilində 4380, 2007-2008-ci tədris ilində 4480, 2008-2009-cu tədris ilində 5600, 2009-2010-cu tədris ilində isə 6700 uşaq məktəb təliminə hazırlıq prosesinə cəlb olunub. İnkişaf dinamikasının göstəricilərinə əsaslanıb demək olar ki, məktəbəhazırlıq qruplarının şəbəkəsi xeyli genişlənib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yarandığı ilk  gündən etibarən fəaliyyətini ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəltdiyini deyən N.Rzaquliyeva bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açdı. Qeyd olundu ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 311 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 325995 şagirdin təlim-tərbiyəsi ilə 33784 müəllim məşğul olur.

Təhsil sahəsində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinin  təhsilin keyfiyyətinə kifayət qədər müsbət təsir edən amillərdən olduğunu diqqətə çatdıran məruzəçi ötən dərs ilinin bununla bağlı nəticələrini diqqətə çatdırdı.

N.Rzaquliyeva onu da bildirdi ki, ötən illərlə müqayisədə 2010-2011-ci dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb və məzunların 44,83 faizi tələbə adını qazanıb. Qeyd etdi ki, keçən il bu rəqəm 41,99 faiz idi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı 2006-cı ildə isə həmin göstərici 34,79 faiz olub. Bu da 4 ildə Bakı məktəbləri üzrə ali məktəblərə  qəbulun 10 faizdən çox artması deməkdir. 600-dən yuxarı bal toplayanların sayı keçən illə müqayisədə  bu il 404-dən 563-ə, 500-dən çox bal toplayanların sayı 1727 nəfərdən 2061-ə yüksəlib.

2009-2010-cu il məzunlarından 2 nəfər 700 bal, hər 15 nəfərdən biri 600-dən,  hər  4 nəfərdən biri isə  500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub. Həmin məzunların bitirdikləri təhsil müəssisələrinin adlarını açıqlayan məruzəçi daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti dövründə Bakı məktəbləri məzunlarının ali məktəblərə qəbulu zamanı topladıqları balların illər üzrə təhlilini apardı. Məzunların  ali məktəblərə qəbul faizində ilbəil artım müşahidə olunduğunu deyən N.Rzaquliyeva onların yüksək bal  toplamalarının sevindirici hal olduğunu söylədi. Məruzədə məzunların yüksək bal toplamalarına təsir edən amillərdən birinin gənclərin təhsilə, elmə olan marağının artması, digər tərəfdən də Təhsil Nazirliyinin orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirməsi nəticəsində həm müəllimlərdə, həm də şagirdlərdə məsuliyyət  hissinin artması olduğu xüsusi vurğulandı.

Məktəbli formasının tətbiqini çox önəmli bir məsələ saydığını söyləyən  N.Rzaquliyeva əsas məqsədin uşaqlar arasında sosial fərqin aradan qaldırılması, psixoloji-mənəvi iqlimin sağlamlaşdırılması olduğunu qeyd etdi. Bildirildi ki, ilkin mərhələdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində vahid forma tətbiq olunacaq. Daha sonra bu, ikinci mərhələdə V-XI sinif şagirdlərini əhatə edəcək. Onu da əlavə etdi ki, bununla bağlı ictimai rəy qənaətbəxşdir, bu addım valideynlər tərəfindən müsbət qarşılanır.

N.Rzaquliyeva təhsil sistemində qabaqcıl təcrübəni öz fəaliyyətlərində tətbiq edən, yeni təlim texnologiyalarından, şagirdlərin qavrama  bacarığının inkişafında əvəzsiz rol oynayan interaktiv təlim metodlarından dərslərində istifadə etməklə uğur qazanan müəllimlərin sayının günü-gündən artmasının ürəkaçan olduğunu bildirdi.

Məruzəçi ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində Bakı şəhəri məktəblərinin və müəllimlərinin uğurlu nəticələrindən söz açdı. Məlumat üçün bildirdi ki, bu il  Bakı şəhərinin 28 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 50 müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülüb.

Məruzəsində xüsusi istedada malik uşaqların aşkara çıxarılması və inkişaf etdirilməsi ilə bağlı təhsil müəssisələrində keçirilən silsilə tədbirlərə də toxunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri həmçinin fənn olimpiadalarının respublika turunda şagirdlərin əldə etdikləri nailiyyətlərdən bəhs etdi.

 N.Rzaquliyeva 2009-2010-cu dərs ilində ən əlamətdar hadisələrdən  birinin də Bakı təhsilinin tarixində ilk dəfə keçirilən  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 4 illik fəaliyyətini əks etdirən "Təhsil, zaman və biz" adlı baxış -sərginin təşkil edilməsi olduğunu dedi. Yüksək səviyyədə təşkil olunmuş sərgidə qabaqcıl təhsil müəssisələrinin təhsil sahəsində əldə etdikləri uğurları, bacarıq və nailiyyətləri nümayiş etdirilib. Sərgi barədə konfrans iştirakçılarına ətraflı məlumat verən məruzəçi uğurla həyata keçirilən təhsil islahatlarının  nəticələri və bu sahədə qazanılmış nailiyyətləri cəmiyyətə təqdim etməkdə əsas məqsədin Bakı təhsil mühitinin məzmunu və mahiyyəti  haqqında  fikir formalaşdırmaq olduğunu söylədi.  

Son illər təhsil sistemində İKT infrastrukturunun  inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıran N.Rzaquliyeva Bakının 139 ümumtəhsil məktəbinin genişzolaqlı  İnternet şəbəkəsinə  qoşulduğunu, bütün məktəblərdə lokal şəbəkələrin yaradıldığını bildirdi. Qeyd olundu ki, son illərdə tətbiq edilən "Elektron məktəb" layihəsinin əhatə dairəsi də xeyli genişlənib. 23 nömrəli məktəbdə isə elektron jurnallara keçid başa çatıb.

Məruzəçi onu da qeyd etdi ki, bugünkü idarəetmədə geniş məlumat bazasının, dəqiq və sürətli informasiyanın böyük rolu vardır. Bu baxımdan, Təhsil Nazirliyində 2008-ci ilin sentyabrından həyata keçirilən "Məktəb - TİMS" proqramı təhsilin keyfiyyətli idarəedilməsi üçün imkan yaradır. İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TİMS sektoru proqramın 4 bölməsi - məktəb, kadr, şagird və ÜM-1 hesabatı üzrə məlumatların toplanmasını  və yenilənməsini başa çatdırmaqla keyfiyyətli informasiya təminatı yaradıb. İndi hər bir məktəb üzrə konkret və vacib informasiyalar vardır.

Təhsilin inkişafına bilavasitə təsir edən amillərdən birinin də maddi-texniki baza olduğunu deyən N.Rzaquliyeva ilbəil onun möhkəmləndirilməsinin, infrastrukturun inkişaf etməsinin  təhsil mühitinin yaxşılaşmasına imkan verdiyini dedi. Məlumat üçün bildirdi ki, 2009-2010-cu dərs ilində Heydər Əliyev Fondunun xətti ilə Bakı şəhərində 3 məktəb və 1 uşaq bağçası əsaslı təmir edilmiş, Təhsil Nazirliyinin vəsaiti hesabına 2 məktəbdə əlavə korpus tikilmiş, 6 məktəb və 2 uşaq bağçasında əsaslı təmir, 30 məktəbdə, 29 uşaq bağçasında və 1 məktəbdənkənar təhsil müəssisəsində cari təmir işləri aparılıb. 13 məktəbin və 10 uşaq bağçasının istilik sistemi yenidən qurulub.

2009-2010-cu dərs ilinin əvvəlində müasir tələblərə cavab verən 2 yeni körpələr evi-uşaq bağçası tikilərək balacaların istifadəsinə verilib.

Məruzəsində ötən dərs ilində əldə olunan uğurlardan, görülən işlərdən, qarşıda duran vəzifələrdən ətraflı  bəhs edən, müəyyən çatışmazlıqları və nöqsanları geniş təhlil edən, onların aradan qaldırılması istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini söyləyən Nailə Rzaquliyeva çıxışının sonunda yeni dərs ilində təhsil işçilərinin Bakı təhsilinin inkişafına öz layiqli töhfələrini verəcəklərinə inandığını bildirdi.

 Sonra konfransda məruzə ətrafında çıxışlar oldu. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi, Bakı şəhərindəki 125 nömrəli məktəbin direktoru Zeynəb Əliyeva, 183 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Aysel Əliyeva, 190 nömrəli məktəbin Valideyn-Müəllim Assosiasiyasının prezidenti Ələkbər Məmmədov, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, 313 nömrəli məktəbin müəllimi Mərdan İsmayılov, qəbul imtahanlarında maksimum nəticə - 700 bal toplamış Esmira Baxşəliyeva və Aygül Tanrıverdiyeva çıxış edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin inkişafında gördüyü işləri yüksək dəyərləndirdilər, ötən il ərzində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən danışdılar.

Millət vəkili Asim Mollazadə, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə təhsilin uğurla inkişaf etməsindən, müəllimlik peşəsinin müqəddəsliyindən, Azərbaycanda kifayət qədər yüksək biliyə, istedada malik gənclərin olmasından söz açdılar və belə bir tədbirdə iştirak etmələrindən məmnunluq hissi keçirdiklərini bildirdilər.

Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək bütün təhsil işçilərini qarşıdan gələn "Bilik günü" münasibəti ilə təbrik etdi. Son illər Bakı təhsilinin uğurlarının artdığını deyən nazir bütövlükdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətini müsbət dəyərləndirdi.

Təhsil naziri əbədiyaşar liderimiz Heydər Əliyevin hər zaman təhsilə önəm verdiyini, müəllimlərə xüsusi hörmətlə və ehtiramla yanaşdığını, bu şərəfli peşənin sahiblərinin əməyini yüksək qiymətləndirdiyini qeyd etdi. Ulu öndərin müəllim haqqında söylədiyi qiymətli fikirləri konfrans iştirakçılarının diqqətinə çatdıran nazir hazırda onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, müəllimlərimizə göstərilən diqqət və qayğıdan danışdı.

Müəllimlik  peşəsinin şərəfli, eyni zamanda çətin və məsuliyyətli olduğunu söyləyən nazir Misir Mərdanov bununla bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşdü. Hər zaman müəllimə  hörmətlə yanaşıldığını deyən təhsil naziri həmin ənənənin qorunaraq davam etdirilməsinin vacibliyindən söz açdı. Bu gün müasir müəllimə verilən tələblərdən danışan  nazir həmçinin məktəb-valideyn-şagird münasibətlərindən  də  bəhs  etdi,  birgə  əməkdaşlığın  əhəmiyyətini  qeyd edərək  hər bir valideynin  öz  övladının təhsil aldığı məktəblə əlaqəsini artırmasının, məktəbin  həyatında  baş  verən proseslərdə yaxından iştirak etməsinin zəruriliyini konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Çıxışında digər həlli vacib məsələlərə də  toxunan nazir Misir Mərdanov təhsil işçilərinə bir sıra tövsiyələr verdi .

Konfransın sonunda ölkənin təhsil sahəsində görülən işlərdən, əldə olunan uğurlardan bəhs  edən videoçarxın nümayişi iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. 

Samirə KƏRİMOVA 

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - 35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov