Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - 40

 

Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş

Bookmark and Share

2010-cu il Bakıdakı 115 nömrəli tam orta təhsil məktəbi üçün düşərli olub. Belə ki, bu təhsil ocağı 2009-2010-cu tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib  gələrək ölkə Prezidentinin sərəncamı ilə  10 min manat mükafat alıb. Məktəb tarixində ilk dəfə olaraq 3 məzun ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün Prezident təqaüdünə layiq görülüb. Məktəbin bir yetirməsi isə ən yüksək - 700 bal toplayıb. Tədris ocağının bir müəllimi ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Oktyabrın 9-da 115 nömrəli məktəbdə keçirilən ədəbi-musiqili tədbirdə bu barədə ətraflı danışıldı. Əvvəlki illərin bəzi məzunlarının və valideynlərin də iştirak etdikləri tədbiri giriş sözü ilə onun təşkilatçısı, məktəbin praktik psixoloqu Şövkət Dadaşova açaraq peşə bayramları münasibəti ilə müəllimləri təbrik etdi, təhsil müəssisələrinin ötən tədris ilində qazandığı uğurlardan söz açdı. Sonra müğənni Yaqut Qarabağlı məlahətli ifası ilə tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Məktəbin direktoru Tanrıverdi Orucov çıxış edərək qazanılan uğurlarda müəllimlərin, təhsilin keyfiyyətini yüksəltmək istiqamətində son illər məktəblərində aparılan işlərin böyük rolu olduğunu bildirdi.

Məktəbin Prezident təqaüdünə layiq görülmüş məzunları - qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Aygül Tanrıverdiyeva, 690 balla Qafqaz Universitetinə qəbul olunmuş Aydın Ramazanov, yüksək balla AMİ-yə qəbul olunmuş Aytac Mahmudova, 2007-ci ilin məzunu, BDU-nun hüquq fakültəsində təhsil alan Kənan Hüseynov, 2005-ci ilin məzunu, BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, hazırda Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsində təhsil alan Gülnar Həsənova, məktəbin 2001-ci il məzunu və Binəqədi rayonu üzrə ilk  Prezident təqaüdçüsü, BDU-nun psixologiya və sosial elmlər fakültəsini psixologiya ixtisası üzrə bitirmiş və hazırda "XXI əsr təhsil kompleksi"ndə işləyən  Humay Axundzadə çıxış edərək ürək sözlərini söylədilər. Tələbələrə gül dəstələri və hədiyyələr, onların valideynlərinə isə təşəkkürnamələr təqdim olundu.

Bu günlərdə möhtərəm Prezidentimizin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş riyaziyyat müəllimi Zahid Nəsibov çıxışında ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən qayğıdan danışdı.

Tədbirdə fəxri qonaqlar, məktəbin sabiq müəllimləri Məhəmmədin 85, Xanımın 75, Əminənin 78, Solmazın 75, Məhinin 76, Rimanın 65, ibtidai sinif müəllimləri Qəmzə, Elmira, Kifayət, Məhbubə, Məhsəti və Badisəbanın 60 illikləri qeyd olundu, bu münasibətlə onlara təbriklər ünvanlandı, gül dəstələri, hədiyyələr verildi. Yubilyarlar çıxış edərək məktəbin kollektivinə və rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Sonra məktəbin müxtəlif siniflərində oxuyan istedadlı şagirdlər öz müəllimlərini və məzunları şeir və mahnılarla təbrik etdilər.

Lalə YUSİFQIZI

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - 40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov