Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

İsmayılov Etibar Bəylər oğlu 

1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdu. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra çilingər kimi əmək fəaliyyətinə başlamışdı. Etibar 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edərək igidlik göstərmiş və Ağdamdakı özünümüdafiə batalyonuna daxil olmuşdu. O, Naxçıvanik, Şelli kəndlərinin  erməni işğalçılarından müdafiəsində də şəxsi nümunə göstərmişdi. Xocavənd rayonunun ərazisində düşmən hücumlarını dəf etmiş, Ağcabədidə yaradılan özünümüdafiə taboruna qoşulmuşdu.

E.İsmayılov 1994-cü ildə Xocavənd rayonunun Qarakənd istiqamətində aparılan əməliyyatlar zamanı döyüşdə yoldaşlarının mühasirədən çıxarılmasında igidlik  göstərərək qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 nömrəli Fərmanı ilə İsmayılov Etibar Bəylər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hindarx kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 

İsmayılov İlqar Sədi oğlu 

1959-cu il martın 29-da Bakı şəhərində anadan olmuşdu. Orta təhsilini paytaxtın Nərimanov rayonundakı 45 nömrəli orta məktəbdə almışdı. O, 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdu. 1981-ci ildə institutu bitirmiş və elə həmin il hərbi xidmətə çağırılmış, əsgəri xidmətini Bakı Ordu İdman Klubunda başa çatdırmışdı. İlqar 1986-cı ilə qədər "Dinamo" İdman Klubunda məşqçi işləmiş, sonralar leytenant rütbəsi ilə DİN-in Sabunçu Rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışmışdı. 1991-ci ilin dekabrından isə Qarabağa - döyüş bölgələrinə ezam olunmuşdu. O, Şuşanın Malıbəyli, Meşəli kəndlərində və Ağdam rayonunun ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdi.

İ.İsmayılov 1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndi yaxınlığında Qızartı yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.Təhsil aldığı 45 nömrəli orta məktəbin önündə büstü qoyulub. 

İsmayılov İnqilab Ələkbər oğlu 

1962-ci il fevralın 24-də Xocalı şəhərində anadan olmuşdu. 1979-cu ildə orta məktəbi bitirmişdi. 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmətə başlamışdı. Hərbi xidmətdə olduğu vaxt Xarkov şəhərində gizirlər məktəbini bitirmişdi. O, 1984-cü ildə doğulub boya-başa çatdığı Xocalıya qayıtmışdı. 1988-ci ildə Dağlıq Qarabağda vəziyyət gərginləşəndə İnqilab da torpaqlarımızın quduzlaşmış erməni işğalçılarından müdafiəsinə qalxmışdı. Cəsur döyüşçü bir müddət sonra - 1990-cı ildə Xocalı Şəhər Polis Şöbəsində işə qəbul edilmişdi.

İ.İsmayılov 1992-ci il iyunun 12-də Ağdam rayonunda polis-patrul xidməti alayında vəzifə borcunu Daşbaşı yüksəkliyi uğrunda gedən döyüşdə yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır. Həmin küçədə xatirə lövhəsi vurulub. 

Karlov Yevgeni Nikolayeviç 

1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdu. Orta təhsilini doğma yurdunda almışdı. Yevgeni 1977-ci il avqustun 1-də Uzlov Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına hərbi xidmətə çağırılmışdı. O, 1984-cü ildə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbini bitirmiş və təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdı. Bir müddət sonra o, Azərbaycana gəlmiş, əvvəlcə Səngəçalda yerləşən hərbi hissədə, sonra isə Bakıdakı "N" saylı hərbi hissədə təlimatçı-pilot kimi işləmişdi. Yevgeni xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində azğınlaşmış erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə fədakarlıqla iştirak etmişdi.

Y.Karlov 1992-ci il aprelin 11-də Füzuli istiqamətində gedən amansız döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Dubovka qəsəbəsində dəfn olunub. 

Kərimov Bəşir Bəylər oğlu 

1976-cı il fevralın 2-də Füzuli rayonunun Qacar kəndində anadan olmuşdu. 1991-ci ildə kəndlərindəki orta məktəbin səkkizinci sinfini bitirərək Füzuli şəhərindəki peşə məktəbində təhsilini davam etdirmişdi. Bəşir 1993-cü ilin aprelində doğulub boya-başa çatdığı doğma Qacar kəndində işğalçı erməni yaraqlılarına qarşı  igidliklə vuruşmuşdu. Lakin mənfur düşmən Qacar kəndini  işğal etdikdən sonra o, ailə üzvləri ilə birlikdə Dilağarda kəndində məskunlaşmışdı. O, 1994-cü ildə Beyləqan Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdı.Gəncə şəhərində "N" saylı hərbi hissədə qulluq etmişdi.

B.Kərimov 1995-ci il martın 13-17-də məlum hadisələr zamanı dövlətçiliyimizin müdafiəsinə qalxıb və qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Kərimov Bəşir Bəylər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov