Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - � 36

 

Təfəkkür nurunun qaynağı

Bookmark and Share

İlk tanışlıq 

Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyinə qəbulun nəticələri ilə bağlı yazı hazırlamaq məqsədilə direktor Qasım Hüseynovun kabinetinə daxil olarkən orada daha bir neçə nəfər vardı. Professor Q.Hüseynov informasiya verərkən: - Liseyə builki qəbul imtahanında şagirdləri yüksək nailiyyətlər qazanan ayrı-ayrı məktəblərin direktorlarına razılıq məktubları göndərmişik, - dedi. - Həmin tədris müəssisələri sırasında M.Şəhriyar adına 193 nömrəli məktəb xüsusi yer tutur. Afayət Məmmədova həmin təhsil ocağının sinif müəllimidir...

Lisey direktorunun elmi-metodik işlər üzrə müavini Cabbar Cabbarovun iş otağında Afayət müəllim uşaqlıq illərini yaşadığı, ilk pedaqoji fəaliyyətə başladığı Körpülü kəndindən həsrətlə danışdı... 

Pedaqoji salnamədən sətirlər 

A.Məmmədova Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu (indiki Gəncə Dövlət Universiteti) 1971-ci ildə bitirib, pedaqoji fəaliyyətə başlayıb.

Sonralar vəziyyətlə əlaqədar Bakıya köçən müəllim 1988-ci ildən 193 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi çalışır.

İstənilən peşə onu seçənlərdən, ilk növbədə, seçilən həyat yoluna dərin bağlılıq, maraq tələb edir. Günü başa vurmaqla peşənin ustası olmaq, ixtisasın fövqündə durmaq mümkün deyil. Dövri mətbuat nümunələrində dərc edilmiş yazılardan bəlli olur ki, A.Məmmədova fədakar müəllimlərdəndir.

"Savalan" qəzetinin 29-31 yanvar 2008-ci il tarixli sayında dərc olunmuş "Nailiyyətlərin bünövrəsini qoyan müəllim" (S.Rəhimova) yazısında M.Şəhriyar adına 193 nömrəli məktəbin X sinif şagirdlərinin uğurlarından bəhs olunur. Bu gənclərin təlim-tərbiyəsində əməyi olan Şövqiyyə İsrafilova barədə söhbət açılan qələm məhsulunun sonunda vurğulanır ki, gələcəyin hüquqşünası, həkimi, yazıçısı... olacaq bu gənclərin bütün nailiyyətlərinin bünövrəsini onların ibtidai  sinif  müəllimi  Afayət  Məmmədova qoyub.

Başqa bir məqalədə - "Belə bir sinif var" adlı  yazıda A.Məmmədovanın IV "B" sinfinin şagirdlərinin uğurlarından bəhs olunur.

"Savalan"da dərc olunmuş (23-29 aprel 2003-cü il) "Şagirdlərimlə fəxr edirəm" adlı qələm məhsulunda (A.Baxışova) Afayət müəllimin şagirdlərinin Azərbaycanın dövlət atributları, Odlar yurdu vətənimizin tarixi, təbii sərvətləri haqqında bilik və məlumatları, riyazi səviyyələri barədə razılıqla söhbət açılır.

Bunların hamısının bir pedaqoji əsası var: hər bir dərsə yaradıcı yanaşma, hər bir mövzunun tədrisinə ciddi, planlı hazırlaşma. 

Tədris sistemindən bir nümunə 

Afayət müəllim hər bir dərsə ciddi hazırlaşır və bu zaman məktəbli təfəkkürünü inkişaf etdirməyi, şagirdlərin məlumat dairəsini genişləndirməyi əsas təlim məqsədi seçir. Bunu II sinifdə keçdiyi "Qədim xalça" mövzusunun tədrisi nümunəsində təsvirə çalışacağıq.

Şagirdləri düzgün oxu qaydalarına yiyələndirmək, onlarda dinləmə və anlama bacarıqlarını inkişaf etdirmək, mətnin əsas ideya məzmununu şagirdlərin öz sözləri ilə ifadə etdirmək təlimi məqsəd kimi müəyyənləşdirilir. İnduktiv dərs tipi seçilir, tədris üsulu olaraq beyin həmləsi götürülür.

Dərslik, işçi (test) vərəqələri resurslar olaraq hazırlanır.

Təsviri incəsənət ilə inteqrasiya yaradılması nəzərdə tutulur. "İki söz" adlı canlandırma məşğələsi zamanı hər şagird öz adını deyir və adını dedikdən sonra adının baş hərfi ilə başlanan 2 söz söyləyir. Məsələn: Nigar adlı qız nar və nanə sözünü deyir. Sonra həmin qızın sağ tərəfində dayanan uşaq oyunu davam etdirir.

10 dəqiqəlik motivasiya mərhələsində müəllim şagirdlərə dərslikdəki müvafiq şəkli göstərərək aşağıdakı suallara cavablar verməyi tapşırır:

M.: - Şəkildə nə görürsünüz?

Ş.: - Ana və qız.

M.: - Qız nə edir?

Ş.: - Dayanıb baxır.

M.: - Ana adlandırdığınız xanım nə edir?

Ş.: - Şəkil çəkir.

M.: - Diqqətlə baxın, görün nə çəkir?

Ş.: - Xalça şəkli.

M.: - Doğrudur. Naxışlı xalça şəkli çəkilib. Daha nə görürsünüz?

Ş.: - Hana, dəzgah.

M.: - Siz xalça, xalı görmüşsünüzmü? O necə olur?

Ş.: - Bəli, görmüşük. Xalça və xalılar yumşaq, böyük, kiçik, naxışlı, rəngli və s.  olur.

M.: - Xalçadan nə üçün istifadə edirlər?

Ş.: -  Divara vururlar, döşəməyə sərirlər.

Fərziyyələri dinlədikdən sonra lövhəyə Venn dairələri çəkilir. Xalça və xalının ümumi və fərdi cəhətlərini soruşan müəllim bunları qeyd edir:   

 

Sonra müəllimin təklifi ilə ikincilər "Qədim xalça" mətnini oxuyurlar.

Sinfə tədqiqat səciyyəli sual verilir:

- Sizcə, qədim əşyalar niyə saxlanılır?

15 dəqiqə ərzində tədqiqat aparılır.

Sinif qruplara bölünür. Hər qrupa suallar yazılmış iş vərəqləri paylanır. Qruplara dərslikdən istifadə etmələri üçün 15 dəqiqə vaxt verilir. Müəllim qrupların işinə nəzarət edir, lazım olduqca izahat aparılır. Tapşırıqlar aşağıdakı kimi paylaşdırılır: 

I qrupun tapşırığı:

- Gülər nənəsi verdiyi hədiyyəni niyə sevmədi?

Şagirdlərin fərziyyələri:

* Xalça köhnə idi.

* Gülərin otağı gözəl idi.

* Fikirləşdi ki, xalça otağın gözəlliyini pozar.

* Xoşuna gəlmədi. Hədiyyə olduğu üçün qəbul etdi.

* Nənəsinin xətrinə dəymədi, hədiyyəni qəbul etdi. 

II qrupun tapşırığı:

- Xalçanın tarixi haqqında öz fikrinizi bildirin.

Şagirdlərin fərziyyələri:

* Xalçanın yaşı çoxdur. O qədimdə toxunub.

* Sayalı nənə nənəsinin toxuduğu xalçanı qoruyub saxlayıb, öz nəvəsinə hədiyyə verib. Bu xalça Xan qızı Natəvanın dövründən qalıb. 

III qrupun tapşırığı:

- Xalça hara xalçası idi? Onun haqqında nə deyə bilərsiniz?

Şagirdlərin fərziyyələri:

* Xalça Qarabağ xalçasıdır. Onun gözəl çeşnisi, parlaq rəngləri var. Bu rənglər, boyalar Şuşanın dağlarının çiçəklərindən, otlarından hazırlanıb. Bu təbii rənglər adamları heyran edir. 

IV qrupun tapşırığı:

- Xurşudbanu Natəvan haqqında nə öyrəndiniz?

Şagirdlərin fərziyyələri:

* Xurşudbanu xanım təkcə şair deyildi.

* O həm də yaxşı rəssam idi.

* Həmin xalçanın çeşnisini Xan qızı çəkmişdir.

* Bu xalça doğma Şuşamızdan, gözəl şairəmiz Natəvan xanımdan xatirədir. 

V qrupun tapşırığı:

- Gülər ona bağışlanmış hədiyyəni necə qiymətləndirdi?

* Xalçanın çox qədim olduğunu anladı.

* Xalçanın nəsildən-nəslə hədiyyə edildiyini öyrəndi.

* Qədim əşyaların qiymətli olduğunu bildi.

* Evlərinə gələn qonaqlara xalçanın tarixini danışdı.

* Nənəsinin hədiyyəsinin bütün hədiyyələrdən qiymətli olduğunu anladı.

Verilən vaxt bitdikdən sonra qrupun liderləri öz işləri haqqında məlumat verirlər.

5 dəqiqəlik informasiya mübadiləsi mərhələsi başa çatır.

Qrupların liderləri öz işləri haqqında məlumat verir və iş vərəqlərini lövhədən asırlar.

Sonrakı mərhələ informasiyanın müzakirəsi və təşkili olub 5 dəqiqə çəkir.

Nəticənin çıxarılması və ümumiləşdirilməsinə ayrılan 5 dəqiqə BİBÖ üzrə aparılır.

Produktiv tətbiqetmə mərhələsi 2 dəqiqə çəkir.

* Lüğət dəftərinizi açın və yazın.

* Evinizdə hansı qədim əşyalar var? Onları öyrənib qeyd edin.

* Bu qədim əşyaları valideynləriniz niyə saxlayırlar?

3 dəqiqə ərzində qiymətləndirmə aparılması və refleksiya ilə dərs yekunlaşdırılır.

Təsvirdən də göründüyü kimi, dərsdə maddi-tarixi dəyərlərimizin bir elementi barədə məlumat verilir; xalça növlərinin adı çəkilir; xalı və xalçaların məişətdə işlədilmə məqamları açıqlanır; şagirdlərə Şuşa şəhəri xatırladılır; X.B.Natəvan barədə informasiya çatdırılır, onun şair və rəssam olduğu vurğulanır; xalqın yaratdığı maddi və mənəvi dəyərlər yüksək qiymətləndirilir. Bütün bunlar interaktiv metod əsasında reallaşdırılır, şagirdlərin şifahi nitqi inkişaf etdirilir, müqayisə aparmaqla fikir söyləmək bacarıqları formalaşdırılır.

***

Bunlar hamısı şagird uğurlarında özünü əks etdirir, üzə çıxır, pedaqoji fəzilət doğurur.

193 nömrəli məktəbin keçmiş IV "B" sinif şagirdləri - Mahmudova Lamiyə, Cəlalov Nizami, Axundov Mehdi "Gənc istedadlar" liseyinə imtahanda yüksək bal toplayıblar.

"Gənc istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynovun imzası ilə M.Şəhriyar adına 193 nömrəli məktəbin direktoru, dosent R.Hüseynova göndərilmiş məktubda təhsil ocağının IV "B" sinfinin şagirdlərinin liseyə testlə qəbul imtahanında müvəffəqiyyət qazandıqları göstərilir.

***

Müəllim üçün ən böyük sevinc şagird uğurudur. Bu həyati-pedaqoji prosesin doğurduğu ən ülvi keyfiyyət pedaqoji fəzilətdir. Belə bir mənəvi sərvətə nail olmanın yolu müəllim əməyindən başlanır, minlərlə yetirmənin könül dünyasında silinməz xatirələrə, sönməz təfəkkür nuruna qovuşur. 

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - � 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov