Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 
Dünya universitetləri:

Seul Milli Universiteti

Bookmark and Share
  Yerləşir:

Cənubi Koreya, Seul şəhəri, Kvanakku rayonu

 
Yaranma tarixi: 1946-cı il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 5807 nəfər
Tələbələrin ümumi sayı: 26030 nəfər
Ümumi büdcəsi: 559 milyon ABŞ dolları
Rəsmi saytı: www.snu.ac.kr

Seul Milli Universiteti (Seul National University) Cənubi Koreyanın paytaxtı Seul şəhərinin Kvanakku rayonunda yerləşir və ölkədə yaradılmış ilk milli universitetdir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Seul Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 47-ci yerdədir. 2009-cu ildə keçirilmiş reytinqdən sonra "Times Higher Education Supplement" xaricdə təhsil üzrə ixtisaslaşmış "QS" (Quacquarelli Symonds) kompaniyasından aralanaraq "Thomson Reuters" informasiya kompaniyası ilə müqavilə imzalayıb. Artıq bu ildən "Times Higher Education " və "QS" ayrılıqda dünya universitetlərinin reytinqini aparıb. Beləliklə, 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Seul Milli Universiteti 109-cu yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 50-ci yerdədir.

Cənubi Koreyanın dövlət xadimlərinin, alim, siyasətçi və iş adamlarının əksəriyyəti Seul Milli Universitetini bitirib. Seul Milli Universitetini, adətən, dövlət qulluqçuları istehsal edən "dəmirçixana" adlandırırlar. Hətta hərdən Cənubi Koreya sakinləri bu ali məktəbi həddindən artıq elitar və bürokratik olmaqda ittiham edirlər.    

Tarixi 

1946-cı il avqustun 22-də Seulda 10 ali məktəbin (Kenson Universiteti, Kenson Hüquq Kolleci, Sənaye Mühəndisliyi, Dağ-mədən, Tibb, Stomatologiya, İqtisadiyyat məktəbləri, Suvin Kənd Təsərrüfatı Kolleci, Normal Məktəb, Normal Qızlar Məktəbi) birləşdirilməsi nəticəsində Seul Milli Universiteti yaradılır. Universitetin ilk prezidenti Harri Ansted təyin olunur. Bir il yarım tələbə və müəllimlər məktəblərin birləşdirilməsi və Koreyada ABŞ ordusu administrasiyasının yaradılmasına qarşı kütləvi aksiya keçirirlər. Nəticədə 320 professor işdən azad edilir və 4950 tələbə universiteti tərk edir.

Seul Milli Universitetinin ikinci prezidenti Li Çunho 1947-ci ildə təyin edilir. 1950-1953-cü illər Koreya müharibəsi dövründə universitet Punsan şəhərində yerləşən digər ali məktəblərlə birləşdirilir. İlk vaxtlar universitetin kampusu Daehanqno və Jonqno rayonlarında yerləşsə də, 1975-1979-cu illər arasında kampus Kvanakku rayonuna köçürülür. Jonqno rayonunda hazırda Tibb, Stomatologiya və Tibb bacısı kollecləri fəaliyyət göstərir və onların yerləşdiyi ərazi Yeongeon kampusu adlanır.

2006-cı ildə Seul Milli Universiteti 60 illik yubileyini qeyd edib, gələn il bu ali təhsil ocağının yaranmasının 65 ili tamam olacaq.  

Büdcə və təhsil haqqı 

2010-2011-ci tədris ilində bakalavr pilləsində tələbələrin təhsil haqqı məktəb və fakültədən asılı olaraq birinci kursda 2780000-5384000 Cənubi Koreya vonu, ikinci və üçüncü kursda 2611000-4964000 Cənubi Koreya vonu, dördüncü kursda isə 2537000-4816000 Cənubi Koreya vonu arasında dəyişir. Magistratura və doktorantura pillələrində təhsil haqqı 3325000-8779000, 38789000 (Biznes Məktəbi) Cənubi Koreya vonu təşkil edir.

Seul Milli Universitetində tələbələrə müxtəlif təqaüdlər təklif olunur. Koreya Dövləti Təqaüd Proqramının bakalavr pilləsində təhsil alan tələbələrə verdiyi təqaüdün məbləği ayda 800000 Cənubi Koreya vonu, magistratura və doktorantura pillələrində 900000 Cənubi Koreya vonu təşkil edir. Koreya Təqaüd Fondunun ayırdığı təqaüdün məbləği  ildə 4000000 Cənubi Koreya vonu, Devunq təqaüdü - ildə 2000000 Cənubi Koreya vonu, Koreya-Yaponiya Mədəniyyəti Assosiasiyası təqaüdü ildə 3500000 Cənubi Koreya vonu olur.

2009-2010-cu ildə Seul Milli Universitetinin ümumi büdcəsi 559 milyon ABŞ dolları, ianə fondunun gəlirləri isə 134,2 milyard Cənubi Koreya vonu (145,6 milyon ABŞ dolları) təşkil edib. 

Universitet bu gün 

Seul Milli Universitetinin Kvanak və Yeongeon kampusları mövcuddur. Universitetin əsas kampusu olan Kvanak 1975-ci ildə tikilib və Kvanakku və Sillim-donq rayonu ərazisində yerləşir. Kampusda 200-dən çox bina var və onların əksəriyyəti 1990-cı ildən sonra inşa edilib. Kvanak kampusundan 1,5 km aralıda Seul Milli Universiteti metro stansiyası (Seul metrosundan 2-ci xətt) yerləşir. Həmin stansiyadan şəhərciyə avtobuslar işləyir. Kampusda Kvanaksa adlanan yataqxana kompleksi mövcuddur. Bu kompleks 1975-ci ildə yaradılıb. Başqa ali məktəblərin yataqxanalarından fərqli olaraq burada komendant saatı tətbiq olunmayıb. Kompleksdəki binalarda 2200-dən çox tələbə yerləşə bilər. Hazırda yataqxananın köhnə binalarında yenidənqurma işləri gedir və 2011-ci ilin əvvəllərində işlərin tamamlanması nəzərdə tutulur. Tikinti işləri bitdikdən sonra burada 3500-dən çox tələbənin məskunlaşması mümkün olacaq. Yataqxanaların yaxınlığında Nakseonqdae stansiyası yerləşir.

Tibb, Stomatologiya məktəbləri, universitet xəstəxanaları Han çayından şimalda salınmış Yeongeon kampusundadır. 2003-cü ildə Kənd təsərrüfatı, Biologiya elmləri və Baytarlıq məktəbləri Yeongeon kampusundan Kvanak şəhərciyinə köçürülüb. Yeongeon kampusunun yaxınlığında Hiehva metro stansiyası (Seul metrosundan 4-cü xətt) yerləşir. Bu kampusda da tələbə və müəllimlərin daşınmasını təmin etmək üçün çoxlu avtobuslar var. Yeongeon kampusunda Yeongeonsa yataqxana kompleksi salınıb. Kompleksdə ailəli tələbələr üçün 17 məişət yataqxanası, 533 yerlik binalar (bakalavrlar üçün) mövcuddur.

Seul Milli Universitetində 14 kollec, 1 ali məktəb və 9 peşə məktəbi fəaliyyət göstərir.

Humanitar Elmlər Kolleci Koreya, Çin, ingilis, fransiz, alman, rus, ispan dilləri və ədəbiyyatları, Linqvistika, Fəlsəfə, Estetika, Dini tədqiqatlar, Arxeologiya və incəsənət tarixi, Koreya, Asiya, Qərb tarixləri bölmələrindən, Humanitar, Koqnitiv elmlər, Koreya, Amerika elmləri, Fəlsəfi, Tarixi tədqiqatlar institutlarından  ibarətdir.

İctimai Elmlər Kolleci Siyasi elmlər, Beynəlxalq əlaqələr, İqtisadiyyat, Sosiologiya, Antropologiya, Psixologiya, Coğrafiya, Sosial təminat, Kommunikasiya  bölmələrindən, Sosial Elmlər İnformasiya Mərkəzindən və s. tədqiqat mərkəzlərindən ibarətdir.

Dəqiq Elmlər Kollecində Riyaziyyat, Statistika, Fizika və astronomiya, Kimya, Biologiya, Yer və ekologiya, Tibb və Baytarlıq elmləri bölmələri, eləcə də Tarix və fəlsəfə, Genetika mühəndisliyi, Beyin elmləri, Nano elmlər və texnologiya, Bioinformatika, Hesablama elmi və texnologiyası fənlərarası proqramlar, tədqiqat institutları fəaliyyət göstərir.

Kənd Təsərrüfatı və Həyat Elmləri Kolleci Bitki, Meşə, Qida və heyvan biotexnologiyası, Tətbiqi biologiya və kimya, Landşaft arxitekturası və kənd mühəndislik sistemi, Biomateriallar elmi və mühəndisliyi, Kənd təsərrüfatı iqtisadiyyatı və kənd inkişafı bölmələrindən, Kənd təsərrüfatı biotexnologiyası fənlərarası proqramı, Kənd təsərrüfatı və Həyat elmləri, Kənd təsərrüfatı Biomaterialları, Bitki Molekulyar Genetikası və Becərmə Tədqiqatları, Funksional Məhsul Genomikası institutlarından ibarətdir.

Təhsil Kolleci 9 əsas (Humanitar və ictimai, Dəqiq elmlər, Təsviri incəsənət, Musiqi, Pre-Med tibb, Təbabət, Pre-Veterinar tibbi, Baytarlıq, Tibb bacısı) və 4 kiçik (Humanitar və ictimai, Dəqiq elmlər, Təsviri incəsənət, Musiqi) bölmədən ibarətdir.

Mühəndislik Kollecində Vətəndaş və ətraf mühit, Mexanika və aerokosmik, Material elmlər, Elektrik, Kimya və biologiya, Arxitektura, Sənaye, Enerji resursları, Nüvə, Dəniz arxitekturası və okean, Vətəndaş, şəhər və geosistem mühəndisliyi, Kompüter elmləri və texnologiya bölmələri mövcuddur.

Təsviri İncəsənət Kolleci Şərq, Qərb rəssamlığı, Heykəltəraşlıq, Sənətkarlıq və dizayn bölmələrindən, Vizual İncəsənət İnstitutundan  ibarətdir.

Musiqi Kollecində Vokal, İnstrumental musiqi, Kompozisiya, Koreya milli musiqisi departamentləri, Asiya, Qərb, Opera musiqisi tədqiqatı institutları, Kompüter musiqisi laboratoriyası fəaliyyət göstərir.

İnsan Ekologiyası Kollecində İstehlakçı, Ailə tədqiqatları və uşaq inkişafı, Qida və ərzaq, Paltar və tekstil bölmələri və eyniadlı tədqiqat mərkəzləri mövcuddur.

Hüquq Kolleci əvvəllər iki departamentdən - Kütləvi və Özəl hüquq bölmələrindən ibarət olub, 1997-ci ildən isə bir fakültə altında birləşdirilib. Kollecdə Hüquq Tədqiqatları İnstitutu, Yüzillik Zal adlı hakimlər hazırlanan institut, Kuksan hüquq kitabxanası fəaliyyət göstərir. 

Tibb Kolleci Əsas tibb elmləri, Anatomiya, Fiziologiya, Biokimya və molekulyar biologiya, Patologiya, Farmakologiya, Mikrobiologiya və immunologiya, Profilaktik tibb, Parazitologiya və tropik tibb, Tibbin tarixi, Tibbi-məhkəmə ekspertizası, Səhiyyə siyasəti və idarəetməsi, Biotibbi mühəndislik, Daxili tibb, Cərrahiyyə, Mamalıq və ginekologiya, Pediatriya, Neyropsixiatriya, Nevrologiya, Dermatologiya, Ortopedik, Plastik cərrahiyyə, Urologiya, Oftalmologiya, Radiasiya onkologiyası və s. bölmələrdən, eləcə də 20-yə yaxın tədqiqat institutundan, xəstəxana və tibb mərkəzlərindən ibarətdir.

Tibb Bacısı Kolleci xəstəyə qulluq sahəsi üzrə bakalavr, magistr və doktorluq (Ph.D) proqramları təklif edir. Kollec Tibb Bacısı Elmləri İnstitutu, Tibb Bacısı Mərkəzi və Beynəlxalq Mübadilə Mərkəzindən ibarətdir.

Əczaçılıq Kolleci 1915-ci ildə Çosun əczaçılıq məktəbi adı altında yaradılıb və Koreyada bu sahə üzrə ilk ali məktəb olub. 1950-ci ildə məktəb Seul Milli Universitetinə birləşdirilib və Əczaçılıq Kolleci kimi fəaliyyət göstərib. Kollecdə Əczaçılıq Elmləri, Təbii Məhsul tədqiqatları institutları, Tibbi Bitkilər Bağı, Əczaçılıq Təhsilinin Davametdirilməsi Mərkəzi, Heyvanlar Üzərində Təcrübə Mərkəzi, Tətbiqi Əczaçılıq bölməsi və s. mövcuddur.

Baytarlıq Kolleci Əsas tibbi elmlər (Veterinar anatomiya, histologiya və embrionologiya, biokimya, psixologiya, farmakologiya, toksikologiya, neyroelmlər laboratoriyaları), Tibbi profilaktika (Veterinar immunologiya, mikrobiologiya, patologiya, parazitologiya və s. laboratoriyalar) bölmələrindən, Klinikalar (Veterinar daxili tibb, cərrahiyyə, radiologiya, infeksion xəstəliklər, quş xəstəlikləri, kliniki patologiya və s. laboratoriyalar), Seul Milli Universiteti Baytarlıq Xəstəxanası, Baytarlıq Elmləri Tədqiqat İnstitutu, Heyvanların Klonlaşdırılması və Gövdə Hüceyrələrinin Tədqiqatı institutlarından ibarətdir.

Ali Məktəb 98 bölmədən ibarətdir. Məktəb çoxlu sayda magistr və doktorluq proqramları təklif edir. Diplomdansonrakı təhsilin məqsədi əldə edilmiş bilik və təhsili genişləndirmək, akademik bacarıqları inkişaf etdirmək, müstəqil tədqiqat aparmaq qabiliyyətini möhkəmləndirməkdir.

Seul Milli Universitetində fəaliyyət göstərən 9 peşə məktəbi bunlardır: səhiyyə, siyasi idarəetmə, ekoloji tədqiqatlar, stomatologiya, menecment, tibb, hüquq, beynəlxalq tədqiqatlar, konvergensiya texnologiyasi elmi.

Seul Milli Universitetinin kitabxana sistemi ölkədə ən zəngin kitabxanalardan biridir. Sistemə 3814458 cild kitab, 276761 kitabça və digər resurslar, 6943 qəzet və jurnal, 199032 dövri nəşr, qədim mətnlər və s. daxildir. Kitabxananın əsas binası Kvanak kampusunda yerləşir və Mərkəzi kitabxana adlanır. Bununla yanaşı, hər kollec və məktəbin özünün kitabxanası fəaliyyət göstərir. Mərkəzi kitabxanada rəqəmsal bölmə var və burada sistemdə mövcud olan resursları asanlıqla əldə etmək mümkündür. Rəqəmsal kitabxanada slayd mühazirələr, dissertasiyalar, videosərgilər nümayiş olunur, elmi tədbirlər, simpozium və seminarlar təşkil edilir. Seul Milli Universiteti kitabxanasının hazırkı direktoru 2009-cu ildə bu vəzifəyə təyin edilmiş ilahiyyat üzrə professor Kim Çen Seodur.

Seul Milli Universiteti Muzeyi Kvanak kampusunda yerləşir və 1946-cı ildə universitetlə birgə yaradılıb. Əvvəllər ikimərtəbəli Donsun-don binasında yerləşən muzey 1993-cü ildə yeni binaya köçürülüb. 1995-ci ildə universitetin İncəsənət muzeyi yaradılıb. 2003-cü ildə inşa edilən muzeyin yeni binası qeyri-adi forması ilə diqqəti cəlb edir. Binaya baxanda elə təsəvvür yaranır ki, onun bir hissəsi havada dayanıb.  

Seul Milli Universitetinin hazırkı 25-ci prezidenti siyasi elmlər üzrə professor Yen-Çen Ohdur. Bu vəzifəni o, bu ilin iyul ayından icra etməyə başlayıb və onun prezidentlik səlahiyyəti 4 il davam edəcək. Universitetin vitse-prezidentləri isə Park Myunq-Jin və Li Senq Jonqdur. Hazırda bu ali məktəbdə ümumilikdə 5807 nəfər işçi çalışır.

Seul Milli Universitetində 26030 nəfər tələbə təhsil alır. Bunların 15976 nəfəri bakalavr, 10054 nəfəri isə magistr və doktorantdır. Universitetdə oxuyan tələbələrin 2961 nəfərini əcnəbi gənclər təşkil edir. Bütün dünya üzrə universitetin məzunlarının sayı 330000 nəfərə bərabərdir.

Seul Milli Universiteti liberal təhsilə əməl edir və insanlarda şəxsi keyfiyyətləri inkişaf etdirən elmlərə üstünlük verir. Cənubi Koreyanın ilk milli universiteti olan bu ali məktəb Koreya yarımadasında sülh və demokratiyanın qorunması ənənələrini davam etdirir. Bu təhsil ocağı tədrisin hərtərəfli inkişafı, beynəlxalq mübadilələrin genişləndirilməsi, təhsilin bütün sahələri üzrə novator tədqiqatların aparılması məqsədi ilə yeni-yeni layihələr həyata keçirir. Seul Milli Universiteti öz missiyasını alim və tələbələri birləşdirərək parlaq intellektual cəmiyyət, işıqlı gələcək qurmaqda görür. 

Universitetin məşhur məzunları 

  Pan Gi  Mun BMT-nin Baş katibi, Cənubi Koreyanın sabiq xarici işlər naziri  
  Çon Un-Çan Cənubi Koreyanın Baş naziri  
  Kim En Sam  Cənubi Koreyanın yeddinci prezidenti  
  Kan Kum-Sil Cənubi Koreyanın 55-ci ədliyyə naziri  
  Kan Yu Siq  "LG" şirkətinin baş direktoru    
  Çin Dz-e "Samsunq" şirkətinin sabiq baş direktoru  
  Çanq Monq-jun "Hyunday Heavy İndustries" şirkətinin sabiq icraçı direktoru,
FİFA-nın vitse-prezidenti
 
  Kim Çon Çju "Nexon" korporasiyasının yaradıcısı  
  Kim Çi-Xa  yazıçı  
  Li Xe Sok yazıçı  
  Park Van-Seo yazıçı  

                                                                          Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov