Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb

Bookmark and Share

Hər il olduğu kimi, bu il də Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisi orden və medallarla, "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub. Təltif olunanlar, bütövlükdə təhsil ictimaiyyətimiz bunu ölkə başçısının təhsilə, təhsil işçilərinə davamlı olaraq göstərdiyi diqqət və qayğının yeni nümunəsi kimi qarşılayıb, müəllim əməyinə verilən yüksək qiymət kimi dəyərləndiriblər. Təbii ki, çoxillik zəhmətinin layiqincə qiymətləndirilməsi təltif olunanların hər birində böyük sevinc və məmnunluq hissləri, minnətdarlıq duyğuları doğurub. Bəs onlar yüksək mükafat almaları xəbərini hansı şəraitdə eşidiblər, necə qarşılayıblar?  Həmin suallarla bu il "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı almış 4 müəllimə müraciət etdik.

"Bu xəbəri mənə 276 nömrəli məktəbin direktoru dedi" 

Həqiqə Məmmədova (Bakıdakı 177 nömrəli məktəbin direktoru):

- Həyatımın 40 ilini təhsilə həsr etmişəm. 1972-ci ildən pedaqoji fəaliyyətdəyəm. 1981-ci ildən bu günədək isə təhsil sahəsində müxtəlif rəhbər vəzifələrdə işləmiş, məktəb direktoru, Xətai və Binəqədi rayonları təhsil şöbələrinin müdiri olmuşam. Həyatımda təhsillə bağlı maraqlı, yaddaqalan hadisələr çox olub. Təltiflər də görmüşəm. Belə ki, keçmiş SSRİ-nin, Azərbaycanın maarif əlaçısıyam. Krupskaya adına medalın, mənim üçün xüsusilə əziz olan Mehdi Mehdizadə adına mükafatın laureatıyam. Bunlar hamısı həyatımda iz qoyub və məni daha yaxşı işləməyə sövq edib.

Şəxsi uğurlarıma da, rəhbərlik etdiyim məktəblərin, rayon təhsil şöbələrinin uğurlarına da çox sevinmişəm. Lakin builki qədər sevindiyim, yəqin ki, olmayıb. Çünki bu il iki böyük uğur bizə nəsib olub. Biri məktəbimizin adı ilə bağlı, digəri isə şəxsi uğurum. Məktəbimizin uğuru budur ki, təhsil müəssisəmiz möhtərəm Prezidentimizin sərəncamı ilə artıq üçüncü ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib gələrək 10 min manatla mükafatlandırılıb.

Müsabiqə 2007-2008-ci dərs ilindən başlasa da etiraf edim ki, onda iştirak etməyə həvəsli deyildim. Düşünürdüm ki, mən özüm bir təhsil işçisi kimi müsabiqədə iştirak etməyə layiqəm. Çünki bu gün də müəllimlik sənətimdən böyük zövq alıram və çalışıram ki, dünya təhsil sistemində olan bütün yenilikləri təhsilimizə gətirim. Tədris etdiyim kimya fənninə də münasibətim çox gözəldir. Proqramlar müəllifiyəm.

Lakin müəllim kimi, məktəb direktoru kimi mükəmməl olsam da düşünürdüm ki, hələ məktəbimizin fəaliyyətində müəyyən çatışmazlıqlar var və onları aradan qaldırmalıyıq. Buna baxmayaraq, həmkarlarımın, kollektivimizin məsləhəti ilə ötən il müsabiqəyə qatıldıq və gördüyünüz kimi indi onun qalibləri sırasındayıq.

Ötən il şagird fəaliyyəti ilə bağlı çoxlu uğurlarımız olub. X sinif şagirdimiz Nəsrəddin Əfəndi TOEFL proqramı üzrə yüksək bal toplayaraq tələbə adını qazanıb və XI sinfi qurtardıqdan sonra Kanada universitetlərinin birində oxuyacaq. Bir məzunumuz - Adil Məmmədov ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. 7 nəfər yuxarı sinif şagirdimiz fənn olimpiadalarının ikinci şəhər mərhələsində müxtəlif fənlərdən I yerləri tutub və respublika turuna vəsiqə qazanıb. İdmançılarımızın uğurlarını isə saymaqla qurtarmaz. Hətta ibtidai siniflər də məktəbimizin uğur "daxılına" öz töhfələrini veriblər. 4-cü sinif şagirdlərindən ibarət futbol komandamız idmanın bu növü üzrə keçirilən birinciliyin qalibi olaraq medallarla və kuboklarla mükafatlandırılıblar, onlara idman forması hədiyyə verilib və s.

Məqsədim bütün uğurlarımızı saymaq deyil. Deməyim odur ki, məhz belə kollektiv, fədakar işin nəticəsi olaraq müsabiqədə qalib gəldik. Mükafat olaraq aldığımız 10 min manat pulu da məktəbimizin maddi-texniki bazasının möhkəmlənməsinə, İKT ilə təminata xərcləməyi qərara almışıq.

Məhz buna görə də mən, şəxsi planda da olsa, özümü ona layiq bilsəm də, dövlət səviyyəsində hər hansı yeni bir təltif gözləmirdim. Bu baxımdan fəxri ad almağım xəbəri mənim üçün tamamilə gözlənilməz oldu.

"Əməkdar müəllim" adını almağım xəbərini mənə hələ Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyərkən yaxşı tanıdığım 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev verdi. Ayın 5-də səhər tezdən zəng etmişdi. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik etmək üçün. Əlavə etdi ki, adınız münasibəti ilə də təbrik edirəm. Duruxdum. Elə bildim ki, məktəbimizin müsabiqədə qalib gəlməsinə işarə edir. Lakin axı o vaxtdan xeyli keçib. Dedim ki, nə ad? Dedi: "səhər qəzet almışam, təltif olunanlar arasında sənin də adın var. Çox sevindim və sizə zəng etdim".

Təltif olunmağımdan beləcə xəbər tutdum və təbii ki, çox sevindim. Bir azdan isə təbriklər başlandı.

Əməyimə, çoxillik fəaliyyətimə verilən böyük dəyərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, hər zaman dəstəyini, köməyini hiss etdiyim təhsil naziri Misir Mərdanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya minnətdarlığımı bildirir, fəxri ad alan bütün təhsil işçilərini təbrik edir, onu layiq olanların hamısına arzulayıram. Bu adın çox böyük məsuliyyəti var, olduğundan da yaxşı işləmək məsuliyyəti. 

"Zəhmətimin mükafatsız qalmayacagına əmin idim" 

Almaz Həsrət (Bakı şəhərindəki Ə.Əliyev adına 204 nömrəli orta məktəbin biologiya müəllimi):

- Mənim tez-tez işlətdiyim bir ifadə var: öyrənmək istəyən 100 imkan, vasitə və ya üsül, yol tapar, öyrənmək istəməyən 100 bəhanə. Bu sözlər mənim həyat amalıma çevrilibdir. Çalışıram ki, həmişə daim axtarışlarda olum və öyrənmək üçün, hansısa yeni metodikanı əldə etməkdən ötrü 100 üsul tapım.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və "İntel" şirkətinin təhsildə İKT-nin tətbiqi üzrə "İntel: gələcək üçün təhsil" kursunun təlimçisi, Azərbaycan İnternet Forumunun üzvüyəm.

"İntel: gələcək üçün təhsil" və Rusiyanın "Trans Telekom" şirkətlərinin birgə təşəbbüsü ilə keçirilən "300 intellektual məktəb" beynəlxalq  İnternet layihə müsabiqəsində 1-ci dərəcəli  Fəxri fərman və  diplomlara layiq görülmüşəm.

2008-2009-cu tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam.

2010-cu ildə Təhsil Nazirliyi və "Microsoft-Azərbaycan" şirkətinin birgə keçirdiyi "İnnovatıv müəllimlər" müsabiqəsində 2-ci yeri tutmuşam.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2010-cu ildə təşkil etdiyi "Elektron təhsil" respublika müsabiqəsində "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" və "Təhsildə İnternet texnologiyaları" nominasiyalarının hər birində 2-ci yerə çıxmışam.

Mən, hər halda, təhsil sahəsində gördüyüm zəhmətimin diqqətdən kənar qalmayacağına inanırdım. Bu inam məndə ümidlə qatıldığım "Ən yaxşı müəllim" müsabiqəsində daha çox yaranmışdı.

 "Əməkdar müəllim" adını almağım xəbərini İnternetdən, AzərTac-ın saytından bildim. Siyahıda adımı görcək, çox sevindim.   Hətta gözlərim doldu. Həyəcanlandım. Bu cür gözəl sürpriz, bu cür gözəl xəbər hər halda adamı lap sevindirirdi...

Təbii ki, belə yüksək ada layiq görülməyim məndə hər şeydən öncə minnətdarlıq hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə  göstərdiyi diqqət və qayğıya görə öz dərin minnətdarlığımı bildirirəm. Bu sərəncam müəllim üçün çox böyük stimuldur!   

"Evdə böyük həyəcan yaşandı" 

Yusif Qazıyev (Bakıdakı 276 nömrəli məktəbin alman dili müəllimi, pedaqoji elmlər namizədi):

- Həmin gün mən məktəbə getməyə hazırlaşırdım, dərsim 2-ci saat idi. Elə evdən çıxmaq istəyirdim ki, telefon zəng çaldı.  Dəstəyi qaldırdım. Məktəbimizin direktor müavini idi. Fikirləşdim ki, yəqin dərsimin olmasını xatırlatmaq istəyir. Lakin salam-kəlamdan sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə mənə "Əməkdar müəllim" fəxri adı verilib. Evdə böyük həyəcan yaşandı, bütün ailə üzvlərimiz məni təbrik edib, dövlətimizin müəllimlərə olan qayğısını alqışladılar.

Doğrusu, özümü bu ada layiq bilsəm də, gözləmirdim. Mən hələ birinci sinfə gedərkən uşaq təxəyyülümdə müəllim olacağımı canlandırırdım. Sonralar bunu məqsəd olaraq qarşıma qoydum və məqsədimə çatdım. Artıq 52 il 3 aydır ki, müəllim işləyirəm. Bu müddət ərzində bir saat da olsa üzrsüz dərs buraxmamışam. Həmişə məktəbin ictimai işlərində müəllim yaradıcılığı, fəaliyyəti ilə bağlı keçirilən əksər müsabiqələrdə və yarışlarda iştirak etmişəm. Moskvada İttifaq miqyasında Böyük Vətən müharibəsinin 30 illiyi şərəfinə təşkil olunmuş orta ümumtəhsil məktəbləri hərbi-vətənpərvərlik tərbiyəsinə baxış-müsabiqədə nümunəvi iştirakıma görə SSRİ Maarif Nazirliyinin Fəxri fərmanını və mükafat olaraq qızıl qol saatı (1975), SSRİ "Bilik" cəmiyyətinin mükafatını (1965)  almışam.  Yaratdığım alman dili kabineti SSRİ PEA-nın kənd məktəbləri laboratoriyasının xarici dillər şöbəsi tərəfindən linqafon kompleksi ilə mükafatlandırılmışam (1972).

Çoxlu yetirmələrim var və onlarla həmişə fəxr edirəm.

1995-96-cı tədris ilindən bu günə kimi alman dilindən dərs dediyim şagirdlərdən 37 nəfər Azərbaycan Dillər Universitetini alman dili  ixtisası üzrə bitirib, 5 nəfəri isə hazırda təhsil alır. Əməyimə, pedaqoji sahədə uzunillik xidmətlərimə verilən yüksək mükafata görə dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. 

"Məktəbimizin radio qovşağı ilə direktorumuzdan eşitdim" 

Ələddin Məmmədli (Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbin riyaziyyat müəllimi):

- 1990-cı ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Elmi fəaliyyətlə məşğul olmağı arzulayırdım. Ona görə də Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun aspiranturasına qəbul oldum. Aspiranturada təhsilimi davam etdirə-etdirə pedaqoji fəaliyyətlə də məşğul olmağa başladım. Bir müddət BDU-da işlədim. Sonra tale elə gətirdi ki, orta məktəblərdə dərs deməyə başladım. "Zəngi" liseyində çalışdım. Oranı çox sevdim. Həmin lisey indi də mənə çox doğmadır. Müasir Təhsil Kompleksinə işə düzələndə də çox sevinmişdim. O məktəb təzə açılmışdı. Düşünürdüm ki, görəsən məni bura müəllim götürərlər? Müsabiqədə ən yüksək nəticə əldə etdim və kompleksə qəbul olundum. Orada 4-5 il işləyəndən sonra yenidən "Zəngi" liseyində fəaliyyətimi davam etdirdim. Liseydə işləyəndə 2-3 müəllim dostumla bir kitabımız çıxdı. Bu da məni çox sevindirdi. Satışda kitablarımızı görəndə qürur hissi keçirirdim.

"Zəngi" liseyində 2 il bundan öncə "Ən yaxşı müəllim" müsabiqəsinə qatıldım. Müsabiqənin ilk ili olduğundan çoxları, o cümlədən mənimlə birlikdə çalışan müəllimlər ona qatılmaqdan çəkinirdilər. Amma mən iştirak etdim və qaliblər sırasında oldum. Ömrümdə ən sevincli anlarımdan birini  yaşadım.

Akademik Zərifə Əliyeva adına məktəb açılanda mənə təklif olundu ki, bu məktəbə gəlim. Bura gəlməyimdə əməyi olan hər bir insana təşəkkürümü bildirirəm. Xüsusən də cənab nazirə. Çünki Misir müəllim bizə universitetdə dərs deyib, tanışlığımız vardı. O, mənə təklif etdi ki, düşünürəm, sən bu məktəbə fayda verə bilərsən. Mən bura gəldim.

"Tərəqqi" medalına təqdim olunduğumu bilmirdim. Ümumiyyətlə, gözləmirdim ki, nə isə ola bilər. Dərsdə idim. Məktəbimizdə daxili radio qovşağı var. Bir də gördüm ki, direktor danışır. O dedi ki, indi aldığımız məlumata görə, Azərbaycan Prezidentinin sərəncamı ilə məktəbimizin müəllimi "Tərəqqi" medalına layiq görülüb. Mən də, uşaqlar da çox sevindik. Həm də mənim üçün  çox gözlənilməz oldu. Dərs qurtaran kimi mən direktorun otağına qalxdım. Dedim ki, bəs Məhəbbət xanım, dünən bir yerdə olmuşuq, səhər görüşmüşük. Nə əcəb mənə deməmisiniz? Dedi ki, sərəncam dünən çıxıb və mənim özümün də məlumatım yox idi.

Çox sevindim. Dostlarım, tanışlarım zəng edib təbrik etdilər. Bu diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımı bildirir, əməyi keçən hər bir insana təşəkkür edirəm.

Mən məktəbə, təhsilə qırılmaz tellərlə bağlıyam, sənətimi sevirəm. Təbaşir əlimdə yazı lövhəsinin qarşısında dərsə başlayanda  hər şeyi unuduram. Əgər ən yorğun vaxtlarımda, mənə bir misal və ya məsələ təqdim etsələr, desələr ki, auditoriyalarda dərs demək lazımdır, həmin an bütün yorğunluğumu unuduram.

Uşaqları çox sevirəm, onlara millətimizin gələcəyi kimi baxıram. Hesab edirəm ki, bu vacib faktordur. Yəni müəllimə əlavə impuls, enerji verir. Çəkilmiş zəhmətin müqabilində belə qiymətlərin verilməsi çox yaxşı haldır.   

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov