Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi

Bookmark and Share

Oktyabrın 12-13-də Bakı Dövlət Universitetində MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi.

Forum Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyi İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi, Rusiya-Azərbaycan Dostluq Cəmiyyəti və Rusiya Dövlət Humanitar Universiteti tərəfindən təşkil olunmuşdu. Forum başlamazdan bir gün öncə qonaqların paytaxtın 8 universitetində olmaları təmin edilmiş, onlar ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmışlar.

Forumun birinci iş günü Əlaqələndirmə Şurasının iclası oldu. Forum iştirakçıları əvvəlcə BDU-da Heydər Əliyev muzeyi ilə tanış oldular, universitetin fəxri doktorlarının, AMEA-nın üzvlərinin fotoları əks olunmuş stendə baxdılar.

Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev Forumu açaraq iştirakçıları salamladı. Bildirdi ki, ilk dəfə təşkil edilən beynəlxalq tədbirdə MDB üzvü olan 8 ölkənin 20-dən artıq ali məktəbindən 30 nümayəndə iştirak edir.

Forumun işinə uğurlar arzulayan K.Abdullayev ümid etdiyini bildirdi ki, bugünkü görüş gələcək qarşılıqlı münasibətlər üçün tramplin olacaq. Bu isə həm bizim universitetlər, həm də ölkələr, xalqlar və gənclər üçün çox vacibdir.

Rektor Forumun iş qaydası, Forum çərçivəsində keçiriləcək görüşlər, mədəni-kütləvi tədbirlər barədə də iştirakçılara qısa məlumat verdi.

Sonra söz Forumun əsas təşkilatçılarından biri olan Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim İosifoviç Pivovara verildi.

İclas iştirakçılarını təşkilat komitəsi adından salamlayan Y.İ.Pivovar Forumun ideyasının cari ilin yanvarında Bakıda təşkil edilmiş humanitar əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda meydana gəldiyini bildirdi. Qeyd etdi ki, həmin vaxt tanınmış ziyalılardan, sənət adamlarından ibarət Forum iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən söz açmış, ziyalıların bu işə öz töhfələrini verməsinin zəruriliyini vurğulamışdır. Məhz bundan sonra MDB üzvü olan ölkələrin humanitar universitetləri rektorlarının Forumunun keçirilməsi ilə bağlı təşkilati işlər başlanmışdır.

Forumun təşkili ilə əlaqədar bir neçə dəfə ölkədə olduğu və təşkilat komitəsinin Azərbaycan tərəfindən olan üzvləri ilə əlaqə saxladığını deyən Y.Pivovar Azərbaycan Respublikasının Təhsil Nazirliyi, şəxsən cənab nazir Misir Mərdanovdan həmişə fəal dəstək aldığını söylədi. Bütün bunlara, habelə I Foruma ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdi. Forumun əsas təşəbbüsçüsü və təşkilatçısı, habelə beynəlxalq tədbirin baş tutmasında öz köməyini əsirgəməmiş digər təşkilatlara, xüsusən də Müstəqil Dövlətlər Birliyinin İşləri,  Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbərliyinə, ideyanı ilk gündən dəstəkləyən və həyata keçməsində fəal iştirak edən Bakı Slavyan Universitetinin rektoruna təşəkkür etdi. Görülmüş təşkilati işlər barədə məlumat verən Y.Pivovar ümidvar olduğunu bildirdi ki, Forum yalnız humanitar universitetlər deyil, eyni zamanda MDB xalqları arasında da əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

İclasda Forumun gündəliyi və reqlamenti, Forum çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər iclas iştirakçılarının təklifləri nəzərə alınmaqla müzakirə və qəbul olundu. İclas iştirakçıları MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının ilk toplantısının Bakı Forumu adlandırılması barədə razılığa gəldilər.

Əlaqələndirmə Şurasının iclasından sonra qonaqlar Bakıdakı bir neçə ali məktəblə və əsaslı təmir-bərpa işlərindən sonra bu yaxınlarda istifadəyə verilmiş 132-134 nömrəli təhsil kompleksi ilə tanış oldular. Təhsil kompleksini gəzib buradakı bağçaya, sinif otaqlarına, fənn kabinetlərinə, akt zalına, yeməkxanaya baxan qonaqlar təhsil üçün yaradılmış şəraiti yüksək qiymətləndirdilər.

Forumun ikinci iş günü Fəxri xiyabana və Şəhidlər xiyabanına ziyarətlə başlandı.

Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə gül dəstələri düzüldü.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən Forum iştirakçıları məzarların üzərinə tər çiçəklər qoydular.

Sonra BDU-da Forumun plenar iclası öz işinə başladı. İclası aparan Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev Forum iştirakçılarını salamladıqdan sonra Azərbaycan tərəfindən iştirak edən nümayəndələri təqdim etdi. Yefim Pivovar isə öz növbəsində MDB ölkələrinin ali məktəblərini təmsil edən nümayəndələr haqqında qısa məlumat verdi.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Forumda geniş çıxış etdi.

Öncə Forum iştirakçılarını salamlayan nazir beynəlxalq toplantının məhsuldar işləməsinə şərait yaradılması üçün mümkün olan hər şeyin ediləcəyini söylədi, Forumun ali humanitar təhsilin aktual məsələlərinin müzakirə olunmasına,  bir-birimizi  yaxşı  tanımağa imkan verəcəyinə inandığını bildirdi.

Sonra nazir Azərbaycanın təhsil sistemi, təhsil sahəsində aparılan islahatlar haqqında qonaqlara məlumat verdi. Qeyd etdi ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra ölkənin sosial-iqtisadi həyatında, dövlət-siyasi quruluşunda köklü dəyişikliklər təhsildə islahatları zəruri etmiş, lakin müstəqilliyin ilk illərində keçid dövrünün çətinlikləri təhsil islahatlarını ləngitmişdir. Həmin dövrdə Azərbaycanın Ermənistanla hərbi münaqişəyə cəlb olunması, ərazimizin iyirmi faizindən çoxunun itirilməsi, respublikada bir milyondan çox qaçqının və məcburi köçkünün əmələ gəlməsi təhsil sisteminə güclü ziyan vurmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində minə qədər təhsil müəssisəsi qalmışdır. Təxmini hesablamalar göstərir ki, Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz nəticəsində ölkəmizə 60 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Bütün bu amillər ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin və təhsilin inkişafına mənfi təsir göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra Azərbaycan iqtisadiyyatının dinamik inkişaf illəri başlandı.

Nazir diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində bu gün respublikamızın iqtisadiyyatı intensiv inkişaf etməkdədir. Demək kifayətdir ki, 2009-cu ilin yekunlarına görə Azərbaycan dünyanın daha dinamik inkişaf edən dövlətləri sırasına çıxmışdır. Belə ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan öz rəqabət qabilliyinə görə MDB ölkələri arasında birinci yeri tutur.

Müstəqillik illəri həm də təhsil sahəsində köklü islahat illəri olmuşdur. Təhsil sisteminin normativ-hüquqi bazası tamamilə dəyişmiş, onun maddi-texniki bazası güclənmiş, təhsilin idarə olunması sistemi təkmilləşdirilmiş, təhsilin məzmununun yaxşılaşdırılması və keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər görülmüşdür.

Son illərin ən uğurlu nəticələrinin məktəb binalarının tikilməsi ilə bağlı olduğunu deyən nazir ölkədə iki mindən çox məktəbin tikildiyini və əsaslı təmir olunduğunu, bu hadisənin milli təhsilimizin müasir tarixində ən parlaq səhifə olduğunu bildirdi.

Sonra təhsil naziri dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, təhsil sisteminin informasiyalaşdırılması sahəsində görülmüş işləri və əldə olunan uğurlu nəticələri Forum iştirakçılarının diqqətinə çatdırdı. Ali təhsil sistemində də ciddi dəyişikliyin baş verdiyini deyən Misir Mərdanov 1992-ci ildən ali məktəblərə qəbulun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirildiyini, ötən illər ərzində ali məktəblərin öz daxili potensiallarını maksimum hərəkətə gətirməklə, dövlətdə və cəmiyyətdə baş verən dəyişikliklərə çevik və sürətlə uyğunlaşdığını, 1993-cü ildən ikisəviyyəli mütəxəssis hazırlığına (bakalavr, magistr) başlandığını, tədris prosesinə yeni təhsil standartları və proqramlarının tətbiq olunduğunu, pedaqoji kadr hazırlığında əhəmiyyətli dəyişikliklər edildiyini bildirdi. Qeyd etdi ki, 2007-ci ildən ali məktəblərdə tədris prosesi kredit sistemi əsasında təşkil olunur. "Təhsil haqqında" yeni qanuna uyğun olaraq çoxsəviyyəli mütəxəssis (bakalavr, magistr, doktor) hazırlığı tətbiq edilir.

Qloballaşma şəraitində şəxsiyyətə milli özgürlüyünü saxlamaq, eyni zamanda dünya standartlarına uyğun inteqrativ təfəkkür tərzinə yiyələnmək kimi mühüm tələblər verildiyini deyən təhsil naziri bu məqsədin əldə olunmasını hədəfə almış hazırkı təhsil islahatlarının uğurla reallaşdırılmasının digər ölkələrlə vahid humanitar, mədəni-təhsil məkanının formalaşdırılmasını nəzərdə tutduğunu vurğuladı.  Qeyd etdi ki, bununla əlaqədar son illərdə postsovet məkanı ölkələri ilə humanitar əməkdaşlığın rolu əhəmiyyətli dərəcədə artıb. Bax buna görə də 2008-ci ildə Azərbaycan 7 MDB ölkəsinin təşəbbüsü ilə yaradılmış və qarşısına təhsil, elm, mədəniyyət, kütləvi kommunikasiya, idman, turizm və gənclərlə iş sahələrində çoxtərəfli əlaqələri inkişaf etdirmək məqsədi qoymuş MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna qoşulub.

Nazir bildirdi ki, hazırda Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası prosesi gedir və bu işdə humanitar təhsil xüsusi rol oynayır. Humanitarlaşmanın əsas məqsədi geniş dünyagörüşü, innovativ təfəkkür formalaşdırmaq təşkil edir.

Məhz buna görə də nazir bildirdi ki, ölkələrin hər birində bu gün sosial-humanitar təhsilin, onun mütəxəssisin həyat və peşəkar karyerasındakı rolu və cəmiyyətin əmək bazarının tələblərinə uyğunluğu vəziyyətinin və perspektivlərinin qiymətləndirilməsi zəruridir.

Nazir bütün bunların sosial-humanitar fənlərin hazırkı tədrisi vəziyyətinin təhlili zərurəti doğurduğunu, ali məktəblərdə sosial-humanitar təhsilin vəziyyətinə diqqət yetirmək lazım gəldiyini diqqətə çatdırdı və hazırda ali təhsilin qarşısında duran bir sıra digər problemlərdən, həlli vacib məsələlərdən söz açdı. Əməkdaşlığın bu problemlərin həllinə böyük kömək göstərə biləcəyini vurğuladı. Bildirdi ki, bu gün biz ölkələrimiz arasında səmərəli əməkdaşlığın yaradılmasına nail olmalıyıq. Bu bizə gücümüzü birləşdirməyə və təhsilin, o cümlədən humanitar təhsilin inkişafında müsbət dəyişikliklərə nail olmağa kömək edər.

Daha sonra təhsil naziri bu istiqamətdə atılmış addımları diqqətə çatdırdı və MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Bakı Forumunun sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və onların aradan qaldırılması yollarının araşdırılması istiqamətində mühüm rolunu qeyd edib beynəlxalq tədbirin işinə uğurlar arzuladı.

Rusiya Federasiyasının MDB işləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin Nümayəndəliyi rəhbərinin müşaviri, filologiya elmləri doktoru, professor Ənvər Şeyxov çıxış edərək Forum iştirakçılarını Agentliyin rəhbəri Farit Muxametşinin adındın salamladı, onun təbrik məktubunu oxudu.

Federal Agentliyin bu il 85 yaşını qeyd etdiyini Forum iştirakçılarının diqqətinə çatdıran Ə.Şeyxov qurumun həm MDB daxilində, həm də digər ölkələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verdi.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar rəhbərlik etdiyi təşkilat adından Azərbaycan hökumətinə beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsinə göstərdiyi köməyə görə minnətdarlığını çatdırdı. Y.Pivovar Rusiya Rektorlar İttifaqının, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin Foruma təbrik məktubları ilə də iştirakçıları tanış etdi.

Sonra Yefim Pivovar "MDB dövlətlərində humanitar təhsil: problemlər və inkişaf perspektivləri" mövzusunda məruzə etdi. Məruzəçi MDB ölkələrinin ali məktəblərində humanitar təhsilin inkişafı, öz universitetlərində bu sahədə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdikdən sonra Forumun gələcək fəaliyyətində həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlərlə bağlı təkliflər irəli sürdü. Qeyd etdi ki, Forum iştirakçılarının birgə fəaliyyətinin perspektivləri və istiqamətləri ilə bağlı monitorinqlərin təşkili, onun nəticələri əsasında birgə tədris proqramları, elmi layihələr, akademik və kitab mübadiləsi proqramlarının açıqlığı və inkişafına istiqamətlənmiş qarşılıqlı fəaliyyət proqramının işlənib hazırlanması, Forum yanında fəaliyyətin prioritet istiqamətləri üzrə daim fəal işləyən aliməktəblərarası ekspert komissiyalarının yaradılması yaxşı olardı. Y.Pivovar Forumun İnternet-portalının işlənib hazırlanması və açılmasını da məqsədəuyğun saydığını bildirdi. Qeyd etdi ki, burada Forumun məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumat yerləşdirmək olar. Bu, humanitar sahədə aliməktəblərarası informasiya klasteri rolunu yerinə yetirər.

Məruzəçi hər il humanitar biliklərin əsas istiqamətləri üzrə aliməktəblərarası illik elmi mühazirələrin təşkilini də məqsədyönlü saydı. Forumun illik elmi toplusunu təsis etməyi təklif etdi.

Məruzə ilə bağlı "dəyirmi masa" ətrafında aparılan müzakirələrdə Sankt-Peterburq Dövlət Mühəndis-İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Olqa Vasilyevna Qonçaruk, Moskva Dövlət Linqvistik Universitetinin alman dili fakültəsinin dekanı Qalina Borisovna Voronina, Moskva Dövlət Sosial-Humanitar Universitetinin rektoru Vaqif Bayramov, Saratov Dövlət Sosial-İqtisad Universiteti İnnovasiya siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin direktoru İqor Markoviç Umanski, A.S.Puşkin adına Brest Dövlət Universitetinin nümayəndəsi Meçislav Edvardoviç Çesnovski, Rostov-Dondakı Cənubi Rusiya Universitetinin rektoru İmran Əkbərov və başqaları çıxış edərək Forumun əhəmiyyətini yüksək qiymətləndirdilər, müzakirə olunan məsələ ilə bağlı təmsil etdikləri ali məktəblərdə görülən işlərdən danışdılar. Qeyd olundu ki, Forum yalnız humanitar universitetləri deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına müsbət təsirini göstərəcəkdir. MDB ölkələrinin humanitar sahə universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə Forumun daimi fəaliyyət göstərməsi qərara alındı və bu beynəlxalq tədbirin ardıcıl təşkili Əlaqələndirmə Şurasına həvalə olundu.

***

Forum öz işini başa çatdırdıqdan sonra onun yekunları ilə bağlı mətbuat konfransı keçirildi.

Mətbuat konfransında MDB ölkələrinin bir sıra ali məktəblərinin rektorları da iştirak edirdilər. Konfransda Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev və Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar Forum və onun müzakirə etdiyi məsələlər barədə jurnalistlərə ətraflı  məlumat verdilər. Çıxış edənlər Bakı Forumunun işini yüksək qiymətləndirdilər. Bildirdilər ki, Forum humanitar sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və onların aradan qaldırılması yollarının araşdırılması istiqamətində mühüm rol oynayacaqdır.

İştirakçılar jurnalistləri maraqlandıran bir sıra suallara, o cümlədən tələbələr və müəllimlərin mübadiləsi, diplomların qarşılıqlı tanınması və s. ilə bağlı suallara ətraflı cavablar verdilər.

Sonda Bakı Slavyan Universiteti ilə Rusiya Dövlət Humanitar Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalandı.

Bununla da Forum öz işini başa çatdırdı.

Yusif ƏLİYEV,
fotolar ABSƏMƏDİNDİR

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov