Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir

Bookmark and Share

Müsahibimiz Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmləri doktoru Təranə Hacıyevadır

- Təranə xanım, ölkəmizdə aparılan təhsil islahatları öz uğurlu nəticələrini verməkdədir. Təhsil sahəsində gedən əsaslı dəyişikliklər, tətbiq edilən yeniliklər nəticə etibarı ilə təhsilimizin səviyyəsinin yüksəlməsinə, keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Sizin rəhbərlik etdiyiniz şöbə də son illər təhsilimizdə həyata keçirilən yeni qiymətləndirmə sisteminin nəzəri və tətbiqi məsələləri ilə məşğul olur. Bu haqda oxucularımıza daha ətraflı məlumat verməyinizi xahiş edirik.

- Monitorinq və qiymətləndirmə şöbəsi Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyinin 25 fevral 2004-cü il tarixli, 157 nömrəli əmri ilə yaradılmışdır. Bir müddət şagird nailiyyətlərinin qiymətləndirilməsi adı altında fəaliyyət göstərən şöbəmiz təhsil nazirinin 8 oktyabr 2008-ci il tarixli, 1132 nömrəli əmri ilə Monitorinq və qiymətləndirmə şöbəsi adlandırıldı. Özündə bir çox məsələləri ehtiva edən monitorinq çox geniş bir prosesdir və qiymətləndirmə, yəni məlumat toplamanın özü də monitorinqə xidmət edir. Bizim şöbə də məhz bu ad altında öz fəaliyyətini daha geniş şəkildə qurmağa çalışır. Əsas məqsəd yeni qiymətləndirmə sisteminin tətbiqini həyata keçirməkdir.

Bilirsiniz, müasir təhsil sistemində yeni qiymətləndirmə önəmli yer tutur. Yeni qiymətləndirmə sistemində şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır, ən xırda təfərrüatına qədər dəqiqliklə hazırlanmış qiymətləndirmə sözün əsil mənasında təhsilin səviyyəsinin yüksəlməsinə xidmət edir.

Dünyada qəbul edilmiş və artıq tətbiq olunan qiymətləndirmə sistemi 3 komponenti - məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edir.

Qarşımızda çox mühüm vəzifələr durur. Mən bunlardan bir neçəsini qeyd etmək istərdim: Yeni qiymətləndirmə sistemini həyata keçirmək üçün bəzi normativ-hüquqi  sənədlərin hazırlanması və mövcud olanların isə təkmilləşdirilməsi; ölkədə şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsini təmin etmək; monitorinqin icra mexanizmini hazırlamaq və tətbiq etmək; qiymətləndirmə tədqiqatlarını həyata keçirmək,  təhsilin keyfiyyəti üçün əsas olan şagirdin təlim nəticələri haqqında məlumatların toplanması, təhlil edilməsi və bunların əsasında fənn kurikulumlarında və dərsliklərdə dəyişikliklər etmək üçün səmərəli təkliflərin hazırlanması; qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi.

Fəaliyyət planımızda  kurikulum tətbiq olunan siniflərdə qiymətləndirmə standartlarının və meyarlarının hazırlanması, məktəbdaxili qiymətləndirmənin aparılması qaydalarının hazırlanması, milli və beynəlxalq qiymətləndirmələrin tədqiqatlarını keçirmək, qiymətləndirmənin nəticələrinin təhlili və digər  məsələlərin həyata keçirilməsi öz əksini tapıb.  Sadaladığım məsələlərin əsas hissəsi ilə bağlı artıq müəyyən işlər icra edilib və onların daha da təkmilləşdirilməsi istiqamətində işlər görülməkdədir.

- Milli və beynəlxalq qiymətləndirmə sahəsində nə kimi tədbirlər həyata keçirilib?

-  Gördüyümüz ilk işlərdən biri də məhz beynəlxalq qiymətləndirmə ilə bağlı olub. Belə ki, 2006-cı ildə Azərbaycan PISA beynəlxalq proqramında iştirak etmiş və onun nəticələri 2008-ci ildə elan olunmuşdur. 2009-cu ildə növbəti dəfə həmin proqramda iştirak edən azərbaycanlı şagirdlərimizin nəticələrini isə hələ gözləyirik. Şagirdlərin nəticələri yaxın aylarda açıqlanmalıdır.

Adıçəkilən proqram müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarının, eyni zamanda onların müxtəlif tipli problemləri necə həlletmə qabiliyyətlərinin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə aparılır. Proqramda müvafiq üsulla seçim aparılmış təhsil müəssisələrindən 15 yaşlı şagirdlər iştirak etmişlər.

Yeri gəlmişkən, mən bu proqramın 2006-cı il nəticələrinə toxunmaq və bununla bağlı müəyyən  məsələlərə bir qədər aydınlıq gətirmək istəyirəm. Bildiyiniz kimi, həmin ilin nəticələrinə əsasən şagirdlərimiz riyaziyyatdan nəzəri biliklərə görə 4-cü,  tətbiqi biliklərə görə 34-cü yeri tutmuşdular. Oxu və təbiət elmlərindən isə respublikamız 54-cü yerdə olmuşdur. Təbii ki, şagirdlərimizin oxu və təbiət elmlərindən aşağı yer tutmalarının müəyyən səbəbləri var. Sual yarana bilər ki, nə üçün məntiqə əsaslanmış riyaziyyat kimi fənni yaxşı bilən eyni bir şagird oxu (qavrama) və təbiət elmləri üzrə aşağı nəticələr göstərir. Bunun səbəbini şagirdlərin bacarığında və ölkənin təhsil səviyyəsində axtarmaq düz deyil. PISA-nın ölkələrə təqdim etdiyi qiymətləndirmə vasitələrinə, yəni mətnlərə diqqət yetirsək, məsələyə aydınlıq gələr. Oxu və təbiət elmləri üzrə təqdim edilmiş test kitabçalarında Qərb ədəbiyyatından verilmiş böyük həcmli, bir çox hallarda Avropa mənşəli xüsusi isimlərlə yüklənmiş 15-ə qədər mətni  qiymətləndirməyə ayrılan vaxt ərzində diqqətlə oxumaq və ona verilən suallara cavab vermək tələb edilir. Zəngin informasiyaya malik olan və xüsusi diqqət tələb edən bu mətnlər 15 yaşlı şagirdlərə o qədər də cəlbedici və asan gəlmədiyinə görə onlar təsadüfi cavablandırmalara yer verirlər.

Qeyd edim ki, eyni bir hal beynəlxalq qiymətləndirmədə iştirak edən bəzi ölkələrdə də özünü göstərir. (Bu barədə bax: Vinsent Grini, Tomas Kellagan. "Təhsildə milli nailiyyət səviyyələrinin qiymətləndirilməsi". I cild). Elə bu səbəbdən də beynəlxalq qiymətləndirmədə iştirak edən ölkələrin bir qismi vaxta və vəsaitə qənaət etmək üçün beynəlxalq qiymətləndirmə ilə milli qiymətləndirməni əlaqələndirə bilmirlər. Əyanilik üçün Təhsil Nazirliyinin rəsmi saytında (www.edu.gov.az) yerləşdirilmiş nümunələrə baxa bilərsiniz.

Onu da əlavə edim ki, PISA-da Avropanın inkişaf etmiş ölkələri daha çox iştirak edir və onların bu barədə artıq kifayət qədər təcrübələri var, belə qiymətləndirmə vasitələri həmin şagirdlərə tanışdır.

Oxu və qavramadan şagirdlərimizin zəif nəticələr göstərməsi əslində beynəlxalq qiymətləndirmədəki qiymətləndirmə vasitələrinin bizim üçün populyar və işlək olmamasıdır. Riyaziyyat isə dəqiq elm olduğu üçün bu fəndən verilən tapşırıqların həll edilməsi  şagirdlərimizə daha rahatdır. Burada  xüsusi mətnlər yoxdur, uşaqların məntiqi təfəkkürünü, tətbiqi bacarığını yoxlamaq üçün verilən çalışmalardır. "PISA 2006"-nın nəticələrinə görə, riyaziyyatı yaxşı bilənlərimizin sayı çox olmasa da, bu fənni bilənlərimiz onu yüksək səviyyədə bilirlər. Dünyanın inkişaf etmiş ölkələri ilə bir arada olmaq, həmin fənn üzrə şagirdlərimizin nəzəri biliklərə görə IV yer tutması ürəkaçandır. Oxu və təbiət elmləri üzrə də nəticəni yüksəltmək üçün işlər görülməkdədir.

PISA proqramının iki layihəsində iştirakımızla hələlik kifayətlənməyi düşünürük. Bilirsiniz, beynəlxalq qiymətləndirmədə iştirak edən ölkələrin məqsədi ümumi dünya təhsil səviyyəsi fonunda öz yerini və çəkisini bilmək, tələb olunan standartlara  nə dərəcədə cavab verməsini yoxlamaqdır. Adətən beynəlxalq qiymətləndirmə  fasilələrlə 4-5 ildən bir aparılır. Artıq bizim ölkəmizin bununla bağlı müəyyən təcrübəsi və həmin istiqamətdə gələcək perspektivlərimizi müəyyənləşdirmək üçün kifayət qədər  materialları var. Yəni mövcud bazanın təhlili əsasında təhsilimizdə nə kimi işlərin görülməsini proqnozlaşdırmağa imkan yaranıb. Onu da qeyd edim ki, 2009-cu ildən başlayaraq Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində kurikulum üzrə beynəlxalq qiymətləndirmənin həyata keçirilməsini təmin etmək üçün TIMSS və PRLS beynəlxalq qiymətləndirmə proqramına qoşulub. TIMSS və PRLS beynəlxalq qiymətləndirilməsi ibtidai siniflərdə aparılır. Sınaq mərhələsi bir sıra orta məktəblərdə həyata keçirilmişdir və bu iş davamlı şəkildə aparılacaq.

Bir yeniliyi də diqqətə çatdırım ki, artıq beynəlxalq qiymətləndirmə vasitələrinin bizim şagirdlər üçün alışqan, başa düşülən olması məqsədi ilə həmin adda bir kitab hazırlayırıq. Beynəlxalq təcrübədə belə kitablar var və həmin vəsaitin analoji olaraq Azərbaycan üçün hazırlanması olduqca vacibdir. Bu kitabda istifadə olunan nümunələrdə beynəlxalq qiymətləndirmə vasitələrinin təsvirini verməyə çalışmışıq. Hazırda kitab üzərində redaktə işləri gedir. Yəqin ki, 1-2 ay müddətinə qiymətləndirmədə iştirak edəcək məktəblərə həmin beynəlxalq qiymətləndirmə vasitələrinin nümunələrini təqdim edəcəyik.

Şagird nailiyyətlərinin yoxlanması üçün milli qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi təhsil siyasətində mühüm yer tutur. Milli qiymətləndirmə təhsili öyrənmək üçün aparılan tədqiqatdır və onun məramı ayrı-ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə qiymət verməkdir.  Milli qiymətləndirmədə əsas məqsəd ölkənin təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən asılı olaraq təhsildə planlaşdırma və proqnozlaşdırmanı müəyyənləşdirməkdir. 2009-cu ildə milli qiymətləndirmənin ilkin mərhələsini apardıq. 2011 və 2012-ci illərdə isə əsas mərhələni keçirmək istəyirik.

- Milli və beynəlxalq qiymətləndirmənin hər ikisinin ölkəmizdə keçirilməsinə ehtiyac varmı? Bunların fərqli cəhətləri hansılardır?

- Hazırkı dövrdə bizdə hər ikisinə ehtiyac var. Düzdür, dünya  təcrübəsində elə ölkələr var ki, beynəlxalq qiymətləndirmənin materiallarını (məlumat bazasını) milli qiymətləndirmədə də tətbiq edir. Yəni onlar vaxt və vəsait ayıraraq milli qiymətləndirmə keçirmirlər.

Beynəlxalq qiymətləndirmə əgər dünya təhsil səviyyəsində ölkənin yerini bilmək üçün keçirilirsə və öz ölkəsinin təhsil səviyyəsini dünya təhsilinə uyğun şəkildə qurmaq üçün aparılırsa, milli qiymətləndirmə bütövlükdə ölkənin təhsilini, kurikulumu, fənn proqramlarını, dərslikləri, digər faktorları öyrənir və gələcək perspektivlər müəyyənləşdirilir. Məsələn, PISA beynəlxalq qiymətləndirmə vasitələrini, yaxud nəticələrini biz milli qiymətləndirməyə tam şəkildə şamil edə bilmərik. Artıq qeyd etdiyimiz kimi, beynəlxalq qiymətləndirmə vasitələri milli qiymətləndirmədə tətbiq edilən suallardan forma və müəyyən qədər də  məzmun baxımından fərqlidir. Ona görə də hələ ki,  ölkəmizdə iki cür qiymətləndirilmənin aparılması labüddür. Çünki hər birinin vasitəsi də, məqsədi də, məzmunu da fərqlidir.

-  Bu il ümumtəhsil məktəblərinin XI sinifləri ilə yanaşı ilk dəfə olaraq IX siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilib. İmtahanların nəticələri sizi qane edirmi?

-  Orta ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında iştirak edənlərin 84,26 faizi müvəffəq qiymət alıb. Əvvəlki illərlə müqayisədə müvəffəq qiymət alanların sayı çoxalıb. IX siniflərdə də ildən-ilə müvəffəq qiymət alanların sayının artacağına ümid edirəm. O da sevindirici haldır ki, artıq ölkə ictimaiyyəti bu məsələyə ciddi münasibət göstərir. İmtahanların mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin təhsilə münasibətində məsuliyyətinin artırılmasına, həmçinin obyektivliyin və şəffaflığın qorunmasına xidmət edir. Əlbəttə ki, bu sahədə də təkmilləşməyə ehtiyac var və bu məqsədlə gələcəkdə müəyyən dəyişikliklərin ediləcəyi istisna edilmir. Məsələn, şagirdlərin İKT-dən istifadə bacarıqlarını yoxlamaq məqsədilə buraxılış imtahanı dövründə IX siniflərdə monitorinqin də aparılması nəzərdə tutulur. Onu da bildirim ki, şöbəmiz Dünya Bankının tövsiyəsi və dəstəyi ilə   beynəlxalq ekspertlərlə əməkdaşlıq edir və əlaqəli şəkildə işləyirik.

Ümumiyyətlə, həm beynəlxalq, həm də milli ekspertin ayrı-ayrı məsələlərlə bağlı fikirlərini biz çox səmimiyyətlə qəbul edir,  işimizin təkmilləşdirilməsinə yönəlmiş təklifləri məmnuniyyətlə fəaliyyət planımıza daxil edirik.

- Təranə xanım, bütövlükdə qiymətləndirmə ilə bağlı hansı  işlər görülüb və nə kimi yeniliklər gözlənilir?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası"na uyğun olaraq şöbənin nəzdində fəaliyyət göstərən  işçi qrupu tərəfindən  ötən il ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları hazırlandı. Həmin qaydalar  "Azərbaycan müəllimi" qəzetində çap olunaraq təhsil ictimaiyyətinə təqdim edildi.

Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 fevral 2009-cu il tarixli, 3434 nömrəli şəhadətnaməsi ilə dövlət qeydiyyatından keçmiş "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar", verilən təkliflər, tövsiyələr əsasında yenidən işlənilib və yaxın günlərdə təsdiqə təqdim olunacaqdır. Şöbə tərəfindən qiymətləndirmə standartları hazırlanıb ki, burada da ona verilən tələblər, meyarlar göstərilir. Eyni zamanda I, II siniflər üçün  ciddi müzakirələrdən sonra Təhsil Nazirliyinin qrifi verilmiş qiymətləndirmə vasitələrindən ibarət vəsaitlər çap edib məktəblilərin istifadəsinə vermişik.  Bu il eyni məzmunlu qiymətləndirmə topluları III siniflər üçün də hazırlanıb.

Yeri gəlmişkən qeyd edim ki, bəzən məktəblərimizdə Təhsil Nazirliyinin, o cümlədən Monitorinq və qiymətləndirmə şöbəsinin müzakirə etmədiyi, ümumiyyətlə xəbəri belə olmadığı   "Qiymətləndirmə" test kitabçalarından istifadə edilir ki, bu da təhsil nazirinin 19.01.2010-cu il tarixli, 46-22-296/16  nömrəli sənədinə ziddir. Qiymətləndirmə həssas və təhsil sistemində çox vacib olan bir həlqədir, bu məqsədlə məktəblərdə, müvafiq elmi şuralarda müzakirə edilməyən, mütəxəssis rəyinə əsaslanmayan vəsaitlərdən istifadə edilməsi yolverilməzdir. Bunun üçün məktəb rəhbərləri, şəhər təhsil idarələri və rayon təhsil şöbələri məsuliyyət daşıyırlar.

Görüləsi işlərimiz çoxdur. Biz müəllim hazırlığı ilə məşğul olan ali məktəblərimizdə gələcəkdə qiymətləndirmə fənninin tədrisi, bununla bağlı dərsliyin hazırlanması istiqamətində müəyyən işlər aparırıq. Təbii ki, görülən işlərlə kifayətlənmək olmaz.

Qiymətləndirmə təhsil sistemində öndə gedən məsələlərdən biridir. Qiymətləndirmə olmadan biz təhsilin keyfiyyəti barədə fikir yürüdə bilmərik. Onun məqsədi məlumat toplamaqdır. Həmin məlumatlar əsasında da müəyyən nəticələrə gəlinir. Düşünürəm ki, qiymətləndirmə ilə bağlı ictimaiyyətə nə qədər çox informasiya verilsə, təhsil işçilərimiz məlumatlandırılsa, bu, ancaq gördüyümüz işlərin müsbət nəticələr verməsinə imkan yaradar.

İstərdim ki, "Azərbaycan müəllimi" qəzetində "Monitorinq və qiymətləndirmə" rubrikası açılsın və burada mütəxəssislərin yazıları dərc olunsun. Təbii ki, ilk növbədə, bizim Monitorinq və qiymətləndirmə şöbəsi bu məsələləri geniş şəkildə təhsil ictimaiyyətinə çatdırılmasında maraqlıdır. Mütəmadi olaraq qiymətləndirmə ilə bağlı fikirlərimizi bölüşmək, gördüyümüz və görəcəyimiz işlər barədə təhsil işçilərini məlumatlandırmaq istəyirik.

Qiymətləndirmə dinamik bir sahədir, burada daim təkmilləşmə getməli və inkişaf olmalıdır.

Müsahibəni apardı:
Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov