AzərTAc xəbər verir ki, Türkiyə Parlamentinin
İğdır vilayətindən olan millət vəkili Əli Günər
bildirmişdir ki, İğdır şəhərində 500 şagirdin
təhsil aldığı liseyə Azərbaycan xalqının
ümummilli lideri, türk dünyasının dahi
şəxsiyyəti Heydər Əliyevin adı veriləcək.
Millət vəkili demişdir ki, bununla bağlı Baş
nazir Rəcəb Tayyib Ərdoğana və təhsil naziri
Nimət Çubukçuya göndərdiyi məktub razılıqla
qarşılanmışdır. Bir həftə müddətində rəsmi
qərarın veriləcəyi gözlənilir.
Əli Günər onu da əlavə etmişdir ki, liseyin
Heydər Əliyevin adını daşıması onları
qürurlandıracaq. İğdır sakinləri bu təşəbbüsü
böyük sevinclə qarşılamışlar. |