Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi

Bookmark and Share

Oktyabrın 9-da Təhsil Nazirliyində Ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirildi. Mərasim iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə peşə bayramları ərəfəsində bir qrup təhsil işçisinin orden və medallarla, "Əməkdar müəllim" fəxri adı ilə təltif olunduğunu, bu gün məhz həmin  mükafatları sahiblərinə təqdim etmək üçün yığışdıqlarını bildirdi. Təqdimetməyə başlanmazdan əvvəl nazir Azərbaycanın tanınmış müəllimi və təhsil təşkilatçısı, uzun illər təhsilimizə fədakarlıqla xidmət etmiş respublikanın əməkdar müəllimi Aliyə Təhmasibin bu günlərdə fəxri təqaüdə yola salındığını, bu münasibətlə 132-134 nömrəli təhsil kompleksində təsirli bir yolasalma mərasimi keçirildiyini xatırlatdı. Fəxri təqaüdə çıxması ilə əlaqədar Aliyə Təhmasibi təbrik edən nazir onun zəngin bioqrafiyasının bəzi məqamlarını diqqətə çatdırdı. Qeyd etdi ki, bütün həyatını Azərbaycan təhsilinin inkişafına həsr etmiş Aliyə Təhmasib Azərbaycan təhsilinin adını daim uca edən insanlardandır. Nazir işlədiyim son 13 ildə Aliyə Təhmasib haqqında yalnız müsbət fikirlər eşitmişəm.

Aliyə xanımın rəhbərlik etdiyi kollektivdə və pedaqoji ictimaiyyət arasında böyük hörmət və nüfuz sahibi olduğunu vurğulayan nazir onun hələ sovet dönəmində SSRİ və Azərbaycan SSR ali sovetlərinin deputatı seçildiyini, bir sıra dövlət təltifləri ilə mükafatlandırıldığını, 2007-ci ildə cənab Prezidentin sərəncamı ilə fəxri Prezident təqaüdünə layiq görüldüyünü bildirdi. Nazir yolasalma mərasimində yenidən qurulduqdan sonra istifadəyə verilmiş 132-134 nömrəli təhsil kompleksinin fəxri direktoru seçilmiş Aliyə Təhmasibin bundan sonra da təhsil ocağı ilə sıx əlaqə saxlayacağına umidvar olduğunu ifadə etdi. Misir Mərdanov A.Təhmasibə Təhsil Nazirliyinin təbrik məktubunu və gül dəstəsini təqdim etdi, ona uzun ömür və cansağlığı arzuladı.

Sonra təltiflərin təqdimatı başlandı. Nazir öncə Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovu təbrik edib mükafatı ona təqdim etdi. Y.Məmmədovu Azərbaycanın böyük riyaziyyatçısı kimi dəyərləndirən təhsil naziri onun ADPU-ya rektor təyin olunduqdan sonra burada gördüyü işlərdən, həmin işlərin nəticəsində qısa müddət ərzində universitetdə yaranmış müsbət dönüşdən söz açdı.

Daha sonra Ölkə Prezidentinin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüş Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, 289 nömrəli orta məktəb - "Zəngi" liseyinin direktoru Bayram Heydərova mükafatlar təqdim olundu. Nazir B.Heydərovun ümumi təhsil sistemində çalışanlar arasında bu cür yüksək mükafata layiq görülmüş 4-cü adam olduğunu, təltifləri möhtərəm Prezidentimizin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirdiklərini nəzərə çatdırdı və bütün bunlara görə təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirdi.

Nazir qeyd etdi ki, Ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 73 təhsil işçisi "Tərəqqi", 3 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunub, 70 nəfərə "Əməkdar müəllim" fəxri adı verilib.

Təltif olunanlara mükafatlar təqdim edildi. Sonra xatirə şəkli çəkdirildi.

Təltif olunanlardan bir neçəsi çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov