Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - 36

 
Dünya universitetləri:

Çin Honq Konq Universiteti

Bookmark and Share
  Yerləşir: Honq Konq, Yeni sahə, Ma-şuy Lyu, Şa Tin rayonu  
Yaranma tarixi: 1963-cü il
Tipi: Dövlət   
İşçi heyətinin ümumi sayı: 6571 nəfər
Tələbələrin ümumi sayı:

14315 nəfər

İllik gəlirləri: 4413000000 Honq Konq dolları
İllik xərcləri: 5073000000 Honq Konq dolları
Rəsmi saytı: www.chuk.edu.hk

Çin Honq Konq Universiteti (The Chinese University of Hong Kong) Honq Konqun Yeni sahə adlanan ərazisində, Şa Tin rayonunda yerləşir və Honq Konqun ikinci çoxillik tarixi olan universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Çin Honq Konq Universiteti 100 ən yaxşı ali məktəb arasında 46-cı yerdədir. "QS Asian University Rankings" jurnalının 2010-cu ildə keçirdiyi reytinqə əsasən isə Çin Honq Konq Universiteti Asiya ali təhsil ocaqları arasında 4-cü yerdə olub.  

Tarixi 

1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honq Konq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Çin Honq Konq Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Çin Honq Konq Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.

Çin Honq Konq Universitetinin yaradıcıları Çin ilə Qərbi, qədim ənənələri və müasirliyi birləşdirə biləcək bir körpü qurmaq niyyətində idilər və bu gün onların öz məqsədlərinə nail olduqlarını əminliklə söyləmək olar. 

Büdcə və təhsil haqqı 

2009-2010-cu tədris ilində Çin Honq Konq Universitetinin illik gəliri 4413000000 Honq Konq dolları dəyərində olub. Bu məbləğin 2916000000 Honq Konq dolları dövlət qrantları, 1207000000 Honq Konq dolları təhsil haqqı və digər ödənişlər, 279000000 Honq Konq dolları ianə yardımları, 161000000 Honq Konq dolları müxtəlif xidmətlər, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.

Həmin tədris ilində universitetin xərcləri 5073000000 Honq Konq dolları olub. Xərclərin 3625000000 Honq Konq dollarını təlim və tədqiqatların aparılması, 187000000 Honq Konq dollarını kitabxana, 202000000 Honq Konq dollarını idarəetmə, 539000000 Honq Konq dollarını tikinti və təmir, 260000000 Honq Konq dollarını müxtəlif xidmətlər, qalanlarını isə digər məsrəflər təşkil edib.

2010-2011-ci tədris ilində Çin Honq Konq Universitetində əcnəbi tələbələrin təhsil haqqı orta hesabla 100000 Honq Konq dolları (təxminən 12850 ABŞ dolları) təşkil edir. Onlayn ərizə formasının (application) qiyməti 300 Honq Konq dolları (37 ABŞ dolları), kağız formasının qiyməti isə 400 Honq Konq dolları (52 ABŞ dolları) dəyərindədir. Yataqxanalarda qiymət orta hesabla 8500 Honq Konq dollarıdır, qidalanma, nəqliyyat, məktəb ləvazimatları və digər şəxsi xərclər üçün isə bir tələbəyə ildə 140000 Honq Konq dolları lazımdır.

2010-2011-ci tədris ilində Çin Honq Konq Universitetinə daxil olan əcnəbi tələbələrə bakalavr pilləsində veriləcək təqaüdün məbləği ildə 30000-125000 Honq Konq dolları arasında dəyişir. Təhsil aldığı dövrdə yüksək nəticələr göstərən, istedadlı tələbələr ildə 125000 Honq Konq dolları (16025 ABŞ dolları) təqaüd alacaqlar. Magistratura və doktorantura pillələrində oxuyanlara müxtəlif adda və məbləğdə təqaüdlər təklif olunur: Dan David mükafatı - 15000 ABŞ dolları, qız tələbələr üçün Honq Konq Universitet Qadınları Assosiasiyası təqaüdü - 20000 Honq Konq dolları, doktorantlar üçün Avrasiya-Sakit okean Birliyi təqaüdü - ayda 940 avro (6 ay müddətində verilir) və s. 

Universitet bu gün 

Çin Honq Konq Universitetinin kampusu Şa Tin rayonunda Tolo Harbor limanında meşələrlə örtülmüş dağlıq ərazidə yerləşir. Kampus ümumilikdə 173,3 hektar ərazini əhatə edir. Zəngin flora və faunaya malik bu ərazi gözəlliyi ilə hər kəsi cəlb edir. Kampusda Çin və Qərb memarlıq üslublarında inşa edilmiş 151 tikili var. Şəhərciyin ən məşhur yerləri Yeni Asiya Kollecində Konfutsi heykəli, Çunq Çi Kollecində Lion (aslan) pavilyonu, kitabxananın qarşısındakı memar Çju Min tərəfindən tuncdan hazırlanmış Müdriklik qapılarıdır. Universitetin kampusu Honq Konqun mərkəzi, səs-küylü rayonlarından kənarda yerləşməsinə baxmayaraq, buraya asanlıqla gəlmək mümkündür. Kampusa yüksək sürətli qatarlar (MTR-İctimai dəmiryolu tranziti), çoxlu sayda avtobuslar işləyir.

Çin Honq Konq Universitetinin nəzdində 9 kollec fəaliyyət göstərir: Çunq Çi, Yeni Asiya, Birləşmiş, Şo, CW Çu, Vu Yi Sun, Li Vu Sinq, Morninqsayd və SH Ho kollecləri. Kolleclərdə müxtəlif proqramlar, seminarlar, dil, texnologiya və idarəetmə üzrə layihələr, məktəbdənkənar tədbirlər həyata keçirilir. Burada daha çox tələbələr arasında kommunikabellik və mədəni anlaşma bacarığını, ictimai məsuliyyət hissini aşılayan qeyri-formal tədris növləri keçilir, tələbənin şəxsi keyfiyyətlərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin tələbə təşkilatları kolleclərdə yerləşir. Hər kollecin ayrıca kampusu, yataqxanaları və s. obyektləri, xidmət mərkəzləri mövcuddur.

Çin Honq Konq Universitetində bakalavr, magistr və doktorluq səviyyəsində təhsil verən 8 fakültə, eləcə də magistr və doktorantlar üçün bir ali məktəb var:

Humanitar və riyaziyyat elmləri fakültəsi Antropologiya (Çin icmaları antropologiyası, Mədəni antropologiya), Çin dili və ədəbiyyatı, Mədəni tədqiqatlar (Mədəniyyətlərarası tədqiqatlar, Mədəni menecment, Vizual Mədəniyyət tədqiqatları), İngilis dili (İngilis dilinin tətbiqi linqvistikası, Ədəbiyyatşünaslıq), Təsviri incəsənət (Çin incəsənəti tarixi), Tarix (Müqayisəli və ictimai tarix), Yaponşünaslıq (Yapon dili və tədrisi), Linqvistika (Çin dili və linqvistikası), Musiqi, Fəlsəfə, Dinşünaslıq, İlahiyyat (Xristianlıq tədqiqatları, İlahilik, Teoloji tədqiqatlar), Tərcüməçilik (Avtomatlaşdırılmış tərcümə) departamentlərindən ibarətdir. Bu fakültəni Çeunq Samuil, Devid Fora, Simon Haines, Syun Pinq-çen, Leo Li, Leunq Ki-çi, Pu Mu Çju, Cenni So, Ki-lonq Billi, Çjao Zenkay və s. kimi dünya üzrə məşhur alim və ədəbiyyatçılar bitiriblər.

Biznes idarəetmə fakültəsi Mühasibat, Otel (Mehmanxana) və Turizm İdarəetməsi məktəbləri, İdarəetmə iqtisadiyyatı, Maliyyə, Menecment, Marketinq departamentlərindən ibarətdir. Fakültənin MBA və EMBA proqramları dünyada ən yaxşılar arasındadır. Fakültənin məzunları arasında görkəmli biznesmenlər, iş adamları, hökumət nümayəndələri var.

Pedaqogika fakültəsi Tədris proqramları və təlimatları, Təhsil administrasiyası və siyasəti, Təhsil psixologiyası, İdman və fiziki tərbiyə departamentlərindən və Fiziki təhsil bölməsindən ibarətdir. Fakültə müəllim və təhsil üzrə mütəxəssis hazırlayır.

Mühəndislik fakültəsi Kompüter elmləri və texnologiya, Elektronika, İnformasiya mühəndisliyi, Mexanika və Avtomatlaşdırma mühəndisliyi, Sistemlər və menecment mühəndisliyi departamentlərindən ibarətdir. Burada yüksək səviyyədə ixtisaslaşmış mühəndislər, texnologiya sahəsi üzrə mütəxəssislər hazırlanır.

Hüquq fakültəsi Asiyanın ən aparıcı tədqiqat yönümlü fakültələrindən biridir. Fakültə ədalətin bərqərar olması, ətraf mühitin, ictimai sağlamlığın mühafizəsi, təhlükəsizliyin təmin edilməsi, biznes hüququ və s. sahələr üzrə tədqiqat aparır. 

Tibb fakültəsi Tibbi Biologiya elmləri, Netersol tibb bacısı, Əczaçılıq, İctimai səhiyyə və İlkin tibbi yardım məktəblərindən, Anesteziya və intensiv terapiya, Anatomiya və hüceyrə patologiyası, Kimya patologiyası, Kliniki onkologiya, Müdaxiləçi radiologiya, Tibb və terapiya, Mikrobiologiya, Mamalıq və ginekologiya, Oftalmologiya və vizual elmlər, Ortopediya və travmatologiya, Otorinolarinqologiya, Baş və boyun cərrahiyyəsi, Pediatriya, Psixiatriya, Cərrahiyyə departamentlərindən, 30-dan çox tədqiqat mərkəzindən, 20-dən çox bölmədən, Honq Konq Xərçəng, Ailə Təbabəti, Li Ka-Şinq Sağlamlıq institutlarından ibarətdir. Fakültənin tələbələri universitet xəstəxanasında, Şahzadə Uels hospitalında təcrübə keçirlər.

Dəqiq elmlər fakültəsi universitetin ən böyük fakültələrindən biridir. Fakültənin iki əməkdaşı Nobel mükafatı laureatıdır. Fakültə Biokimya, Biologiya, Kimya, Riyaziyyat, Fizika, Statistika departamentlərindən ibarətdir. Bununla yanaşı, fakültənin nəzdində 5 institut (Çin təbabəti, Dəqiq mexanika, Optik elm və texnika, Nəzəri fizika, Elm və Texnologiya institutları), 20-yə yaxın mərkəz  və  laboratoriya  fəaliyyət  göstərir.  Son  zamanlar  7  ən  yeni  bakalavr fənlərarası proqramının inkişafına xüsusi  diqqət  göstərilir. Bunlar Ekologiya, Qida elmləri, Materialşünaslıq, Molekulyar  biotexnologiya,  Çin təbabəti, Risk idarəetmə  elmləri,  Tətbiqi  kimya   və  menecment proqramlarıdır.    

İctimai elmlər fakültəsi Memarlıq, Jurnalistika və Kommunikasiya məktəblərindən, İqtisadiyyat, Coğrafiya və resursların idarəolunması, Hökumət və dövlət administrasiyası, Jurnalistika və kommunikasiya, Psixologiya, İctimai fəaliyyət, Sosiologiya departamentlərindən ibarətdir.

Ali Məktəb magistr və doktorantların təhsilinin təşkili məqsədi ilə yaradılıb. Burada geniş spektrdə akademik sahələrin tədrisi təşkil olunur. Yuxarıda sadalanan bütün fakültələrin proqramları üzrə məktəbdə magistr və doktorantlar hazırlanır. 1965-ci ildən fəaliyyət göstərən məktəb ilk illər 5 proqram - Çin dili və ədəbiyyatı, işgüzar administrasiya, coğrafiya, tarix və fəlsəfə üzrə magistr hazırlayıb, həmin dövrdən isə sürətlə inkişaf etməyə başlayıb. 1980-ci ildən başlayaraq məktəb doktorluq dərəcəsi verir.

Bütün bunlarla yanaşı, Çin Honq Konq Universitetində Çin dili Mərkəzi mövcuddur. 1963-cü ildə yaradılan mərkəz 1974-cü ildən universitetin bir hissəsinə çevrilib. Mərkəz 2 hissəli kurs təklif edir: Çin dilinin daşıyıcıları olan və Çin dilinin daşıyıcıları olmayan şəxslər üçün. Məktəbin proqramı üç hissədən ibarətdir: a) potonxua (Çin dili dialekti, Çin Xalq Respublikasının dili) - yerli tələbələr üçün, b) kanton dialekti - Honq Konqdan deyil, qitədən olan çinli tələbələr üçün, c) potonxua və kanton dialektləri - əcnəbi tələbələr üçün.

Çin Honq Konq Universitetinin kitabxana sistemi 1963-cü ildə yaradılıb. Sistemə 7 kitabxana daxildir: əsas Universitet, Çunq Çi Kollecinin Elizabet Mur Lyusi, Yeni Asiya Kollecinin Çien Mu, Birləşmiş Kollecin Vu Çunq Multimedia, Şatin kliniki xəstəxana kompleksinin Li Pin Tibb, Memarlıq və Li Quo Vey Hüquq kitabxanaları. Bütün kitabxanalar əsas universitet kitabxanası tərəfindən idarə olunur.

Kitabxana ilə yanaşı, Çin Honq Konq Universitetində Bədii muzey fəaliyyət göstərir. Muzeydə Çin tarixini və mədəniyyətini əks etdirən 12000-dən çox eksponat var (Sonq və Yuan dövrlərindən başlayaraq ən modern əşyalara qədər: arxeoloji tapıntılar, qədim yazılar, epiqrafika, kalliqrafiya, nəqqaşlıq, rəsm, heykəltəraşlıq nümunələri, keramika, tunc, nefrit, fil sümüyü, bambuk, ağac və digər materiallardan hazırlanmış əşyalar və s.). Muzey sistemli olaraq genişmiqyaslı sərgilər təşkil edir.

Çin Honq Konq Universitetinin kansleri cənab Donald Tsanq, prezidenti və vitse-kansleri isə professor Jozef Senadır. Bu ali məktəbdə Universitet Şurası və Senatı fəaliyyət göstərir. Çin Honq Konq Universitetində  6571 nəfər işçi çalışır. Onların 1462 nəfərini professor-müəllim heyəti, 1145 nəfərini tədqiqatçı, qalanlarını isə inzibati heyət təşkil edir. Universitetin əməkdaşları arasında 4 Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının 10 akademiki, eləcə də digər mükafatlarla təltif olunmuş şəxslər var. Çin Honq Konq Universiteti Honq Konqda Nobel mükafatı laureatlarına malik olan yeganə ali təhsil ocağıdır.

2009-2010-cu tədris ilində Çin Honq Konq Universitetində tələbələrin ümumi sayı 14315 nəfər olub. Burada bakalavr pilləsində 11255, magistratura və doktorantura pillələrində isə 3060 tələbə oxuyub. Dünyanın digər ölkələri ilə tələbə mübadiləsi proqramı çərçivəsində universitetdə 1142 əcnəbi tələbə təhsil alıb, 1198 tələbə isə xarici ölkə universitetlərinə göndərilib.

Çin Honq Konq Universitetinin tələbələrinin təxminən 40 faizi kampus ərazisində yaşayır. Kampusda 4 kollec arasında paylanmış 21 yataqxana var. Yerli tələbələr əcnəbi tələbələrlə bir nömrədə qalmaq arzusunda olduqları üçün yataqxanalarda yerli və əcnəbi tələbələr bir yerdə məskunlaşıblar. Bu onlar arasında mədəni mübadilənin yaranması, əcnəbi gəncin yerli həyata alışması üçün geniş imkan yaradır. Burada əcnəbi tələbəyə ayrıca otaq verilmir. Yataqxanalarda ümumi mətbəx, televizor, hamam otaqları, camaşırxanalar, İnternet, telefon və kondisioner ilə təchiz edilmiş otaqlar mövcuddur. Kampusda tələbələrin rahatlığını təmin etmək üçün banklar, xəstəxanalar, supermarketlər, bərbərxanalar,  restoranlar,  idman, konsert  zalları  və  s. fəaliyyət  göstərir.

Çin Honq Konq Universiteti Çin və Qərb ənənələrini, qədimliyi və müasirliyi özündə birləşdirən perspektiv elmi-tədqiqat mərkəzidir. Ali məktəbin emblemi Cənub Xan sülaləsinə aid olan mifik fenq quşudur. Bu quş alicənablıq, gözəllik, sədaqət və əzəmətlilik rəmzidir. Universitetin şüarı qədim Çin filosofu Konfutsinin  məşhur kəlamıdır: "Dünyagörüşünü genişləndir, nəzakətli davran". Çin Honq Konq Universitetinin missiyası təhsilin, tədrisin, tədqiqatların inkişafını gücləndirmək, beynəlxalq səviyyədə birinci dərəcəli təhsil ocağına çevrilmək, Honq Konqun, Çinin və ümumilikdə bütün bəşəriyyətin rifahını yüksəltməkdən ibarətdir.

Universitetin məşhur məzunları 

  Piter Loşer    "Siemens AG" kampaniyasının baş direktoru  
  Çen Ninq Yanq fizika üzrə Nobel mükafatı laureatı  
  Çarlz Kao  fizika üzrə Nobel mükafatı laureatı  
  Ceyms Mirrlis iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Robert Aleksandr Mandell iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Şinq Tunq Yau  Filds medalı laureatı (riyaziyyatçılara verilir)  
  Endryu Yao  Türinq mükafatı laureatı (kompüter elmləri üzrə)  
  Say Men Samuil San bitki genini klonlaşdıran ilk alim  
  Oy-Kan   yazıçı və bəstəkar  
  Denis Nq  bəstəkar  
  Kun Men Maykl Hui rejissor və ssenarist  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov