Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması

Bookmark and Share

Ölkəmizdə aparılan islahatlar, bazar iqtisadiyyatına əsaslanan yeni istehsal münasibətlərinin formalaşması, əməyin təşkilinin müasir formaları mükəmməl bilik, bacarıq və vərdişlərə yiyələnmiş, dəyişən iqtisadi şəraitə asanlıqla uyğunlaşan, yeniliyi yaradıcı şəkildə mənimsəyən çevik işçi qüvvəsi tələb edir. Bu baxımdan, böyüməkdə olan nəslin həyata praktik cəhətdən hazırlanması, uşaq və gənclərə yaşam üçün vacib ən sadə əməli, məişət, özünəxidmət vərdişlərinin aşılanması, onların əməyə məhəbbət ruhunda tərbiyəsi istiqamətində sistemli iş aparılması çox vacibdir. Məktəbin bu istiqamətdə apardığı işlərdə əmək hazırlığı fənninin tədrisinin daha çox rolu və payı vardır.

Bütün bunları nəzərə alaraq, mən tədris etdiyim əmək hazırlığı fənninin məzmununa daxil olan texniki, məişət, kulinariya, özünəxidmət kimi əmək növlərinin hər biri üzrə dərslərimi müasir tələblər səviyyəsində qurmağa, hər bir mövzunun təlim-tərbiyə və inkişaf vəzifələrini tam reallaşdırmağa çalışıram.

Müəllimlik fəaliyyətimin ilk illərindən başlayaraq fənnimi sevdirməklə yanaşı, şagirdləri həyata hazırlamaq, maddi ehtiyacı olduqda onu ödəyə bilən, məişətdəki ən sadə əmək əməliyyatlarını yerinə yetirməyi bacaran insanlar kimi yetişdirməyə səy edirəm. Dərsdə şagirdlərin sərbəst işləmələri üçün şərait yaradır, müasir, interaktiv təlim metodlarından geniş istifadə edirəm. Əmək hazılığı dərslərində fərdi, cütlərlə və qruplarla iş metodlarından istifadə xüsusilə səmərəli nəticə verir. Hər mövzuya uyğun metod seçirəm. Dərsin ilk mərhələsində "beyin həmləsi" metodundan istifadə edərək şagirdlərin mövzunu necə öyrəndiklərini aşkar edirəm. Hər şagirdin fikri mənim üçün önəmli olduğundan hamını dinləyirəm. Şagirdlərin arzu, istək və təkliflərini nəzərə alaraq dərsimin gedişini, ssenarisini qururam. Sonra isə hər hansı bir məmulatın və ya xörəyin hazırlanma texnologiyasını, insanın sağlamlığındakı və məişətindəki rolu və iş zamanı təhlükəsizlik qaydaları haqqında onları məlumatlandırıram. Frontal sorğu apararaq mənimsəməni yoxlayıram. Lazım olan ərzaq və ləvazimatları, hazırlama texnologiyasını şagirdlər iş dəftərlərində qeyd edirlər. Növbəti dərsdə nə hazırlayacağımızı qərarlaşdırırıq. Fikirlərimi kulinariya ilə bağlı keçdiyim bir dərsin nümunəsində bir qədər konkretləşdirim.

Dərslərin birində qərara aldıq ki, milli mətbəximizdə yüngül xörək hesab olunan "Lavaşiçi" hazırlayaq. Valideynlərin istəyi və ailənin maddi imkanlarına uyğun, könüllü olaraq lazımi ərzaq və ləvazimatlar şagirdlər tərəfindən dərsə gətirilir. Mövzuya həsr olunan ikinci qoşa saatda qızları qruplara bölürəm. Görüləcək işlər qruplar arasında bölüşdürülür. Qızlar ləçəklərini və önlüklərini geyinməkdə bir-birinə yardımçı olurlar. Əllərini sabunla yuyub öz masalarının arxasına keçirlər. Bir-birlərinə mane olmadan sərbəst şəkildə işləyirlər. Onlar özlərini sanki evlərində, öz mətbəxlərində hiss edirlər. Dərslərimiz 5-6-cı saatlara düşəndə əmək nəğmələri, bayatılar səsləndirərək şagirdlərin zehni yorğunluqlarını aradan qaldırmağa çalışıram. Birinci saatın sonunda lavaşın içinə qoyulası ərzaqlar (ət, göyərti, xiyar, pomidor, pendir) xırda-xırda doğranaraq ayrı-ayrı qablara yığılır. Sonra lavaş sərilərək üzərinə xama çəkilir, doğranmış ərzaqlardan düzülərək duz-istiot vurulur, sinifdəki uşaqların sayı qədər (oğlanlarla birlikdə) pay düzəldilir. Paylar salfetin arasında birdəfəlik qablarda verilir. Dərsin sonuna 10 dəqiqə qalmış növbətçilərdən biri oğlanları yeməyə dəvət edir. Səliqəli, təmiz, qənaətlə işləyən şagirdlərə təşəkkür edirik. Qızlar belə dərslərdə yemək masası arxasında əyləşənlərə qulluq etməyi də öyrənirlər. Sinifdə öyrəndiklərini evdə tətbiq edərək valideynlərini sevindirirlər.

Məktəbdə vaxtaşırı olaraq əmək hazırlığı dərslərində şagirdlərin hazırladıqları xörək və məmulatların satış-sərgisini təşkil edirik. Sərgi üçün işləri şagirdlər özləri proqramda "Ən yaxşı əl işinin təqdimatı" mövzusu keçilərkən seçirlər. Bu dərsə məktəbin direktorunu, sinif rəhbərini və təsviri incəsənətə marağı olan müəllimləri də dəvət edirik.

Kulinariya dərslərində hazırladığımız məmulatlardan təşkil olunan satış-sərgi isə digər sərgilərdən daha geniş formatda olması, bütün məktəb kontingentinin bu sərgidə həvəs və maraqla iştirak etməsilə fərqlənir. Müəllimlərin də sərgidən məlumatlı olmaları şagirdləri ona məsuliyyətlə hazırlaşmağa sövq edir. Həmin gün uşaqlar bufetdən heç nə almır, özləri hazırladıqları xörəkləri yeyirlər.

Satış-sərgini belə təşkil edirik: məktəbin dəhlizində stollar düzülür, onların üzərinə ağ süfrələr salınır, hazırlanmış xörəklər, şirniyyatlar qablara yığılaraq stolun üzərinə qoyulur. Hər bir məmulatın qarşısındakı açıqca üzərində onun adı, tərkibi və qiyməti haqqında məlumat verilir. Dəhliz uşaqların əl işləri ilə bəzədilir. Şagirdlərin əl işləri, təsviri sənət nümunələri, dəzgah işləri də satışa çıxarılır. Həm qızlardan, həm də oğlanlardan püşk atmaqla iki satıcı, iki xəzinədar seçilir. Xəzinədar üçün püşk riyaziyyatı yaxşı bilən şagirdlər arasında atılır. Onlar əmək formalarını geyib masa arxasında yerlərini tutur, sərgi iştirakçılarına xidmət göstərirlər. Fasilələr zamanı məktəbin müəllim və şagird heyəti, məktəbə gələn qonaqlar, valideynlər uşaqların böyük həvəslə hazırladıqları yeməkləri və əl işlərini alırlar. Biz, əmək müəllimləri isə kənardan müşahidə aparıb, lazım gəldikdə uşaqlara yardım edirik. Sərginin sonunda şagirdlərin hazırladıqları yeməklərin dəyəri xəzinədar tərəfindən hesablanıb sahiblərinə çatdırılır. Alıcılar sərgi haqqında təəssüratlarını və təkliflərini "Rəy və təkliflər" kitabına qeyd edirlər. Biz təklifləri uşaqlara oxuyuruq.

Liseyimizə bir bayram əhvali-ruhiyyəsi gətirən belə satış-sərgilər həm də şagirdlərin əmək tərbiyəsində mühüm rol oynayır.

Hazırda yeni bir layihə üzərində işləyirik. Dünya rekordlar kitabına düşmüş "Ən hündür bayraq" dirəyinin maketini penoplast üzərində pilə və muncuqlarla hazırlamaq qərarına gəlmişik. Layihəni başa vurandan sonra onun təqdimatını keçirəcəyik.

Əmək hazırlığı dərslərinin belə qeyri-ənənəvi iş forma və üsullarından istifadə olunmaqla keçilməsi fənnin qarşısında duran vəzifələri daha səmərəli reallaşdırmağa imkan verir. 

Gülsüm İBRAHİMOVA,
Bakıdakı 147 nömrəli texniki-humanitar
liseyin rəsmxət və əmək hazırlığı müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov