Bakı Təhsil-Məlumat Mərkəzindən müxbirimizə
bildirmişlər ki, bu qurumun təşkilatçılığı ilə
paytaxtdakı "Landmark" otelində Beynəlxalq
təhsil yarmarkası keçirilib. Qeyd edək ki,
1997-ci ildən fəaliyyət göstərən və Amerika
Dövlət Departamenti tərəfindən dəstəklənən
mərkəzin əsas məqsədi xaricdə təhsil almaq
imkanları haqqında məlumatları yaymaqdır.
Yarmarkada Azərbaycanda təhsillə bağlı olan
aparıcı təşkilatlar, ali məktəblərin tələbələri
və ziyalılar iştirak ediblər. İştirak edən
təhsil müəssisələrinin nümayəndələri öz
proqramları və fəaliyyətləri haqqında məlumat
veriblər. Sonra tədbir iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb, onlara
müxtəlif materiallar və bukletlər paylanıb.
Ş.CƏFƏROV |