Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Kərimov Elgiz Kərim oğlu 

1971-ci il yanvarın 5-də Bərdə rayonunda anadan olmuşdu. 1987-ci ildə orta təhsilini başa çatdırmış, elə həmin il hərbi xidmətə çağırılmışdı. Əsgəri borcunu  yerinə yetirdikdən sonra doğma yurduna qayıtmışdı.

Elgiz 1991-ci ildə silaha sarılaraq doğma Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ torpaqlarına hücum etmiş erməni işğalçılarına qarşı mübarizəyə qalxmışdı. O, Əsgəran yaxınlığında gedən şiddətli döyüşlər zamanı xüsusi fəallıq göstərmişdi. 1992-ci il martın 12-də Naxçıvanik kəndində gedən ağır döyüşdə əsl qəhrəmanlıq göstərərək əsir düşmüş döyüşçü yoldaşlarını xilas etmiş, lakin özü yağı düşmən gülləsinə tuş gəlmişdi. O, öz xalqının azadlığı, Vətəninin bütövlüyü uğrunda işğalçılara qarşı mübarizə aparmaqdan qürur duyurdu. Elgiz vətəninin, xalqının, millətinin dar günlərində özünü döyüş meydanına atıb "təki Vətən yaşasın" deyib canını qurban edən, qəhrəmanlığı ilə tariximizin səhifələrində əbədiləşən övladlarımızdan biri idi. Vətənimizin, xalqımızın qeyrətini çəkən, qəlbinin hökmü ilə Azərbaycanın ərazi bütövlüyünü qoruyan gənc Elgizin qismətinə şəhidlik düşdü.

E.Kərimov 21 yaşında canindan artıq sevdiyi Vətən torpağını erməni işğalçılarından müdafiə edərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bərdə rayonunda dəfn olunub. 

Kərimov Kazımağa Mövsüm oğlu 

1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuşdu. Qubadlı rayonunda orta məktəbi bitirdikdən sonra bir müddət "Avanqard" qəzetində yığıcı işləmişdi. 1970-ci ildə indiki BDU-nun jurnalistika fakültəsinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra təyinatla "Azərbaycan məktəbi" jurnalına göndərilmişdi. Sonralar Goranboy rayonundakı Qızılhacılı kəndində Aqrar Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunmuş və bir müddət burada işləmişdi. 1991-ci ildə Goranboyda yaradılan özünümüdafiə batalyonuna komandir müavini təyin olunmuşdu. Qaraçinar, Meşəli, Erkəc və digər kəndlərdə aparılan əməliyyatlarda rəşadətlə vuruşmuşdu. Kazımağanın axırıncı döyüşü Meşəli ərazisində olmuşdu.  Onun dəstəsi bu ərazini düşməndən azad etməli idi. Elə bu zaman sıx meşəlikdə gizlənmiş hiyləgər düşmən qüvvələri meydanda görünərək onlara hücum etməyə başlayır. Bu gərgin döyüşdə K.Kərimovun dəstəsi erməni döyüşçülərini məğlub edərək tərk-silah etmişdi. Lakin bu ağır döyüşdə Kazımağa ayağından yaralanır. Onu Bakıya - xəstəxanaya çatdırırlar. Çox qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmur.

K.Kərimov 1992-ci il iyunun 15-də Bakıda xəstəxanada dünyasını dəyişib.

Evli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub. 

Kərimov Kərim Məhəmməd oğlu 

1971-ci il iyulun 2-də Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Tümendə Ali Hərbi Mühəndis Komandirləri Məktəbinə qəbul olunmuşdu. Kərim də Qarabağ hadisələri başlayanda azərbaycanlı tələbələrlə birlikdə darda olan Vətənin harayına gəlmişdi. O, təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirmiş, Biləcəridə təlim keçdikdən sonra Goranboy rayonuna yollanmışdı. 1992-ci ildə Tap-Qaraqoyunlu kəndi ətrafında erməni faşistləri tərəfindən minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatlarında o da fəal iştirak etmişdi. O, öz qorxmazlığı, Vətənə olan sevgi və məhəbbətini canı bahasına torpaqlarımızı yağı düşməndən qorumağa hər an hazır olan gənclərimizdən biri idi. Döyüşlərdə qəhrəmanlıqlar göstərmiş, savaş meydanında daim öndə getmiş, iştirak etdiyi döyüş əməliyyatlarında həmişə nümunə döstərmişdi. Kərim bir igid, cəsarətli və xalqına ürəkdən bağlı  mehriban, xoşxasiyyət bir insan, cəsur bir döyüşçü idi. Onun  yalnız bir istəyi, bir arzusu, bir amalı vardı. Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ torpaqları işğalçı erməni düşmənlərinin tapdağından azad olsun.

K.Kərimov 1992-ci il mayın 5-də Goranboy ətrafında erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 nömrəli Fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şərur rayonunun Qarahəsənli kəndində dəfn olunub. Doğulduğu bu kənddə büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var.  

Kovalyov Yuri Petroviç 

1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olmuşdu. 1972-ci ildə ailə üzvləri ilə birlikdə Krasnodar vilayətinə köçmüş və beş ildən sonra Bakıya qayıtmışdı. O, 1981-ci ildə paytaxtdakı 229 nömrəli orta məktəbi bitirmiş, 1982-ci ildə "Azərittifaq"ın reklam istehsalat kombinatında çalışmışdı. 1983-cü ildə ordu sıralarına çağırılmışdı. Yuri hərbi xidmətini başa çatdırdıqdan sonra - 1987-ci ildə Qırmızı Bayraqlı Xəzər Dəniz Hərbi Donanmasının 109 nömrəli miçmanlar və praporşiklər məktəbinə daxil olmuşdu. 1990-cı il sentyabrın 15-də DİN-in xüsusi təyinatlı polis dəstəsinə qəbul olunmuş, bir çox döyüş bölgələrində erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdi. O, artıq ciddi hərbçi təcrübəsinə, zəngin döyüş taktiki hazırlıq vərdişlərinə dərindən yiyələnmiş peşəkar bir əsgər idi. Komandanlığın tapşırığı ilə Yuri ən məsuliyyətli döyüş əməliyyatlarında iştirak edir, göstərdiyi igidlik və rəşadətə görə komandirlərinin təşəkkürünə layiq görülür.

Y.Kovalyov 1991-ci ildə Xocavənd rayonu ərazisində erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında igidlik göstərib və oktyabrın 3-də qəhrəmancasına həlak olub.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Bakıdakı 229 nömrəli orta məktəb onun adını daşıyır. 

Qasımov İxtiyar Qasım oğlu 

1970-ci il martın 22-də Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdu. O, səkkizinci sinfə kimi kəndlərindəki məktəbdə oxumuş və sonra təhsilini Bakıdakı kimya-biologiya təmayüllü məktəbdə davam etdirmişdi. İxtiyar daha sonra Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinə daxil olmuşdu. 1992-ci ildə isə könüllü olaraq hərbi xidmətə getmək üçün rayon komissarlığına müraciət etmiş və Ağdam bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdi. Həmin vaxt qəfildən qərargaha həyəcanlı xəbər gəldi ki, erməni yaraqlıları çoxlu qüvvə ilə rayonun Gülablı kəndinə hücuma keçiblər. Təcili kömək lazımdır. Bu xəbər qərargaha çatan kimi döyüşə hazırlıq əmri verildi. Sıraya ilk dayananlardan biri də elə İxtiyar oldu. O, xüsusi əmr alıb Gülablı kəndinə doğru üz tutdu. Hiyləgər düşmən isə kəndə mütləq əlavə qüvvələr gələcəyini bildiyindən Gülablıya gedən yolda pusqu qurmuşdu. İxtiyar ağlına belə gətirmədiyi bir yerdə atəş səsləri eşitdi.  O, yaxınlıqda olan düşmən tərəfə güllələr yağdırmağa başladı. Gərgin gedən döyüşlər bir xeyli davam etdi. Kəndə doğru irəliləyə bilməyən düşmən İxtiyarın şücaəti nəticəsində pusqu qurduqları yerdən qorxuya düşərək qaçdılar.

İ.Qasımov 1992-ci il iyunun 14-də Canyataq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonunun Salahlı kənd qəbiristanlığında dəfn olunub.Vaxtilə təhsil aldığl Salahlı kənd orta məktəbi onun adını daşıyır.  

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov