Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək

Bookmark and Share

Naxçıvan Dövlət Universiteti Avropa, Asiya, Şərq universitetləri ilə tərəfdaşlıqla yanaşı, bir sıra beynəlxalq layihələrdə də fəal iştirak edir. Elə bu məqsədlə Naxçıvan Dövlət Universiteti, British Council, Naxçıvan MR Təhsil Nazirliyi arasında üçtərəfli memorandum  imzalandı.

İmzalanma mərasimindən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli müasir təhsil sisteminin, modern tədris üsullarının tətbiqinin əhəmiyyətindən danışdı.  Rektor ölkəmizin dünya miqyasında layiqincə tanıdılması üçün xarici dillərin, xüsusilə də ingilis dilinin mükəmməl öyrənilməsinin rolunu qeyd etdi.

British Councilin Azərbaycandakı ofisinin direktoru Pol Klement çıxış edərək təmsil etdiyi təşkilatın fəaliyyəti, "Gələcək uğura aparan körpü" adlı  layihə barədə məlumat verdi. Qeyd olundu ki, layihənin  məqsədi  müəllim və tələbələrin ingilis dili, habelə yeni interaktiv  üsul ilə tədris  sahəsində bilik və bacarıqlarını  sınaqdan  keçirməkdən  ibarətdir.  Təlimlərdə Naxçıvan Dövlət Universitetinin  müəllimləri  ilə yanaşı,  həmçinin  ali məktəbdə ingilis dili ixtisası  üzrə  təhsil alan  IV kurs tələbələri və muxtar respublikanın müxtəlif orta məktəb müəllimləri də iştirak etmişlər. Yeni tədris ilinin başlanması ilə layihənin seçim mərhələlərinə start verilmişdir. Layihə rəhbəri Gülşən Hüseynovanın, British Councilin təlimçiləri, filologiya  elmləri üzrə fəlsəfə doktorları Nərminə Əliyeva və Məlahət Vəliyevanın   iştirakı ilə keçirilən müsahibəyə 80-ə yaxın müəllim və tələbə  qatılmışdı. İştirakçılardan yalnız yüksək bilik və ünsiyyət bacarığı nümayiş  etdirən 40 nəfər seçilmişdir ki, onlar oktyabr ayında 4 günlük treninqdə iştirak edəcəklər. Treninqlərə qatılacaq müəllimlər hazırladıqları  mini  layihələrini  təqdim  edəcəklər. Ən uğurlu  təqdimatlar British Councilin sertifikatları ilə təltif olunacaq. Yaxın gələcəkdə seçilən  iştirakçıların içərisindən iki ən yaxşı müəllim Naxçıvan  Dövlət Universitetinin və British Councilin maliyyə dəstəyi ilə Böyük  Britaniyada    təlim  kurslarına  göndəriləcək.

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov