Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Hər bir şagird kitabları sevməli və qorumalıdır

Bookmark and Share

Ulu öndərimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" müdrik sözlərini həmişə bəyənmiş və təqdir etmişəm. Bir millətin işıqlı istiqbala və gələcəyə  yiyələnə bilməsi üçün təhsilin önəmi danılmaz və şübhəsizdir. Odur ki, hazırkı iqtisadi inkişaf və dünyaya inteqrasiya şəraitində ölkəmizdə inkişaf etməkdə olan elm və təhsilin bizi hədəf seçdiyimiz parlaq və mütərəqqi gələcəyə qüvuşmağımızı daha da yaxınlaşdıracağını  düşünür və buna inanıram.

Bunları söyləyərkən əsas gətirdiyim, istinad etdiyim bir sıra amillər vardır, əlbəttə ki, yeni məktəblərin tikilməsi, mövcud olanların madditexniki bazasının yaxşılaşdırılması yolunda atılan addımlar və s. Belə amillərdən biri də tədris müəssisələrinin pulsuz dərsliklərlə təminatıdır. Bildiyimiz kimi, uzun müddət Azərbaycan məktəblərində yaşanan və tədrisin keyfiyyətinə bilavasitə mənfi təsir göstərən dərslik çatışmazlığı probleminin, artıq bir neçə ildir ki, həll edilməsi təqdirəlayiq hal olmaqla biz şagirdləri sevindirir. Zənnimcə, elm və biliyə meyil edən, dəyər verən və keyfiyyətli təhsil almaq istəyən hər bir şagird bundan ruhlanmışdır. Şəxsən mən bir Azərbaycan vətəndaşı və şagirdi olaraq qürurlanır və sevinirəm.

Ancaq, əfsus ki, hərdən kitaba qarşı etinasız münasibətlə qarşılaşarkən üzülməyə bilmirəm.  Birini bu və ya digər kitabı "vərəq" sanıb yazarkən və ya hər hansı bir şəkildə zədələyərkən görüncə,  bunların bizim üçün, təhsil ala bilməmiz üçün külli miqdarda vəsait müqabilində ərsəyə gəldiyini düşünərək təəssüflənir  və belələrini hər vəchlə əngəlləməyə və çəkindirməyə çalışıram.

Mənim düşüncəmə görə, yalnız kitaba qayğı ilə yanaşan, ona dəyər verən və hörmət edən kəs uğur və müvəffəqiyyətə nail ola bilər.  Kitaba qarşı xoş rəftar ona dəyər vermənin nişanəsidir, kitabı dəyərləndirən və sevən şəxs isə elmi dəyərləndirəndir. Odur ki, hər bir şagirdə kitabları sevməyi və qorumağı tövsiyə edirəm.  Əks təqdirdə, gələcək nəsillərin dövlətimizin bizlərə göstərdiyi qayğıdan tam yararlana bilməsini əngəlləmiş olarıq.  Ümumiyyətlə, bizim rifahımız üçün yaradılan, bizə bilgi verəcək, faydalana biləcəyimiz hər bir şeyə yüksək qiymət verib onu sevməliyik. Var olanı dəyərləndirərək, şübhəsiz, daha çox şey qazana bilərik. Və təbii ki, bütün bu keyfiyyətləri və xüsusiyyətləri bizlərə aşılamaq yolunda müəllimlərimiz də əsas rola malikdirlər. Düşünürəm ki, yuxarıda qeyd olunmuş  arzuolunmaz və xoşagəlməz hallardan qorunmaq üçün onların üzərinə maarifləndirmə baxımından ciddi və önəmli iş düşür.

Biz isə işıqlı Azərbaycan gələcəyinin bizlərə ehtiyacı olduğunu düşünsək, yaşadığımız dövrün ən yüksək keyfiyyətlərindən yararlanaraq layiqli vətəndaş ola bilmək yolunda daha da əzmlə çalışmaqla, bunu özümüz üçün ümdə amala çevirməklə xoşbəxt və firavan gələcəyə daha yaxın ola bilərik.   

Fəxri XANLARZADƏ,
Zərdab şəhəri 1 nömrəli H.Zərdabi
adına məktəb-liseyin XI sinif şagirdi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov