Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Azərbaycan aliminin  kitabı İranda nəşr olunub

Bookmark and Share

"Pedaqoji (təlim və tərbiyə) tarixi şərqdə". Müəllifi: Professor Fərrux Rüstəmov (Ustad-e Daneşqah). Tərcüməçi: Həsən Cəfəri Qənbəri. Təbriz - Bəmhar, Xurşidi-Afərin,  1389). 

 Son dövrlərdə tarixi - pedaqoji irsin araşdırılmasına maraq və diqqət demək olar ki, hər yerdə artmışdır. Bunu təbii hal kimi qəbul etmək olar. Çünki geriyə baxmadan, keçmiş pedaqoji təcrübələri öyrənib təhlil etmədən, onlardan nəticə çıxarmadan, həmçinin başqa xalqların təcrübəsini, pedaqoji fikrini öyrənmədən, müqayisələr aparmadan  cəmiyyətin müasir təhsilini müvəffəqiyyətlə qurmaq olmaz.

Mübaliğə etmədən deyə bilərik ki, Azərbaycan təhsili öz inkişafında həmişə mütərəqqi təcrübələrə əsaslanmış, xüsusilə Şərq fəlsəfi-pedaqoji fikrinə istinad etmiş, Qərb pedaqoji fikrindən faydalanmış, dünya pedaqoji təcrübəsinə əsaslanmış və özünün ildən-ilə təkmilləşən, yeniləşən müasir təhsil sistemini  qurmuş və bu sahədə də hər zaman qabaqcıl mövqedə olmuşdur.

Hörmətli təhsil nazirimiz, professor Misir Mərdanovun Azərbaycan təhsilinin keçmişi və bu günü ilə əlaqədar mətbuatda dərc etdirdiyi silsilə məqalələri, "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" (Bakı, 2009, 528 səh.), Azərbaycan təhsil tarixi ilə bağlı kitabları məhz təhsil tariximizdən, məktəb və pedaqoji fikir tariximizdən qaynaqlanan dəyərli əsərlərdir.

Dünya xalqlarının, Şərq pedaqoji  fikrinin, Azərbaycan məktəb və pedaqoji fikrinin araşdırılması ilə bağlı keçən əsrin 20-ci illərindən professorlardan X.Fikrət, B.B.Komarovski, Ə.Seyidov, M.Mehdizadə və H.Əhmədovun, dosent Ə.Tağıyevin Azərbaycanda yaratdıqları ənənə bu gün də yeni pedaqoji təfəkkür işığında daha mükəmməl şəkildə  uğurla davam etdirilir.

Pedaqoji fikir tariximizin araşdırılmasında öz dəst-xətti ilə tanınan, Şərq, Qərb, ümumdünya pedaqoji fikrinin  yorulmaz  tədqiqatçısı, həmişə məhsuldar elmi yaradıcılığı ilə seçilən, müasir Azərbaycan pedaqojişünaslığının əsasını qoyan pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun elmi nailiyyətləri bu gün nəinki respublikamızda, artıq beynəlxalq miqyasda  diqqəti cəlb edir. Onun  "Şərqdə  pedaqogika tarixi" adlı əsərinin bu yaxınlarda İranda nəşr olunması pedaqoji ictimaiyyətimiz üçün sevindirici hal olmaqla bərabər, həm də böyük elmi-pedaqoji, ictimai-siyasi və  tarixi hadisə kimi qiymətləndirilə bilər. Bu ilk pedaqoji hadisədir ki, Azərbaycan pedaqoqunun əsəri ana dilində 1000 tirajla İranda nəşr olunur. Bu, həmçinin Azərbaycan pedaqoq-aliminin əsərinə zəngin pedaqoji ənənələrə, qədim təhsil tarixinə  malik  İran İslam Respublikasında verilən yüksək qiymətdir.

Əsər İran İslam Respublikasının təhsil nazirinin və Xüsusi Siyasi İdarənin icazəsi ilə Təbrizdə ərəb əlifbası ilə Təbriz ləhcəsinə uyğunlaşdırılaraq Azərbaycan dilində nəşr edilmişdir. Bu, Təbriz əhlinə, bəlkə bir qədər də geniş miqyasda, 30 milyondan artıq azərbaycanlılara ana dilində ünvanlanmış dəyərli pedaqoji əsərdir. Kitabın birinci fəsli "Tərbiyənin meydana gəlməsi və onun inkişafı", ikinci fəsli "Qədim Şərqdə məktəb və tərbiyə", üçüncü fəsli "Xristianlığaqədərki dinlərdə tərbiyə və erkən xristianlıqda tərbiyə", dördüncü fəsli "Orta əsrlərdə Şərqdə məktəb və pedaqoji fikir", beşinci fəsli "İslam Şərq pedaqoji fikrinin mühüm qaynağıdır", altıncı fəsli  "19-cu əsrdə məktəb və pedaqogika" adlanır. Fəsillərin adından göründüyü kimi, əsər geniş bir dövrü əhatə etməklə özü 377 səhifədən ibarət olaraq Yaxın, Orta və Uzaq Şərqi əhatə etmişdir. 

Kitab və onun fəsilləri  haqqında ümumiləşmiş fikirlər söyləyərkən deyə bilərik ki, professor Fərrux Rüstəmov ilk dəfə olaraq Şərq dəyərlərini, Şərq müdrikliyini tədrisə gətirmişdir və müəllifin fikirlərindən aydın olur ki, ilkin pedaqoji fikirlər,  ilkin savad təlimi, əlifba, kitab, kitabxana,  mətbəə, kağız və qələmin icadı Şərqə məxsusdur. Əsərdə Şərq təhsilinin, Şərq pedaqoji fikrinin bitkin konsepsiyaya malik olduğu və onun Qərb təhsilinin inkişafına  təsiri aydın fakt və nümunələrlə göstərilir.

"Bir saat elm öyrənmək, altmış il nafilə ibadətdən yaxşıdır" - deyən Məhəmməd Peyğəmbər, "Elmü - ədəbdir kişinin ziynəti,  Elmü - ədəb olmasa yox rahəti", - deyən Həzrət Əli, "Ədəb bir tac imiş nuri-xudadan, Gey ol tacı, əmin ol hər bəladan", - deyən Farabi, "Ya olduğun kimi görün, ya göründüyün kimi ol", - deyən Cəlaləddin Rumi, "Əlinə, Dilinə, Belinə sahib ol!", - deyən Hacı Bektaş Vəli, "Oruc, namaz, zəkat bəzi hallarda vacib, bəzi hallarda qeyri-vacib sayılırsa, elm öyrənmək həmişə vacibdir", - deyən Qəzzali, "Ağıl ilə dövlət qazanmaq olar, dövlətlə ağıl qazanmaq olmaz", - deyən Keykavus və bu kimi müdrik fikirlər Şərq fəlsəfi-pedaqoji fikrinin məhsuludur.

Kitabın əvvəlində "Mütərcimin sözlüyü"ndə yazılır: "Təlim-tərbiyə mərkəzlərində çalışan adamların bir sırası elmin əsl qaynaqlarını yalnız  Qərbdə olan alimlərin əsərləri bilirlər... Təəssüf ki, Farabi, Biruni, Tusi, İbn Sina, Keykavus  kimi  alimlərin adını belə bilmirlər. Bu kitabda onlar haqqında ətraflı məlumat verilir. Kitabda Allaha inanmaq, xüsusilə İslam dinini əqidə üçün seçməklə bağlı  təkidli sözlər vardır.  Müəllif özünün müsəlman olmasını bildirir və o, "Quran"dan Həzrəti Məhəmməddən (s.ə.s), Həzrəti Əlinin  "Nəhcül Bəlağa"sından təlim-tərbiyə haqqında olan fikirləri  izah etmişdir. Bu kitab bizim xalqımızın savadlısı üçün də və savadsızı  üçün də  əhəmiyyətlidir. Bu kitab təlim-tərbiyə işi ilə  çalışan adamlar, o cümlədən  müəllimlər,  valideynlər,  ruhanilər, tələbələr, şagirdlər  və tədqiqatçılar üçün bir  mənbədir ".  

Rüfət HÜSEYNZADƏ,
AMİ-nin pedaqogika kafedrasının müdiri, pedaqoji
elmlər doktoru, professor, əməkdar müəllim

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov