Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

İbrahimov Nurəddin İslam oğlu 

1951-ci il martın 16-da Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdu. 1969-cu ildə 125 nömrəli orta məktəbi bitirmiş, 1970-ci ildə ordu sıralarına çağırılmışdı. Nurəddin 1978-ci ildə İrkutsk Şəhər Daxili İşlər İdarəsinə işə qəbul edilmişdi. 1981-ci ilin mayında isə SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk Şəhər Ali Milis Məktəbinə qəbul olunmuşdu. 1986-cı ildə hüquqşünas ixtisası üzrə ali təhsilini başa çatdırdıqdan sonra 1988-ci ildə cinayət axtarışı şöbəsinin rəisi vəzifəsınə təyin edilmişdi. O, 1989-cu ildə İrkutsk Şəhər Sovetinin deputatı seçilmişdi.

1990-cı ildə Vətənə dönən Nurəddin 1993-cü ildə Qarabağa - cəbhə bölgəsinə yollanmış, Kosalar kəndi və Cəbrayıl rayonu uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdi.

Polis mayoru N.İbrahimov 1995-ci il fevralın 10-da Binə qəsəbəsində cinayətkar dəstəni zərərsizləşdirərkən həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə İbrahimov Nurəddin İslam oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Buzovna qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Buzovna qəsəbəsindəki küçələrdən biri və mədəniyyət evi onun adını daşıyır. Mədəniyyət evinin qarşısında büstü qoyulub. 

İbrahimov Rasim Səxavət oğlu 

1962-ci il aprelin 18-də Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər) rayonunda anadan olmuşdu. Səkkizinci sinfə kimi paytaxtdakı 131 nömrəli orta məktəbdə təhsil almışdı. 1977-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş və 1983-cü ildə təhsilini başa çatdıraraq, Almaniyaya hərbi qulluğa göndərilmişdi. Rasim burada motoatıcı tağımda komandir müavini kimi xidmətə başlamışdı. 1988-ci ildə hərbi xidmətini başa çatdıraraq Vətənə qayıtmışdı. Bir müddət sonra Qarabağa - erməni işğalçılarına qarşı döyüşə yollanmışdı. Füzuli istiqamətində gedən döyüşdə rəşadətlə vuruşan Rasimə mayor rütbəsi verilmişdi.

R.İbrahimov 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı səhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtı ilə təhsil aldığı 131 nömrəli orta məktəb onun adını daşıyır. Çilov adasında abidəsi ucaldılıb, adına xatirə bağı salınıb. 

İsgəndərov Əlabbas Qara oğlu 

1958-ci il iyulun 25-də Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdu. Orta məktəbi doğulduğu kənddə bitirmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra isə kəndlərinə qayıdaraq təsərrüfat işləri ilə məşğul olmuşdu.

1991-ci ilin noyabrında isə Ağdamda özünümüdafiə dəstələri yaradılarkən ilk üzv yazılanlardan biri də  vətənini, xalqını canından artıq sevən Əlabbas olmuşdu. 1992-ci ildə Qarabağın cəbhə bölgəsində gedən ağır döyüşlərdən sonra mühasirə şəraitində qalan Umudlu kəndinin əhalisi hərbi vertolyotların köməyi ilə boşaldılarkən məhz Əlabbasın qəhrəmanlığı sayəsində 40-dək döyüşçünün həyatı xilas edilmişdi.

Ə.İsgəndərov 1992-ci il martın 4-də Qazançı kəndi uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 nömrəli Fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdamdakı Şəhidlər xiyabanında dəfn olunub. 

İsgəndərov Eltun Xaləddin oğlu 

1990-cı il oktyabrın 21-də Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdu. 2007-ci ildə kəndlərindəki orta məktəbi bitirmişdi. O, 2008-ci il oktyabrın 22-də Samux Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Üç ay Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində təlim keçdikdən sonra Cəlilabad rayonunun Göytəpə şəhərindəki "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdi. Eltun xidmət etdiyi dövrdə özünü nümunəvi əsgər kimi göstərmiş, Dövlət Sərhəd Xidmətinin komandanlığı tərəfindən ailəsinə "Təşəkkür məktubu" göndərilmiş, döş nişanı ilə təltif  edilmişdi.

E.İsgəndərov 2009-cu il iyunun 18-də dövlət sərhədini pozan bir qrup cinayətkarla mübarizə zamanı qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 nömrəli Fərmanı ilə İsgəndərov Eltun Xaləddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Samux rayonunun Əhmədbəyli kənd qəbiristanlığında dəfn olunub.  

İsgəndərov Famil İsgəndər oğlu 

1975-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdu. 1991-ci ildə paytaxtın 157 nömrəli orta məktəbini bitirmişdi. 1993-cü ildə Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmış, Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə iştirak etmişdi. Famil Murovdağın geri qaytarılması zamanı ayağından yaralanmışdı. 1995-ci ilin martında isə ölkəmizdə dövlət çevrilişinə cəhdin qarşısını alan dəstənin tərkibində igidlik göstərmişdi.

F.İsgəndərov martın 17-də döyüş yoldaşlarını xilas edərkən ağır yaralanır və onun həyatını xilas etmək mümkün olmur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə İsgəndərov Famil İsgəndər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 157 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov