Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - 36

 

"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci

Bookmark and Share

Təhsilin, elmin, biliyin tərəqqi üçün açar, inkişafın hərəkətverici qüvvəsi hesab olunduğu ölkəmizdə yeni dərs ilinin ilk günü - "Bilik günü" həmişə ümumxalq bayramı kimi qeyd olunur. 2010-2011-ci dərs ilinin ilk zənginin çalındığı sentyabrın 15-ni də xalqımız yüksək əhvali-ruhiyyə ilə qarşıladı. Bütün təhsil müəssisələrində "Bilik günü"nə həsr olunmuş təntənəli bayram mərasimləri keçirildi.

Həmin gün Bakıdakı İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə də yaddaqalan, maraqlı və məzmunlu bayram şənliyi düzənlənmişdi. Mərasimin keçirildiyi məktəb həyəti şagirdlər, müəllimlər və valideynlərlə dolu idi. Müəllimlərin, məktəblilərin, xüsusən də bu il əlinə ilk dəfə çanta alıb birinci sinfə gedən şagirdlərin sevincini bölüşməyə, onlara xoş arzularını bildirməyə xeyli qonaq da gəlmişdi.

Tədbirin aparıcıları XI "a" sinif şagirdi Səbinə və X "a" sinif şagirdi Nigar mərasimi açıb iştirakçıları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər. Azərbaycan Respublikasının Dövlət himni ifa olundu.

Mərasim artıq başlasa da onun əsas "qəhrəmanları" - bu il birinci sinfə gedən  uşaqlar meydanda gözə dəymirdi. Aparıcılar bildirdilər ki, yeni dərs ilində liseydə 2-si rus, 2-si Azərbaycan bölməsində olmaqla 4 birinci sinif fəaliyyət göstərəcək. Onlarda 97 uşaq təhsil alacaq. Əsas bayram onlarındır. Başlarının oyuncaqlarına qarışdığı, nağıl aləmindən hələ ayrılmadıqları güman edilən altıyaşlıları şənliyə gətirmək üçün nağıl qəhrəmanları - Şrek, Dovşan, Mikki Maus və b. köməyə çağırıldı. Uşaqların "dilini" daha yaxşı bilən nağıl qəhrəmanları tezliklə öz balaca dostlarını tapıb musiqi sədaları altında meydana gətirdilər və onlarla rəqs etməyə başladılar.

Beləcə, mərasim başlandı. Nağıl qəhrəmanları - aktyorlar birinciləri təbrik etdilər. Aparıcılar da təbrikə qoşuldular, təhsilin, elmin əhəmiyyəti, məktəb, müəllim haqqında şeirlər dedilər. Ulu öndər Heydər Əliyevin müəllim haqqında dediyi sözləri diqqətə çatdırdılar, ölkəmizdə təhsilə, müəllimə göstərilən qayğıdan söz açdılar, sevimli müəllimlərini, direktorlarını təbrik etdilər.

Sonra təbrik üçün söz liseyin direktoru Məhbubə Məmmədovaya verildi. Məhbubə müəllim mərasim iştirakçılarını salamlayıb sentyabrın 15-nin möhtərəm Prezidentimizin sərəncamı ilə "Bilik günü" elan edildiyini, bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söylədi. Direktor bu münasibətlə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji kollektiv üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların baba və nənələrini, ata və analarını, gənc ailələri ürəkdən təbrik etdi və valideynlərə gözaydınlığı verdi. Bu gün birincilərin və onların məktəbə gedəcəyi günü 6 il gözləyən valideynlərinin daha çox sevindiyini deyən M.Məmmədova özünün də sevincinin həddi-hüdudu olmadığını, nəvəsinin bu il ilk dəfə məktəbə qədəm qoyduğunu bildirdi. O, birincilərə yeni dərs ilində müvəffəqiyyət dilədi, bu gün onlara tapşırılan bu balaca fidanların sağlam əqidə ilə böyüməsini, vətənpərvərlik ruhunda tərbiyə almasını arzuladı. Müəllimlərə tövsiyə etdi ki, öhdələrinə düşən bu çətin, lakin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışsınlar, elmin sirlərini şagirdlərə sevə-sevə öyrətsinlər, "Təhsil millətin gələcəyidir" deyən ulu öndər Heydər Əliyevin gələcəyimiz olan uşaqları qorumaqla bağlı tövsiyəsinə daim əməl etsinlər. O, inandığını bildirdi ki, liseyin müəllimləri valideynlərlə əl-ələ verərək bu gün onlara etibar olunmuş körpələrin gələcəyini düzgün quracaq, onlara düzgün istiqamət verəcəklər, uşaqların savadlı, bilikli olması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Bunun üçün liseylərində hər cür şəraitin, illərlə yaranmış müsbət ənənələrin olduğunu deyən Məhbubə Məmmədova tədris ocaqlarının ötən dərs ilində əldə etdiyi bəzi uğurları da diqqətə çatdırdı. Qeyd etdi ki, lisey və onun şagirdləri ölkə üzrə keçirilən müsabiqələrdə, olimpiadalarda, digər bilik-yaradıcılıq yarışlarında fəal iştirak edir və yüksək yerlər tuturlar. "Tərəqqi" texniki-humanitar təmayüllü lisey 2 il öncə möhtərəm cənab  Prezidentimizin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 50 qalibindən biri olmuş və 10 min manat mükafatla mükafatlandırılmışdır. Bu il isə liseyin müəllimi Şəhla Əliyeva "Ən yaxşı müəllim" müsabiqəsinin 100 qalibindən biri olmuş və 5 min manat mükafat almışdır. Həmin mükafatlara və təhsilə göstərdiyi daimi diqqət və qayğıya görə M. Məmmədova təhsil işçiləri adından ölkə Prezidentinə minnətdarlığını bildirdi.

Lisey məzunlarının ali  məktəblərə daxil olması göstəricilərinə görə də ölkənin öncül təhsil ocaqları sırasındadır.  Hər il məzunların xeyli qismi ölkənin və bir sıra xarici dövlətlərin ən nüfuzlu universitetlərinə qəbul olunurlar. Bu il liseyi bitirmiş 73 gəncin 64-ü ali məktəblərə sənəd vermiş, 51-i yüksək balla qəbul olunmuşdur. Onlardan 3-ü Türkiyənin nüfuzlu universitetində, biri isə BƏƏ-nin Dubay şəhərində ali təhsil alacaq. Qəbul imtahanlarında lisey üzrə ən yüksək - 616 bal toplamış Təranə Həmidova isə Azərbaycan Tibb Universitetinin tələbəsidir. 20-dən çox məzun qəbul imtahanlarında 500-dən yüksək bal toplayıb.

Məhbubə müəllim təbrik nitqinin sonunda liseylərinin şagirdlərini, müəllimləri və valideynləri, Təhsil Nazirliyi başda olmaqla bütün pedaqoji ictimaiyyəti bir daha təbrik edib fəaliyyətlərində onlara dəstək olan hər kəsə, mərasimin hazırlanmasında əməyi olanlara, xüsusən də müavini Mehriban Salahovaya təşəkkürünü və münnətdarlığını bildirdi.

Sonra nağıl qəhrəmanları yenidən öz balaca həmkarları ilə meydanı ələ alıb bir-birindən maraqlı nömrələrlə, uşaqlarla apardıqları qısa dialoqlarla mərasimi canlandırdılar. Uşaqlar dairə vurub şeirlər söylədilər, rəqs etdilər, bütün I sinif şagirdləri də onlara qoşuldular.

Valideynlər adından İradə Əliyeva çıxış edərək  liseyin rəhbərliyini, müəllim və şagirdləri təbrik etdi, yeni dərs ilində onlara uğurlar arzuladı.

Nəhayət, birinci sinif şagirdi Mikayıl Abıyev yeni dərs ilinin ilk zəngini çaldı və birincilər müəllimlərinin müşayiəti ilə "Məktəb illəri" mahnısının sədaları altında liseyin binasına daxil olub siniflərində öz yerlərini tutdular. Uşaqların sinif otaqlarına alışması üçün bayram tədbiri siniflərdə də davam etdirildi. Onlarla bu dəfə "Ələddin" 10-15 dəqiqə ərzində əyləncəli oyunlar keçirdi.

Beləliklə, sevinclə dolu bayram şənliyi başa çatdı. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov