Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - 36

 

Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı

Bookmark and Share

Sentyabrın 13-də 7 nömrəli Bakı Peşə Liseyində ölkənin ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin ənənəvi konfransı keçirildi. Tədbiri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq konfransın 2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda  duran vəzifələrin müzakirəsinə həsr olunduğunu, onun işində Təhsil Nazirliyinin bəzi şöbə müdirləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərindən, Təhsil Nazirliyinin birgə layihələr həyata keçirdiyi "Azərsun Holdinq" və KNAUF şirkətlərindən nümayəndələrin, Təhsil Nazirliyində yaradılmış Əlaqələndirmə Şurasının üzvlərinin də iştirak etdiyini bildirdi.

Sonra təhsil naziri müzakirə olunan məsələ ilə bağlı hazırlanmış geniş təqdimatla konfrans iştirakçılarını tanış etdi. Onların diqqətini öncə ilk peşə-ixtisas təhsili müəssisələrinin ölkənin iqtisadi rayonları üzrə dislokasiyasına  dair statistik məlumata  yönəldən nazir iqtisadi rayonların adlarını, hər iqtisadi rayon üzrə peşə təhsili müəssisələrinin, əhalinin, şagirdlərin və mühəndis-pedaqoji işçilərin sayını, mühəndis-pedaqoji heyət-şagird nisbətini əks etdirən cədvəldəki bəzi rəqəmlərin düşünmək üçün əsas verdiyini, ayrı-ayrı iqtisadi rayonlar üzrə cədvəldə göstərilən sayda ilk peşə-ixtisas təhsili müəssisəsinə ehtiyacın olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq araşdırma aparmağa zərurət duyulduğunu bildirdi.

Sonra ekranda 2008-2009 və 2009-2010-cu dərs illəri üzrə ölkədəki ilk peşə-ixtisas təhsili müəssisələri haqqında statistik məlumatı əks etdirən cədvəl nümayiş olundu. Məlumatdan aydın oldu ki, ölkədə ötən dərs ilində 108 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib. Onlarda 25200 şagird peşə hazırlığı keçib. 3700 nəfərlik mühəndis-pedaqoji heyət çalışıb. Mühəndis-pedaqoji heyət-şagird nisbəti 6,8 təşkil edib. Qeyd olunan dərs illəri üzrə aparılan müqayisədən məlum oldu ki, peşə təhsili müəssisələrinin sayı dəyişməsə də, ötən dərs ilində şagirdlərin sayı bir qədər azalıb, mühəndis-pedaqoji işçilərin sayı isə əksinə, çoxalıb və nəticədə mühəndis-pedaqoji heyət - şagird nisbəti bir qədər aşağı düşüb.  Nazir bunu mənfi hal adlandırdı.

İlk peşə-ixtisas təhsili müəssisələrində şagird qəbulunun vəziyyətini əks etdirən cədvəldən isə məlum oldu ki, ötən dərs ilində şagird qəbulu planı 96 faiz yerinə yetirilib. Büdcə hesabına oxuyanlar üzrə plan yerləri tam dolsa da, ödənişli əsaslarla qəbul planı kəsirdə qalaraq cəmi 73 faiz yerinə yetirilib. Nazir bunu da xoşagəlməz hal saydığını söylədi.

Peşə təhsili müəssisələrində son 4 ildə ödənişli qəbuldan əldə olunan büdcədənkənar vəsaitin dinamikasını əks etdirən diaqram da diqqətə çatdırıldı.

Nazir iqtisadi rayonlar üzrə yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin İKT ilə təchizatı barədə məlumat verib bu sahədə vəziyyətin ümumtəhsil məktəblərinə nisbətən o qədər də qənaətbəxş olmadığını bildirdi. Müqayisə üçün qeyd etdi ki, əgər ölkədə kompüter - şagird nisbəti ümumtəhsil məktəbləri üzrə 1:20-dirsə, ilk peşə-ixtisas təhsili müəssisələri üzrə 1:64-dür.

Təhsil naziri Misir Mərdanov təqdimatında ilk peşə-ixtisas təhsili sahəsində görülmüş bir sıra işləri də diqqətə çatdırıb, onları müsbət qiymətləndirdi. Qeyd etdi ki, Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 77 nömrəli qərarı ilə "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)", 29 aprel 2010-cu il tarixli, 82 nömrəli qərarı ilə "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları", 4 iyun 2010-cu il tarixli, 104 nömrəli qərarı ilə "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" qəbul edilmişdir.

Avropa Komissiyası ilə birlikdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət və təhsil nazirinin rəhbərliyi ilə İdarəetmə Şurası yaradılmış, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işəgötürən təşkilatların nümayəndələri, habelə beynəlxalq və milli ekspertlərin birgə səyi nəticəsində bəzi ixtisaslar üzrə peşə standartları hazırlanmışdır. 20-yə yaxın təhsil müəssisəsinin rəhbərləri və 100-dən artıq mühəndis-pedaqoji heyət üçün 25 seminar və treninq təşkil edilmişdir.

Təhsil naziri görülmüş ən mühüm işlərdən biri kimi Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisinin başa çatdığını və yaxın günlərdə onun açılacağını söylədi.

Daha sonra nazir işəgötürən təşkilatlarla əlaqələrdən danışdı. Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" şirkətlər qrupu arasında "Təhsil müəssisələri ilə əməkdaşlıq" layihəsi çərçivəsində Niyyət Protokolunun imzalandığını, KNAUF şirkətlər qrupu ilə tədris və məsləhət xidmətləri sahəsində birgə layihə həyata keçirildiyini, Gəncədəki "Billur elektonics" şirkəti ilə "Peşə təhsili müəssisələri ilə əməkdaşlıq haqqında Anlaşma"nın imzalanmasının nəzərdə tutulduğunu bildirdi və həyata keçirilən və keçiriləcək layihələr haqqında geniş məlumat verdi.

Nazir təqdimatında ilk peşə-ixtisas təhsili müəssisələrinin kadr təminatına da toxundu, bu müəssisələrin mövcud kadr potensialı haqqında statistik rəqəmlər gətirildi.  Qeyd olundu ki, hazırda ilk peşə-ixtisas təhsili müəssisələrində 6480 nəfər çalışır. Onlardan 1058-i ümumtəhsil fənn müəllimi, 937-si ümumtexniki və ixtisas fənn müəllimi, 1666-sı istehsalat təlimi ustası, 1110 nəfər rəhbər və inzibati işçi, 1709-u isə qeyri-pedaqoji işçidir. Bəzi qrup işçilərin, xüsusən də  rəhbər və inzibati işçilərin çox olduğunu deyən nazir ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud kadr strukturunun araşdırılmasına ehtiyac duyulduğunu, nazirliyin müvafiq qurumlarının bu məsələlər üzərində fikirləşməli olduğunu vurğuladı.

Təhsil naziri təqdimatında 2009-2010-cu illərdə peşə liseyləri üzrə ümumtəhsil fənlərindən aparılmış mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə də söz açdı, bütün peşə liseyləri üzrə şagirdlərin və imtahanlardan müvəffəq olanların sayını əks etdirən cədvəlləri nümayiş etdirdi. Peşə liseyləri üzrə bu sahədə orta göstəricinin ötən il 39,95 faiz olduğunu, bu il isə onsuz da qənaətbəxş olmayan həmin rəqəmin daha da azalaraq 35,75 faiz təşkil etməsini nazir nöqsan saydı.

Misir Mərdanov məruzə-təqdimatının sonunda konfrans iştirakçılarının diqqətini ilk peşə-ixtisas təhsili sahəsində mövcud olan problemlərə yönəltdi, onların aradan qaldırılması, habelə ilk peşə-ixtisas təhsilinin daha da inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələrdən söz açdı.

Konfransda daha bir təqdimat da oldu.

Avropa İttifaqı ilə birlikdə ölkəmizdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin rəhbəri xanım Ənn Castisin həmin təqdimatında layihənin icrası yönündə görülmüş işlərdən bəhs olundu. Xanım Ənn Castis bildirdi ki, layihənin vəzifəsi Azərbaycanın qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və ilk peşə-ixtisas təhsili məzunları üçün iş imkanlarının artırılmasıdır.

Təqdimatda layihənin icrası ilə bağlı fəaliyyətlər, strategiya və fəaliyyət proqramının hazırlanması istiqamətində atılan addımlar geniş şərh olundu, 66 peşə, 21 əsas bacarıqlar modulunun, kurikulum üzrə təlimat kitablarının hazırlandığı diqqətə çatdırıldı.

Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin Əlaqələndirmə şöbəsinin müdiri Cəmaləddin Quliyev, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov çıxış edərək ilk peşə-ixtisas təhsili sistemində ötən ildə görülmüş işlərdən, mövcud problemlərdən, onların aradan qaldırılması yollarından danışdılar, təklif və tövsiyələrini söylədilər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov