Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 

Əzizə Cəfərzadə - 90

Aləmdə səsi qalan yazıçı, müəllim, alim

Bookmark and Share

Görkəmli yazıçı, tanınmış alim-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadənin XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır. O, Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, elimizin adət-ənənələrinin yaşadılması naminə altmış ildən artıq bir dövr ərzində yorulmadan yazıb-yaratmış, çoxsaylı əsərləri ilə nəsrimizin inkişafına qiymətli töhfələr vermişdir. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, keçmişimizdə böyük iz qoymuş şəxsiyyətlərin parlaq simaları Əzizə xanımın həmişə diqqət mərkəzində dayanırdı.

Tariximizin müxtəlif mərhələlərinin bədii mənzərələrini yaradan bu əsərlərlə yanaşı, yazıçının müasır gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən daim rəğbətlə qaşılanmışdır.

Ə.Cəfərzadə ədəbi fəaliyyətə çox gənc ikən, 16 yaşından başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir.

O, 1946-cı ildən Azərbycan Yazıçılar İttifaqının üzvü idi. İlk "Hekayələr" adlı kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə müəllif "Axmatovşinalıq"da günahlandırılaraq kitab satışa çıxmamışdan əvvəl qadağan edilib yandırılmışdır. Əzizə xanımın əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsri tarixində bu janrı yenidən həyata gətirmişdir. Müəllifin "Natəvan haqqında hekayələr" (1963), "Aləmdə səsim var mənim" (1973-1978), "Vətənə qayıt" (1977),"Yad et məni" (1980),"Bakı-1501" (1981), " Cəlaliyyə" (1983), "Ağlar-güləyən Sabir" (1989), "Eldən elə" (1992), "Bir səsin faciəsi" (1995), "Zərrintac-Tahirə" (1996), "İşığa doğru" (1998), "Bəla" (2001), "Rübabə-sultanım" (2001), "Xəzərin göz yaşları" (2003), "Eşq   sultanı" (2003) kimi roman və povestləri əsl sənət nümunələridir.

Yazıçının "Sahibsiz ev", "Əllərini mənə ver", "Sənsən ümidim", "Xəyalım mənim" kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür.

Onun uşaqlar üçün yazdığı "Qızımın hekayələri", "Anamın nağılları", "Çiçəklərim", "Pişik dili" və s. hekayə və nağılları da oxucular tərəfindən maraqla qarşılanmışdır.

Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi də Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun elmi tədqiqatları ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərləri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevrilmişdir. O, tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə", "Könül çırpıntıları", iki cilddən ibarət "Azərbaycanın aşıq və şair qadınları", "Şirvanın üç şairi", Abdulla Padarlının "Seçilmiş əsərləri", "Hər budaqdan bir yarpaq" daxildir. Onun toplayıb çap etdirdiyi bir çox əsərlərin əsas hissəsini ana və qadın yaradıcılığı təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu əsərlərlə yanaşı, onun yüzlərlə oçerk, elmi-tədqiqat və publisistik məqalələri dövri mətbuatda çap edilmişdir. O, "Natəvan" adlı kinossenari, çoxlu sayda radio-televiziya pyeslərini, xatirat və saysız-hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi. Təsadüfi deyildir ki, onun "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya və radioda çıxışları onu xalqın sevimlisi etmişdir.

Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Şokumun "Bizim diyar", Ə.Kabaklının "Əjdaha daşı", S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A.Lixanovun "Mənim generalım" və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və s. tərcümə edilərək xaricdə nəşr edilmişdir.

Əzizə xanım həm də şərəfli, qayğıkeş bir müəllim ömrü yaşamışdır. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1974-cü ildən isə indiki Bakı Dövlət Universitetinin professoru vəzifəsində çalışmışdır. Burada filologiya elminin sirlərini gənclərə həvəslə öyrətmişdir. O, XlX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XlX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XlX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

O, fasiləsiz olaraq televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və s. çoxsaylı proqramların müəllifi və aparıcısı olmuşdur. Bununla yanaşı, o, radioda Cənubu Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər iştirakçısı kimi bu verilişlərdə ədəbi irsimizi təbliğ etmişdir.

Əzizə Cəfərzadə  1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədrı vəzifəsində çalışmışdır. Azərbaycan  qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmişdir. Eyni zamanda o, həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Əzizə xanım Azərbaycanın müstəqilliyinin qorunmasında və erməni təcavüzünə  qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur. O, əsl azərbaycanlı kimi həmişə xalqın xeyir və şərində onunla birgə olmuşdur. Onu bütün xalq bir Azərbaycan anası kimi sevir və hörmət edirdi. Bu sevimli ana "Mənim partiyam - mənim millətimdir" sözlərini tez-tez təkrarlayar və Azərbaycan xalqını milli birliyə çağırardı.

Əzizə  Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Bütün bunlarla bərabər Əzizə xanımın ən böyük mükafatı xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o, 2001-ci ildə "Azərbaycan  anası" və "Xalq yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür. Elə bu münasibətlə həmin il "Azərbaycan müəllimi" qəzetinin şöbə müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şamxəlil Məmmədov "Aləmdə səsi olan insan" adlı publisistik məqaləsində yazmışdir: "...Şairdir ana, sözü-söhbəti ilə. Nəgməkardır ana, dürlü-dürlü laylaları ilə. Dünyanın ən böyük rəssamıdır ana, əllərinin xalıda, xalçada açdığı naxışları ilə. Həyatda ilk və əbədi  humanist  bir varlıqdır  ana,  yuxusuz  gecələri, qiyməti olmayan yaz ətirli nəvazişi ilə... Belə qadınlardan biridir Əzizə Cəfərzadə..."

Bəli, belə Azərbaycan anası idi Əzizə Cəfərzadə. O, 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində haqqin dərgahına qovuşmuş və vəsiyyətinə əsasən Tağılı kəndində valideynləri və qohumları ilə bir məzarlıqda dəfn olunmuşdur.

Bu il dekabrın 29-da xalq yazıçısı, müəllim və alim Əzizə Cəfərzadənin 90 illik yubileyi tamam olur. Bu münasibətlə keçiriləcək silsilə tədbirlərə  hazırlıq görülür. Görkəmli yazıçı və ədəbiyyatşünas, əsl vətəndaş və qayğıkeş insan olan Əzizə xanımın işıqlı xatirəsi onu sevənlərin qəlbində zaman-zaman yaşayacaqdır. 

Zaur Fateh (İbrahimov),
Qobustan rayonu
Ərəbqədim kənd orta
məktəbinin direktor
müavini, yazıçı-publisist

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov