Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib

Bookmark and Share

Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.

Məktəbin pedaqoji kollektivi dövlət başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, 594 şagird yeri olan Sədərək 2 nömrəli orta məktəbinin binası yeni inşa edilmişdir. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılmışdır. Burada 33 sinif otağı vardır. Fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunmuşdur. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilmişdir. Məktəbdə İnternetə çıxışı olan 31 kompüter vardır. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir.

Qeyd edildi ki, muxtar respublikanın bütün məktəbləri kompüterlərlə təmin olunmuşdur. Məktəblərə 2 min 674 kompüter verilmişdir.

Məktəbin kollektivi adından çıxış edən müəllim Elmira DADAŞOVA Azərbaycanın bugünkü inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğuladı. O, bütün bölgələrdə olduğu kimi, Naxçıvanda da yeni təhsil, səhiyyə və digər sosial obyektlərin yaradıldığını dedi. Qeyd etdi ki, bütün bunlar dövlət başçısının xalqa qayğısının bariz nümunəsidir.

Prezident İlham ƏLİYEV məktəbin kollektivini təbrik edərək dedi:

- Bu gözəl fürsətdən istifadə edərək, Azərbaycanın bütün müəllimlərini bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Müəllimlər, doğrudan da, çox böyük missiyanı yerinə yetirirlər. Gələcək nəslin tərbiyə edilməsi, bilikli, savadlı olması üçün müəllimlər gecə-gündüz çalışırlar. Mən müəllimlərin əməyini çox yüksək qiymətləndirirəm. Hər bir ölkənin inkişafı üçün müəllimlərin fəaliyyəti başlıca rol oynayır. Çünki ölkə təbii sərvətlərlə zəngin ola bilər, ölkənin digər imkanları, yəni maliyyə imkanları geniş ola bilər. Amma əgər peşəkar kadrlar yoxdursa, intellektual potensial yüksək səviyyədə deyilsə, o ölkələr həmin imkanlardan heç vaxt səmərəli şəkildə istifadə edə bilməyəcəklər. Ona görə biz təbii resurslarımızı insan kapitalına çeviririk.

Bizim siyasətimizin əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda insan kapitalına qoyulan sərmayə gündən-günə artsın. Bu yeni orta məktəblərin, ali məktəblərin yaradılması bir məqsədi güdür ki, Azərbaycanda təhsilin səviyyəsi bizi qane edən səviyyəyə qalxsın. Bunu etmək üçün, əlbəttə ki, məktəb tikintisi də, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, artırılması da lazımdır. Biz bu məsələlərə iki tərəfdən yanaşırıq. Bu məktəbin tikilməsi özlüyündə gözəl və əlamətdar bir hadisədir. Bu gün mən Naxçıvanda artıq üçüncü məktəbin açılışında iştirak edirəm. İki məktəb Şərur rayonunda, bir məktəb Sədərək rayonunda açılmışdır. Bütün məktəblər gözəl, yaraşıqlı, işıqlı, geniş və ən müasir avadanlıqla təchiz edilmiş məktəblərdir. Burada şagirdlər və müəllimlər üçün bütün şərait yaradılıbdır.

Eyni zamanda, təhsilin keyfiyyətinin artırılması məsələləri bu gün diqqət mərkəzindədir. Biz bu məsələyə çox ciddi yanaşırıq və ümid edirəm ki, yaxın zamanlarda istədiyimizə nail ola biləcəyik. Bununla bərabər, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının tikintisi, peşə məktəblərinin yaradılması sürətlə gedir. Bu məqsədlər üçün bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrıldı. Halbuki, Azərbaycanda təhsilə ayrılan vəsait büdcə xərclərində ikinci yeri tutur. Birinci yerdə, təbii ki, müdafiə, yəni hərbi xərclərdir, ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin siyasəti nədən ibarətdir.

Biz güclü dövlət qururuq, bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan bu böyük zirvələri fəth etməyə nail olub. Azərbaycanda dövlət quruculuğu məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində başlanmışdır və bu gün Azərbaycan qüdrətli dövlətdir. Biz müasir dövlət qururuq. O dövlət ki, burada bütün insanlar azad, sərbəst, firavan yaşasınlar. Azərbaycanda bütün demokratik azadlıqlar mövcuddur. Azərbaycanda stabillik, ictimai-siyasi asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Əgər statistikaya baxsaq görərik ki, ən az cinayətlər olan yer elə Azərbaycandır. Nəyə görə?! Çünki burada ictimai-siyasi vəziyyət müsbətdir, ab-hava gözəldir. Ölkəmizin hər bir yerində quruculuq, inkişaf prosesləri sürətlə gedir.

Bu gün Sədərək rayonunda gözəl mərkəzi xəstəxananın açılışında iştirak etdim, indi məktəbin açılışında iştirak edirəm. Bu, vacib sosial obyektlərdir, insanlara xidmət edəcəkdir. Biz elə etməliyik ki, hər bir bölgədə bu gözəl təşəbbüslər özünü göstərsin və reallığa çevrilsin. Xüsusilə, Sədərək rayonunda. Çünki siz düşmənlə üz-üzəsiniz. Siz lap sərhəddə yerləşirsiniz. Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlər.

Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan torpaqları işğal altına düşəndən sonra erməni qəsbkarları, erməni millətçiləri gözlərini Naxçıvana da dikmişdilər, Naxçıvanı da işğal etməyə çalışırdılar. O vaxt ancaq naxçıvanlıların iradəsi və ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində naxçıvanlılar Naxçıvanı qorudular. Düşmənə imkan vermədilər ki, buraya soxulsunlar, düşməni yerinə oturtdular.

Bu gün atəşkəs rejimi şəraitindəyik. Hələ müharibə başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Müharibə o vaxt başa çatacaq ki, sülh müqaviləsi bağlanacaq. Sülh müqaviləsi o vaxt bağlana bilər ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları qayıtsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan xalqı əsrlər boyu Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bütün tarixi adlar, toponimlər Azərbaycan xalqının adı ilə bağlıdır. Yəni bu bizim torpağımızdır. Bu ədalətsizlik 20 ilə yaxındır ki, davam edir. Ancaq bu, uzun illər bundan sonra davam edə bilməz.

Azərbaycan bu gün istənilən məsələni istənilən yolla həll etməyə qadirdir. Doxsanıncı illərin əvvəllərində bizdə nə ordu, nə rəhbərlik var idi. Satqınlıq göstərilmişdir. Əgər 1993-cü ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməsəydi, biz daha da böyük bəlalara düçar olardıq. Azərbaycan, ümumiyyətlə, parçalanırdı və müstəqilliyimizi itirə bilərdik.

Bu gün Azərbaycan qüdrətli dövlətdir və Ermənistanla müqayisəolunmaz səviyyədədir. Təkcə onu demək kifayətdir ki, iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Hərbi məsələlərə ayrılan xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Bu müsbət meyillər davam edəcəkdir. İqtisadi inkişaf, siyasi məsələlərin həlli, beynəlxalq hüquq normaları - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Demoqrafik məsələləri götürək. Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Getdikcə sayımız artacaqdır. Elə etməliyik ki, sayımız artsın. Bir neçə ildən sonra əhalimizin sayı 10 milyon olacaqdır.

Yəni təbii proseslər onu göstərir və mən buna şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, işğal edilmiş torpaqları azad edəcəkdir. Bu gün işğal altındakı bütün torpaqlarda Azərbaycanın suveren hüquqları bərpa olunacaqdır. O günü biz hamımız hər an öz işimizlə yaxınlaşdırmalıyıq. Azərbaycanın uğurlu inkişafı bizdən asılıdır. Bu gün bu məktəbin və Naxçıvanda digər vacib sosial obyektlərin açılması bizim gücümüzü bir daha göstərir.

Bu gözəl hadisə münasibətilə mən sizə öz ürək sözlərimi demək istədim. Bir də demək istəyirəm ki, bu əlamətdar gündə bütün Azərbaycan müəllimlərini bayram münasibətilə təbrik edirəm. Sizi bir daha bu gözəl məktəbin açılışı münasibətilə təbrik edirəm.

***

Sonda xatirə şəkli çəkdirildi.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov