Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

İmişli təhsili bu gün

Bookmark and Share

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil sahəsində İslahat Proqramı bu gün onun layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmiş və ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır.

Son illər təhsilin zəruri, hüquqi bazasının yaradılması, məzmun və strukturunda müasir tələblərə uyğun dəyişikliklərin aparılması isdiqamətində səmərəli işlər görülmüşdür. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq, "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədi hazırlanmış və 3 iyun 2010-cu il tarixdə hökumət tərəfindən təsdiq olunmuşdur.

Ümumi təhsilin idarə olunması, infrastrukturu, maddi-texniki və tədris bazası, təhsil verənlərin keyfiyyət göstəriciləri və s. kimi zəruri məsələlər sənəddə öz əksini tapmışdır.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda rayonda 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 17 minə qədər şagirdin təlim-tərbiyəsi ilə 1611 müəllim məşğul olur. Müəllimlərin 1221 nəfəri ali, 353 nəfəri orta ixtisas, 4 nəfəri natamam ali, 33 nəfəri isə ümumi orta təhsillidir. Rayon üzrə müəllimlərin 924 nəfərini (57,3 %) qadınlar təşkil edir.

Ötən dərs ilində pedaqoji kadrların təminatı üzrə məlum "İnkişaf proqramı"nın yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır. 2009-2010-cu dərs ilində rayona təyinatla 48 müəllim gəlmişdir. İnkişaf proqramının 1-ci və 2-ci istiqamətləri üzrə 63 müəllim rayonun kənd orta məktəblərində vakant olan yerlərə təyin olunmuşdur. Rayona gələn müəllimlərin hamısı dövlət qayğısı ilə əhatə olunmuş, onlara lazımi şərait yaradılmışdır. Ancaq bununla belə ötən dərs ilində rayonda əsas ixtisaslar üzrə 74 nəfər müəllimə ciddi ehtiyac olmuşdur. Yeni dərs ili ərəfəsində rayona təyinatla 14 nəfər müəllim gəlmiş, onlar kənd məktəblərindəki vakant yerlərə göndərilmişlər.

Rayonda 14 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlarda 32 qrupda 628 uşağın təlim-tərbiyəsi ilə 76 nəfər tərbiyəçi məşğul olur. Rayon üzrə məktəbəqədər yaşlı uşaqların cəmi 15 faizə qədəri məktəbəqədər təhsilə cəlb olunmuşdur. Eyni zamanda rayonda 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumilikdə 258 qrupu olan bu müəssisələrdə 110 nəfər dərnək rəhbəri məktəblilərin asudə vaxtının səmərəli təşkili ilə məşğuldur.

Ötən tədris ilində məktəbəqədər və məktəbdənkənar müəssisələrdə daxili əmək intizamı, iş rejimi, sanitar-gigiyenik vəziyyət, müvafiq normativ sənədlərin tələblərinin yerinə yetirilməsi vəziyyəti öyrənilmiş, aşkara çıxarılan nöqsanlara görə müvafiq intizam tənbehi görülmüş, lazımi metodiki, təlimati köməkliklər göstərilmişdir.

2009-2010-cu tədris ilində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, inventar və tədris avadanlıqları ilə təmin olunması sahəsində xeyli iş görülmüşdür. Belə ki, dövlət büdcə vəsaiti hesabına Sarıxanlı kənd 2 nömrəli orta məktəb üçün 220 yerlik müasir tipli yeni bina tikilərək ötən dərs ilinin ilk günündə istifadəyə verilmişdir, habelə, yerli büdcə vəsaiti hesabına Muradallı kənd orta və Allahmədətli kənd ümumi orta təhsil məktəbləri əsaslı şəkildə, Hacırüstəmli kənd tam orta təhsil məktəbi isə cari təmir olunmuşdur.

2010-2011-ci tədris ilində Nurulu  kənd  tam orta təhsil məktəbi  üçün  dövlət vəsaiti hesabına  180 yerlik müasir tipli yeni  bina tikilmiş, tədris ili ərəfəsində onun açılışı olmuşdur.  Fövqəladə Hallar Nazirliyinin hesabına Rəsullu kənd tam orta təhsil məktəbinin binası əsaslı təmir olunmuşdur. Kür çayının daşması ilə əlaqədar məlum hadisələrdən sonra Fövqəladə Hallar Nazirliyinin xətti ilə Telişli kəndi yaxınlığında salınan yeni qəsəbədə 132 yerlik və Əlyetməzli kənd tam orta təhsil məktəbi üçün 120 yerlik yeni binalar tikilir.

Eyni zamanda yerli büdcə vəsaiti hesabına şəhər 6 nömrəli və  şəhər 7 nömrəli tam orta təhsil məktəblərinin binaları əsaslı təmir olunmuşdur.

2010-2011-ci tədris ili ərəfəsində Təhsil Nazirliyindən Azərbaycan və rus bölmələri üçün 126 adda 59748 ədəd pulsuz dərslik və müəllimlər üçün vəsait alınaraq rayonun ümumtəhsil məktəblərinə verilmişdir. Habelə, rayonun məktəbəqədər təhsil müəssisələri üçün 15 adda tədris vəsaitləri toplusu alınaraq onlara çatdırılmışdır.

2009-2010-cu tədris ilində rayonun təhsil müəssisələrinin tədris avadanlıqları ilə təminatı daha da yaxşılaşdırılmışdır. Belə ki, 393 ədəd parta, 204 ədəd stol, 399 ədəd stul, 80 ədəd kitab şkafı, 137 ədəd paltar asılqanı, 37 ədəd yazı lövhəsi və kompüterlər üçün 34 ədəd sürətçıxaran-printer alınaraq məktəblərə verilmişdir.

Hazırda rayonun məktəblərində 493 kompüter var. Məqsəd cari tədris ilində onlardan daha səmərəli istifadəyə nail olmaqdır.

Ötən tədris ilinin uğurlarından  biri də 2009-cu ildə Beynəlxalq  Müəllimlər  Günü ərəfəsində  rayonumuzun  bir qrup  təhsil  işçisinin  əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsidir. Ölkə Prezidentinin sərəncamı  ilə  Qızılkənd kənd  tam orta  təhsil məktəbinin  direktoru, mərhum Qurbanəli  Məmmədov "Əməkdar müəllim" fəxri  adına, RTŞ-ın  aparıcı  məsləhətçisi  Səttar  Atakişiyev  "Tərəqqi" medalına, təhsil  nazirinin əmri ilə  RTŞ-ın müdir  müavini Vahid Tağıyev  və  səhər 5 nömrəli məktəb - liseyin  direktoru  Validə  Zülfüqarova "Qabaqcıl  təhsil işçisi" döş nişanına layiq  görülmüşlər.

Ötən tədris ili ərzində  rayon təhsil şöbəsi tərəfindən  təhsilin səviyyəsini daha da yüksəltmək, pedaqoji kollektivlərə kömək etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin vəziyyətini öyrənmək və müvafiq tövsiyələr vermək üçün monitorinq, treninq və reydlər təşkil edilmiş, müşahidə olunan nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.

Tədris ili ərzində əmək intizamı, şagirdlərin məktəbə davamiyyəti diqqət mərkəzində saxlanılmışdır. Əvvəlki illərdə olduğu kimi, tədris ilinin əvvəlindən başlayaraq rayonda məktəb rəhbərləri tərəfindən  müəllimlərin dərslərinin necə dinlənilib təhlil edildiyi, hansı tövsiyələr verildiyi nəzarətdə saxlanılmış, bu barədə hər bir direktora fərdi məsləhətlər  verilmişdir. Habelə, məktəblərdə müəllimlərin müxtəlif fənlər üzrə "açıq dərs"lərinin dinlənilməsi təşkil olunaraq onlara  müvafiq təklif və məsləhətlər verilmişdir. Dərslərdə fəal, interaktiv təlim metodlarından səmərəli istifadə edilməsinə, müəllimlərin dərsə yaradıcı yanaşmasına xüsusi  əhəmiyyət veririk.

Məlum olduğu kimi,  kurikulum 2010-2011-ci dərs ilindən ümumtəhsil məktəblərində I, II siniflərlə yanaşı, III siniflərdə də tətbiq olunur. Bununla əlaqədar cari dərs ilində  fənn kurikulumları ilə tədrisə başlayan I siniflərdə dərs demək üçün səriştəli və peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər seçilmiş, onlar müvafiq kurslar və treninqlərə cəlb olunmuşdur.

Ötən tədris ilində məktəb-valideyn əlaqələrinin gücləndirilməsinə çalışmışıq. 2009-cu ilin noyabr ayında "Təlim-tərbiyə prosesində məktəbin valideyn və ictimaiyyətlə birgə fəaliyyəti, neqativ hallara qarşı mübarizə yolları" mövzusunda İmişli Rayon İcra Hakimiyyəti ilə birgə geniş konfrans keçirilmişdir. Rayon hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə sədrləri, icra nümayəndələri, məktəb rəhbərləri, müəllim və valideynlərin iştirak etdiyi konfransda məruzələr, çıxışlar dinlənilmiş, geniş təhlillər aparılmış, vəzifələr müəyyənləşdirilmişdir.

Ötən dərs ilində pedaqoji kollektivlərin iş keyfiyyətini və məsuliyyətini artırmaq məqsədilə ardıcıl, planlı tədbirlər həyata keçirilmişdir.

Təhsil şöbəsi tərəfindən rayonun bütün məktəblərini əhatə etməklə IX, X, XI sinif  şagirdləri arasında  imla  mətnlərinin yazılması təşkil olunmuş, 2010-cu ilin yanvarında şagirdlərin biliyini qiymətləndirmək  üçün V - VIII və X  siniflərdə  ayrı-ayrı  fənlər  üzrə  test  yoxlamaları  aparılmışdır.

Buraxılış imtahanlarına hazırlıq  məqsədilə məktəb  rəhbərləri  tərəfindən IX və XI  siniflərdə bir neçə dəfə məktəbdaxili yoxlama sınaq testlərinin  keçirilməsi təşkil olunmuşdur.

Təhsil şöbəsinin apardığı monitorinq və Təhsil Nazirliyi tərəfindən keçirilmiş yoxlama imtahanlarının nəticələri rayon təhsil şöbəsinin şura iclasında geniş təhlil və müzakirə edilmişdir.

Ötən dərs ilində rayonda məktəblilər arasında müxtəlif nominasiyalar üzrə bilik yarışlarının, müsabiqələrinin keçirilməsinə xüsusi əhəmiyyət verilmişdir. Bu il məktəblilərin fənn olimpiadalarının  respublika  mərhələsində 2 şagird kimya və biologiya fənlərindən IV yerə layiq görülmüşdür. 

Rayonda ümummilli lider Heydər Əliyevin anadan  olmasının  87-ci ildönümü münasibətilə  məktəblilər arasında keçirilən inşa, rəsm və şahmat müsabiqələrində Yalavac kənd tam orta təhsil məktəbinin IX sinif şagirdi Türkan Bahadurlu fərqlənərək respublika turuna vəsiqə qazanmış və həmin turda 3-cü yeri tutmuş, adı fəxri kitaba qeyd olunaraq, pul mükafatı, kompüter dəsti və Heydər Əliyev Fondu hesabına Fransa, Almaniya, Belçika, Hollandiyaya 10 günlük səyahətlə rəğbətləndirilmişdir.

Habelə, respublika üzrə kiçikyaşlı məktəblilərin əl işlərinə baxış-müsabiqədə rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Firuzə Miriyeva fərqlənmə diplomuna layiq görülmüşdür.

2010-cu ilin fevral ayında Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turnirində rayon şahmat məktəbinin yetirməsi Elnur Mehdiyev I yeri tutmuşdur.

Qızılkənd kənd orta məktəbinin komandası "Sərhəd" hərbi-idman oyunlarının rayon və zona mərhələsində qalib olmuş və Bakı şəhərində keçirilən respublika mərhələsində I yeri tutmuşdur. 5 nəfər X sinif şagirdindən təşkil olunmuş Qızılkənd kənd orta məktəbinin komandası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin I dərəcəli diplom və Fəxri fərmanlarına layiq görülmüşdür. Komandanın rəhbəri, Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Mehdi Mehdiyev "Yarışın ən yaxşı müəllimi" elan edilmiş və qol saatı ilə mükafatlandırılmışdır. 

2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin sərhəd rayonları məktəbləri arasında keçirdiyi "Sərhədlərin qorunmasında məktəblilərin rolu" mövzusunda inşa müsabiqəsinin respublika mərhələsində Qaragüvəndli kənd orta məktəbinin X sinif şagirdi Mirqabil  Mirqurbanlı II yeri tutmuşdur.

2009-2010-cu tədris ilində rayon üzrə "Ən yaxşı müəllim" müsabiqəsi keçirilmişdir. Təhsil şöbəsində təşkilat komitəsi və ekspert qrupu tərəfindən namizədlərin neytral məktəblərdə dərsləri dinlənilmiş, pedaqoji fəaliyyətləri təhlil edilərək qaliblər müəyyənləşdirilmişdir.

Şəhər 5 nömrəli məktəb-liseyin XI sinif şagirdi Xədicə Rüstəmova və Yalavac kənd tam orta təhsil məktəbinin IX sinif şagirdi Türkan Bahadurlu "İlin ən yaxşı şagirdi" nominasiyalarının qalibi olmuşlar.

Məlum olduğu kimi 11-12 iyun 2010-cu il tarixdə Təhsil Nazirliyi nümayəndələrinin rəhbərliyi altında rayonun IX və XI sinif şagirdlərinin buraxılış imtahanları keçirilmişdir. XI siniflərin  imtahanlarında 1313 şagird iştirak etmişdir. Onlardan 165 nəfəri "2"  qiymət, 1148 nəfəri isə müsbət qiymət almış, rayon üzrə XI siniflərin  müvəffəqiyyəti 87,4 % olmuşdur. IX siniflərdə isə müvəffəqiyyət 84,2% təşkil etmişdir...

Sevindirici haldır ki, bu il rayon  üzrə  ali  məktəblərə  qəbul olanların  sayı əvvəlki illərlə müqayisədə daha çox - 115 nəfər olmuşdur. 

Rayon üzrə 21 məzunumuz ali məktəblərə qəbulda  500-dən yuxarı, 7 nəfər isə 600-dən çox bal toplamışdır.

Təhsil işçilərinə  göstərdiyi diqqət və qayğıya  görə  rayonun təhsil işçiləri möhtərəm Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin  minnətdarlıqlarını  bildirirlər.

Rayonun  bütün  təhsil  işçiləri dövlət  tərəfindən  təhsil  sahəsində  qarşıya  qoyulmuş  vəzifələri yüksək səviyyədə  həyata  keçirmək  üçün   bundan  sonra  da  bütün qüvvə  və  bacarıqlarını sərf  etmək əzmindədirlər. 

R.ƏMİROV,
İmişli RTŞ-ın müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov