Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib

Bookmark and Share

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Moskvadakı "Bakı" kinoteatrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələr iştirak etmişlər.

Bu, RAGT-ın rəhbəri Leyla Əliyevanın azərbaycanlı tələbələrlə ikinci görüşüdür.

Görüşü ÜAK-ın prezidenti, Rusiya Tibb Elmlər Akademiyasının akademiki Məmməd Əliyev açaraq Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş tələbələrə diqqət və qayğısından danışmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri Leyla Əliyeva tədbirin iştirakçılarını salamlayaraq demişdir: "Mən əminəm ki, bu il bizim üçün uğurlu, parlaq və maraqlı olacaqdır və biz həm təhsildə, həm də RAGT-ın bütün layihələrinin həyata keçirilməsində müvəffəqiyyət qazanacağıq".

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli fəaliyyəti və müxtəlif sahələrdə planları barədə ətraflı məlumat vermişdir. O vurğulamışdır ki, bu il mayın 22-də Moskvada RAGT-ın yaradılmasının 1-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirə təkcə Moskva və Sankt-Peterburqdan deyil, İvanovodan, Tverdən, Vladivostokdan, Yekaterinburqdan və Rusiyanın digər regionlarından yüzlərlə qonaq gəlmişdi. Leyla Əliyeva demişdir: "Gördüyünüz kimi, RAGT-ın coğrafiyası daim genişlənir və bu, çox sevindirici haldır. Bu gün Azərbaycanın gənclər klubları Rusiyanın bir çox təhsil müəssisəsində fəaliyyət göstərir və gənclərimizin Vətənimizi müxtəlif ali məktəblərdə layiqincə təmsil etmək imkanı vardır".

RAGT-ın fəaliyyətindən danışan L.Əliyeva bildirmişdir ki, təşkilat müxtəlif sahələrdə mütəmadi olaraq çoxlu tədbirlər - konsertlər, seminarlar, konfranslar, fotosərgilər, Azərbaycan mədəniyyəti günləri və həftələri keçirir. Leyla Əliyeva demişdir: "Təşkilatımızın fəaliyyətinin başlıca istiqamətlərindən biri Heydər Əliyev Fondu ilə birlikdə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır. Tədbirdən məqsəd Azərbaycanın bu şəhərində 1992-ci ildə baş vermiş faciəli hadisələr barədə bütün qitələrin sakinlərinə həqiqəti çatdırmaqdır.

RAGT gənclərimizin iştirakı ilə keçirilən bütün idman tədbirlərini dəstəkləyir və sağlam həyat tərzini təbliğ edir. Bu həftə Seçenov adına Moskva Dövlət Tibb Universitetində İÇV/QİÇS probleminə həsr olunmuş konfrans keçirilmişdir. İndi fəallarımız müxtəlif regionlarda olacaq, ayrı-ayrı ali tədris müəssisələrində və məktəblərdə gənclərə bu virus barədə məlumat verəcəklər.

Bildiyiniz kimi, artıq bir neçə ildir ki, RAGT-ın saytı fəaliyyət göstərir və onun istifadəçilərinin sayı daim artır. Yaxın gələcəkdə saytda RAGT - televiziya açılacaqdır. Burada fəallarımızın özlərinin çəkdiyi videosüjetlər yayımlanacaqdır. Bu il RAGT-ın jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Nəşrdə gənclərin həyatının müxtəlif sahələrini işıqlandırmağa çalışmışıq". Leyla Əliyeva qeyd etmişdir ki, jurnalın yeni nömrəsi hazırlanır. O, maraqlı ideya və təklifləri jurnala göndərməyi təklif etmiş və onların arasından ən maraqlılarının dərc olunacağını vəd etmişdir.

Leyla Əliyeva bildirmişdir ki, yaxın gələcəkdə Moskvadakı Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan zalı açılacaqdır. Burada Azərbaycan ədəbiyyatı geniş təmsil olunacaqdır. O demişdir: "RAGT orada konfranslar, seminarlar, Azərbaycan dili, tarixi dərsləri təşkil edəcəkdir. Əlbəttə, biz təkcə həmyerlilərimizi deyil, bütün dostlarımızı orada görməyə şad olarıq".

RAGT-ın rəhbəri qeyd etmişdir ki, 2009-cu ildə RAGT əlaçı tələbələr üçün mükafat təsis etmişdir. Bundan əlavə, Heydər Əliyev Fondu aztəminatlı ailələrdən olan tələbələr üçün illik təqaüd ayırmışdır. O demişdir: "Ümidvaram ki, bu, tələbələrimiz üçün əlavə stimul olacaq və təhsildə və bütün digər işlərində daha yüksək nəticələr əldə etməkdə onlara kömək edəcəkdir".

Leyla Əliyeva bütün gəncləri RAGT ilə daha sıx əməkdaşlığa çağıraraq vurğulamışdır ki, qarşıda çoxlu planlar, ideyalar və layihələr vardır. O demişdir: "Mən ölkəmizin, Vətənimizin rifahı naminə fəal işinizə və səylərinizə görə hamınıza təşəkkürümü bildirmək istəyirəm. RAGT-ın qapıları hamının üzünə açıqdır və biz bütün işlərinizdə sizə yardım etməyə və sizi dəstəkləməyə hazırıq".

Sonra mükafatlar təqdim olunmuşdur. Leyla Əliyeva RAGT-ın "Əlaçı mükafatı"nı, habelə Heydər Əliyev Fondunun mükafatlarını təqdim etmişdir.

Təqdimat mərasimindən sonra Rusiya Humanitar Universitetinin 2-ci kurs tələbəsi Jalə Cavadova, Birinci Moskva Tibb Universitetinin 5-ci kurs tələbəsi, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı xətti ilə təhsil alan Mirtapdıq Talıbov, habelə valideyn Mahirə Cəlilova çıxış etmişlər. Onlar ölkə vətəndaşlarının Rusiyada təhsili üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, RAGT-a və ÜAK-a təşəkkürlərini bildirmişlər.

ÜAK-ın təhsil komitəsinin sədri Tofiq Məlikov Konqres adından əlaçı tələbələri təbrik etmişdir. O xüsusi vurğulamışdır ki, ÜAK-ın səyləri müsbət nəticələr verir və bu gün Rusiyanın ali məktəblərində 196 azərbaycanlı təhsil alır.

Görüşün sonunda ÜAK-ın prezidenti Məmməd Əliyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarının dünyanın ən yaxşı ali məktəblərində təhsil alması arzusu uğurla həyata keçirilir.

Qeyd olunmuşdur ki, "Lukoyl" Xeyriyyə Fondu da aztəminatlı ailələrdən olan tələbələr üçün xüsusi təqaüdlər təsis etmişdir. Bundan əlavə, ÜAK-ın prezidenti Məmməd Əliyev ali tibb məktəbində təhsil alan və maddi dəstəyə ehtiyacı olan iki tələbə üçün təqaüd ayırmışdır.

Görüş tələbələrin iştirakı ilə maraqlı konsert proqramı ilə başa çatmışdır.  

Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva

 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov