Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

ATU-nun 80 illik yubileyi qeyd edildi

Bookmark and Share

Oktyabrın 5-də Azərbaycan Tibb Universitetində bu təhsil ocağının 80 illik yübileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə nazirlər, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, ali məktəblərin rektorları, tanınmış alimlər, ATU-nun professor-müəllim heyəti, tələbələr və KİV təmsilçiləri iştirak edirdilər.

Mərasimdən əvvəl qonaqlar ümummilli liderimiz Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçəklər düzdülər və onun xatirəsini ehtiramla yad etdilər.

Yubiley mərasimi Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə açıldı.

Sonra çıxış üçün söz səhiyyə naziri Oqtay Şirəliyevə verildi. Səhiyyə naziri universitetin kollektivini yubiley münasibətilə təbrik edərək onlara işlərində uğurlar, şəxsi həyatlarında cansağlığı və xoşbəxtlik arzuladı. Oqtay Şirəliyev çıxışında ötən illər ərzində respublikamızda təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında ATU-nun  əhəmiyyətli rolundan bəhs etdi və bu universitetin milli səhiyyənin inkişafına verdiyi layiqli töhfələrdən söz açdı.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 sentyabr 2010-cu il tarixli sərəncamları ilə universitetin əməkdaşlarına verilmiş fəxri adların, orden və medalların təqdimatı oldu. Səhiyyə naziri təltif olunanlar adından dövlət başçısına minnətdarlığını bildirdi.

Dəvəti qəbul etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi təhsil ocağının inkişaf tarixini əks etdirən təqdimatı diqqətə çatdırdı.  Qeyd olundu ki, hazırda Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb, əczaçılıq və hərbi-tibb kadrlarının hazırlanması, attestasiyası və ixtisaslarının artırılması sahəsində fəaliyyət göstərən ən iri təhsil müəssisəsidir.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov bütün təhsil ictimaiyyəti adından ATU-nun kollektivini yubiley münasibətilə təbrik etdi. Nazir hər bir kəsin özünün sağlamlığının qorunması və övladlarının sağlam böyüməsi üçün məhz 80 il ərzində şərəfli inkişaf yolu keçmiş bu universitetə borclu olduğunu qeyd etdi.

Dövlət başçısının ATU-nun əməkdaşlarının təltif olunması ilə bağlı müvafiq sərəncamlarını elm, təhsil və səhiyyə sahələrinə göstərilən xüsusi qayğının növbəti təzahürü kimi qiymətləndirən nazir cənab Prezidentə təşəkkürünü bildirdi və kollektivin hər bir üzvünün bu şərəfə layiq fəaliyyət göstərməsinin, öz işinə daha məsuliyyətlə yanaşmasının zəruriliyini vurğuladı.

Misir Mərdanov universitetin əməkdaşlarından bir qrupunun Azərbaycan Respublikası Təhsil Nazirliyinin yüksək mükafatlarına layiq görüldüyünü bildirdi.

Yubiley mərasimində çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev, Almaniyanın Axen Universitetinin Himayədarlar Şurasının sədri, psixiatriya Assosiasiyasının prezidenti Frank Şnayder, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev və Azərbaycan  Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələrini yubiley münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov