Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

"Şagirdləri öyrətmək həyat amalımdır"

Bookmark and Share

Bəzən həyatda elə insanlara rast gəlirsən ki, onların əməksevərliyi, zəhmətə qatlaşması, sənətə vurğunluğu, dünyagörüşü, savadı, Vətənə bağlılığı adama ruh verir. Belə insanlardan biri də Abşeron rayonu Saray qəsəbəsindəki 2 nömrəli orta məktəbin riyaziyyat müəllimi İsrael Hümbətovdur. O, 1932-ci ildə Qərbi Azərbaycanın dilbər güşələrindən biri olan Zəngəzurun Gərd kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1950-ci ildən pedaqoji fəaliyyətə başlayan İsrael müəllim artıq 60 ilə yaxındır ki, riyaziyyatın sirlərini  şagirdlərə sevə-sevə öyrədir. 1971-ci ildən Saray qəsəbəsində çalışan İ.Hümbətovun Azərbaycan təhsilinə verdiyi töhfələr danılmazdır. Belə ki, şagirdlərindən 8 nəfəri elmlər doktoru, 25 nəfərə yaxını  isə elmlər namizədidir.

Ömrünün böyük hissəsini müəllimliyə həsr edən İsrael müəllim peşəsinin vurğunudur və axır nəfəsinə qədər bu şərəfli peşəni davam etdirəcəyini bildirir. O, çoxillik təcrübəsi olmasına baxmayaraq, həmişə axtarışda olur, yeni təlim metodlarından istifadə etməyə çalışır. Şagirdləri öz nəvələri kimi sevən və onların hər şıltaqlığına əsl pedaqoq kimi yanaşan İsrael müəllim üçün məktəb ən çox sevdiyi riyaziyyat fənni ilə - rəqəmlər və düsturlar aləmi ilə bağlı məkandır.

İsrael Hümbətovla müəllimlər otağında söhbətləşərkən pedaqoji kollektivin ona olan hörmətini görməmək mümkün deyildi. Müəllimlərin hər biri onun haqqında xoş sozlər söyləyir və belə müəllimlərin olmasını məktəbin və təhsilimizin fəxri kimi qiymətləndirirdilər. İsrael müəllimin şagirdi olmuş, indi isə onunla çiyin-çiyinə işləyən ingilis dili müəllimi Məhəmməd Abbasov xatirələrini  yada salaraq onun böyük pedaqoq və gözəl  insan  olduğunu  vurğuladı. O, İsrael müəllimin dərin biliyindən, həyat təcrübəsindən bəhrələndiklərini, daim məsləhət və tövsiyələrinə ehtiyacları olduğunu bildirdi.

Onun haqqında danışanlardan biri də İsrael müəllimin keçmiş şagirdi, Şirvan Peşə Liseyinin direktoru Mayis Qarayev idi. M.Qarayevə zəng edib müəllimi haqqında fikirlərini öyrənmək istədiyimizi söylədikdə çox sevindi və onun haqqında danışmağı şərəf bildi. O, İsrael müəllimi ziyalı, sözün əsl mənasında, riyaziyyatçı və inteqral həllinin mahir bilicisi kimi qiymətləndirərək, onunla qürur hissi keçirdiyini, uzun illər keçməsinə baxmayaraq hələ də müəlliminin öyrətdiklərinin böyük qismini yadında saxladığını və həmişə o bilikdən bəhrələndiyini vurğuladı. M.Qarayev İsrael müəllimin yaxşı pedaqoq olmaqla bərabər, həm də gözəl insan, məsuliyyətli ailə başçısı və vətənpərvər olduğunu da bildirdi.

İsrael müəllimin dediklərindən:

- Mən də bütün müəllimlər kimi öz biliyimi şagirdlərə yüksək dərəcədə öyrətməyə çalışmışam. Bunun üçün həmişə öz işimə ciddi yanaşmışam. Hər bir insan qarşısına məqsəd qoymalı və bu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Mənə elə gəlir ki, riyaziyyatdakı uğurlarım bir Allah vergisidir. Yaxşı yadımdadır, kəndimizdə uşaqları I sinfə qəbul edirdilər. Məni də valideynlərim məktəbə apardılar. Sinif müəllimim rəqəmlərlə bağlı bir-iki sual verdi. Mənim heç birinə cavab verə bilmədiyimi görüb valideynlərimə növbəti ildə gəlməyimi bildirdi. Doğrusu, uşaq olsam da, bu, mənə çox pis təsir etdi və biz evə qayıtdıq. Həmin gecə yuxuda müəllimin verdiyi suallara aydın cavablar verdiyimi gördüm və səhəri gün ağlayıb məktəbə getmək istədiyimi valideynlərimə bildirdim. Valideynlərim məni təkrar müəllimin yanına apardılar və həmin gün müəllim nə sual verdisə dərhal cavab verdim. Doğrusu, hamı təəccüb içində idi. Bu, əsl möcüzə idi və mən həmin gündən başa düşdüm ki, riyaziyyatçı olacağam. Bu gün Allahın mənə bəxş etdiyi bu biliyi yorulmadan, həvəslə şagirdlərə öyrədirəm və peşəmlə fəxr edirəm. Müstəqilliyimizin ilk illərində, bütün müəllimlər kimi, mən də maddi sıxıntılar içərisində əziyyət çəkirdim. Lakin məktəbi tərk etmək, başqa işlərlə məşğul olmaq heç ağlıma belə gəlmirdi. Şükürlər olsun, bu gün respublikamız inkişaf  yolundadır və Azərbaycan təhsili uğurla irəliyə doğru addımlayır. Buna görə hamımız sevinirik və dövlətimizin başçısı, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Arzu edirəm ki, hər bir azərbaycanlı gənc Vətənimizə layiqli övlad olsun və ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik ənənələrini qoruyaraq respublikamızın adını şərəfli və uca tutsunlar. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov