Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri

Bookmark and Share

Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binası istifadəyə verilib 

Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.

Məktəbin müəllim kollektivi dövlət başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, məktəbin 130 ildən çox yaşı olan köhnə binası sonuncu dəfə 1986-cı ildə təmir edilmişdir. Uzun müddət yararsız vəziyyətdə olan təhsil ocağı üçün yeni binanın tikintisi uğurla başa çatmışdır. Üçmərtəbəli yeni binada hazırda 306 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 45 müəllim məşğul olur. Yeni binada 568 şagird yeri vardır. Otaqlar və fənn kabinetləri müasir standartlara cavab verən dərs ləvazimatları və avadanlığı ilə təchiz olunmuşdur. Səkkiz min nüsxəyə yaxın ədəbiyyat fondu olan kitabxanada Heydər Əliyev guşəsi yaradılmışdır. Kompüter otaqlarında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün texniki imkanlar mövcuddur. Sinif otaqlarının hər birində İnternetə qoşulmuş 19 kompüter qoyulmuşdur. Məktəbdə dərslərin elektron formatda keçilməsi üçün elektron lövhə ilə təmin edilmiş iki kabinet fəaliyyət göstərir. Təhsil ocağında zəruri materiallarla təchiz olunmuş hərbi kabinet də vardır. Müxtəlif idman qurğularının quraşdırıldığı zalda mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, üç korpusdan ibarət olan məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur yaradılmışdır.

Məktəblə tanışlıqdan sonra dövlət başçısı müəllimlərlə görüşdü.

Məktəbin müəllimi Səkinə CABBARLI, bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da aparılan yenidənqurma işlərinin dərin sevinc hissi doğurduğunu, burada yeni obyektlərin istifadəyə verildiyini, əhali üçün lazımi infrastrukturun yaradıldığını söylədi. Bütün bunlara görə dövlət başçısına minnətdarlığını bildirdi.

Prezident İlham ƏLİYEV yeni məktəb binasının açılışı münasibətilə yengicəliləri təbrik edərək dedi:

- Yeni məktəbin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl, çox rahat, müasir məktəbdir, bütün avadanlıq da quraşdırılıb. Yəni hər bir şərait vardır ki, burada uşaqlar yaxşı oxusunlar. Burada müəllimlər üçün də yaxşı şərait yaradılıb. Bu məktəbin tikintisi çox əlamətdar bir hadisədir və onu göstərir ki, Azərbaycanın hər bir yerində məktəb tikintisi sürətlə gedir. Bu məktəb əslində kənd məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş, işıqlı bir məktəbdir. Bu gün Azərbaycanın bütün kəndlərində belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir səviyyə, insanların yaşaması, işləməsi üçün bütün şərait yaradılmalıdır.

Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır. Keçən dəfə Olimpiya kompleksinin açılışında, mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsində iştirak etmişdim. Digər obyektlərin, sosial infrastrukturun yaradılması bu rayonda çox uğurla və sürətlə gedir. Bu məktəbin tikintisi rayona göstərilən qayğının nəticəsidir.

Mən çox şadam ki, muxtar respublikanın rəhbərliyi bütün bu işləri çox böyük zövqlə və məhəbbətlə edir. Hər şey etmək olar, çünki indi Azərbaycanın iqtisadi imkanları genişlənir, maliyyə resurslarımız da, ciddi düşünülmüş proqramlarımız da vardır. Amma bununla bərabər, hər bir vətəndaş öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Naxçıvanda gözəl quruculuq, abadlıq işləri sürətlə gedir və bu, məni çox sevindirir. Hər dəfə Naxçıvanda olanda mən bu yenilikləri, müasir yanaşmanı görürəm.

Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır. İnsanların yaşaması və işləməsi üçün bütün imkanlar vardır. İş yerləri açılır, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, yollar, su kəməri çəkilir. Bu gün biz Naxçıvanın su proqramının həllinin birinci mərhələsini qeyd edəcəyik. Yəni bu onu göstərir ki, ölkədə bütün sahələrdə düşünülmüş siyasət vardır və hər yerdə bu işlər yüksək səviyyədə görülür. Bu məktəb inkişaf etmiş ölkələrin əsas şəhərlərində olan məktəblərə bənzəyir, bəlkə onlardan da üstündür. Bax, budur bizim yanaşmamız və budur Azərbaycanın bugünkü reallıqları.

Bu gözəl məktəbin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

***

Sonda xatirə şəkli çəkdirildi.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov