Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 

Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda
qızlar üçün tikilmiş orta məktəbdə olub

Bookmark and Share

Sentyabrın 17-də Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Daşqın Şikarov Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu ölkənin Müzəffərabad şəhərində qızlar üçün tikilmiş orta məktəbdə olmuşdur.

Xəbər verdiyimiz kimi, 2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olmuş güclü zəlzələ baş vermişdi. Zəlzələ ölkə ərazisinin yarıdan çoxunu əhatə etmiş, paytaxt İslamabadda, Lahorda, xüsusilə Müzəffərabadda güclü dağıntılar törətmişdi. Baş vermiş fəlakət nəticəsində Müzəffərabadın Rara ərazisindəki məktəb tam yararsız vəziyyətə düşdüyünə görə burada dərslər ya çadırlarda, ya da açıq səma altında keçilirdi.

Bu məktəb Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuşdur. Bununla yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə məktəb əyani vəsaitlərlə, o cümlədən ölkəmiz haqqında nəşrlərlə təmin edilmişdir. Hazırda məktəbdə 500-dən artıq şagird təhsil alır.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, D.Şikarov məktəbdə müəllim və şagirdlərlə görüşmüşdür. Müvəqqəti işlər vəkilinə məktəbin fəaliyyəti və ehtiyacları haqqında məlumat verilmişdir. Diplomat məktəbə bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir.

Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında ətraflı məlumat verən D.Şikarov Azərbaycanın qardaş ölkəyə yardım etməyə daim hazır olduğunu vurğulamışdır.

Məktəbin müdiri Firdövs Şahin təhsil ocağında yaradılmış şəraitdən məmnunluğunu ifadə etmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

F.Şahin D.Şikarovdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür məktubunun çatdırılmasını xahiş etmişdir.

D.Şikarov məktəbə Heydər Əliyev Fondu adından iki kompüter, 50 məktəbli çantası və digər dərs ləvazimatı hədiyyə etmişdir.

Bundan əlavə, səfirlik tərəfindən məktəbin kitabxanasına Pakistanda urdu və ingilis dillərində nəşr edilmiş "Heydər Əliyev", "Azərbaycan poeziyası", "Azərbaycan - Qafqazın cənnəti" və "Azərbaycan tarixi" kitabları təqdim olunmuşdur.

 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov