Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - � 36

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Hüseynov Elşən İbrahim oğlu 

1976-cı il iyunun 30-da Saatlı rayonunun Qıraqlı kəndində anadan olmuşdu. 1993-cü ildə kəndlərindəki orta məktəbi bitirdikdən bir il sonra Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdı. Elşən xidmət etdiyi "N" saylı hərbi hissədə verilən bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə hamının hörmətini qazanmışdı. 1995-ci ilin məlum mart hadisələri zamanı o da Milli Ordu sıralarında öz vətəndaşlıq borcunu yerinə yetirərək Azərbaycanı parçalamaq istəyən nankorlara qarşı mübarizəyə qoşulmuş və qəhrəmanlıq nümayiş etdirmişdi.

E.Hüseynov 1995-ci il martın 17-də qeyri-qanuni silahlanmış, dövlət çevrilişinə cəhd edən bir qrup qiyamçı ilə qarşıdurmada qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Saatlı rayonunun Qıraqlı kəndində dəfn olunub. Saatlı rayon mərkəzi xəstəxanası onun adını daşıyır. 

Hüseynov Əfqan Qaraxan oğlu 

1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olmuşdu. 1978-ci ildə paytaxtdakı 109 nömrəli orta məktəbin səkkizinci sinfini bitirərək C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdu. Burada təhsilini başa çatdırdıqdan sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuşdu. 1984-cü ildə bir zabit kimi təyinatla Simferopol şəhərinə göndərilmişdi. 1985-1987-ci illərdə Əfqanıstanda gedən döyüşlərdə iştirak etmiş, bir neçə dəfə ağır yaralanmışdı. O, 1992-ci ilin avqustunda yaranan Milli Qvardiya Alayına komandir təyin edilmişdi.

Ə.Hüseynov 1992-ci il noyabrın 1-də Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. C.Naxçıvanski adına Hərbi Liseydə və Milli Qvardiya Qərargahında büstü qoyulub. 

Hüseynov Rövşən Şəmil oğlu 

1967-ci il fevralın 22-də Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdu. 1984-cü ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində çalışmışdı. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1985-1987-ci illərdə ordu sıralarında xidmət etmişdi. Rövşən 1992-ci ildə bir neçə tələbə dostu ilə  dövlət imtahanlarına üç ay qalmış təhsilini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçdikdən sonra Qarabağın ən qaynar döyüş bölgəsinə yola düşmüşdü. Goranboy istiqamətində Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdi.

R.Hüseynovun komandirlik etdiyi dəstə 1992-ci il mayın 11-də Mingəçevir bölüyünü mühasirədən çıxararkən o özü də qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Hüseynov Rövşən Şəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonunun Quzanlı kəndində dəfn olunub. Bakı Dövlət Universitetində büstü qoyulub. 

Hüseynov Sadiq Dayandur oğlu 

1961-ci il iyulun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdu. 1978-ci ildə kəndlərindəki orta məktəbi bitirmiş və 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun ibtidai metodika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdu. Sadiq 1987-ci ildə institutu bitirərək doğma kəndlərinə qayıtmışdı. 1989-cu ildə Şuşa  Rayon  Daxili  İşlər  Şöbəsində  sahə  müvəkkili vəzifəsinə təyin edilmişdi. 1992-ci ildə ermənilər Şuşaya hücum edəndə o da polis  əməkdaşları  ilə  birlikdə  döyüş  meydanına atılmışdı.

1992-ci il aprelin 13-də erməni silahlı qüvvələri Şuşanı ağır raket atəşinə tutan zaman S.Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Hüseynov Sadiq Dayandur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağcabədi rayonunun Xocavənd kəndində dəfn olunub. Xocavənd kənd orta məktəbi onun adını daşıyır. 

Hüseynov Şahlar İsa oğlu 

1968-ci il noyabrın 26-da Qərbi Azərbaycanın Razdan rayonunun Hankavan kəndində anadan olmuşdu. 1985-ci ildə doğma kəndlərində orta təhsilini rus dilində başa çatdırmış və peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdi. Şahlar 1986-1988-ci illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdu. 1991-ci ildən isə Gəncə Alüminium Oksidi İstehsalat Birliyində çilingər işləməyə başlamışdı. 1992-ci ildə Gəncə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak etmişdi.

Ş.Hüseynov 1992-ci il aprelin 10-da Marquşevan kəndində uzun sürən döyüşdə böyük şücaət göstərərək qəhrəmancasına həlak olub.

Subay idi.

 Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Hüseynov Şahlar İsa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Gəncə şəhərində adına küçə var. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - � 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov