Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - 41

 

Təhsil naziri Azərbaycan Universitetində olub

Bookmark and Share

Ölkəmizin ilk özəl ali təhsil müəssisəsi olan Azərbaycan Universiteti 2010-2011-ci dərs ilinə yeni inşa olunmuş və ən müasir avadanlıqlarla təmin edilmiş binada başlayıb. Yeni bina, burada yaradılmış şəraitlə tanış olmaq, görülmüş işləri dəyərləndirmək məqsədi ilə Azərbaycan Respublikasının təhsil naziri cənab Misir  Mərdanov oktyabrın 21-də Azərbaycan Universitetində oldu, tələbə və müəllimlərlə görüşdü. Universitetin rəhbərliyi, müəllim-tələbə heyəti tərəfindən səmimi qarşılanan təhsil naziri öncə ümummilli lider Heydər Əliyevin binanın foyesindəki büstü önünə gül dəstəsi qoyub xatirəsini ehtiramla yad etdi. Sonra universitetlə tanışlıq başlandı.

Nazir auditoriyaları, digər tədris-yardımçı otaqları gəzərək  təhsilin keyfiyyətini, müəllim-tələbə fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün yaradılmış şəraitlə tanış oldu. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev nazirə məlumat verdi ki, yeni bina müasir tələblərə tam cavab verir, ən yeni texnoloji avadanlıq universitetin tələbə və müəllimlərinin ixtiyarındadır. Burada hamının istifadə edə biləcəyi sürətli kabel İnternet şəbəkəsi və Wi-Fi sistemi mövcuddur. Bütün auditoriyalar və inzibati iş yerləri kompüterlərlə təmin olunub, auditoriyaların hər birində proyektor quraşdırılıb. 250 kompüter və 30 proyektor mühazirə və seminar məşğələlərinin müasir təlim texnologiyalarının tətbiqi ilə aparılmasına imkan yaradır. Auditoriyalarda super tədris imkanına malik "ağıllı lövhə"lərdən istifadə olunur.

Jurnalistika ixtisası üzrə kadr hazırlığı üçün nəzərdə tutulmuş Studiya-Media Mərkəzində tələbə-jurnalistlərin ən müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi üçün bütün şərait yaradılıb. Bu mərkəzdən, habelə konfrans zallarından istənilən televiziya kanalı, dünyanın hər hansı universiteti ilə canlı yayım reallaşdırıla, telekörpu qurula və ya distant təhsil təşkil edilə bilər.

İnformatika və dil dərslərinin keçilməsi üçün universitetdə 6 tam kompüterləşdirilmiş auditoriya var. Tələbə İnternet zalında eyni vaxtda 23 tələbə kompüter arxasında əyləşib tədris tapşırıqlarını hazırlaya və İnternetdən materiallar toplaya bilər.

Təhsil naziri auditoriyaları, konfrans və elmi şura zallarını, İnternet zalını, kitabxananı gəzib bütün bunlarla əyani şəkildə tanış oldu. Elmi şura zalında Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universiteti ilə canlı bağlantı yaradıldı.

Təhsil naziri I və III kurs tələbələrinin ingilis dili və tarix dərslərində olub tələbə və müəllimlərlə söhbət etdi, onlara öz tövsiyələrini verdi.

Universitetlə tanışlıqdan sonra nazir yeni binanın sonuncu - 7-ci mərtəbəsindəki akt zalında müəllim və tələbələrlə görüşdü. Onları salamlayan və yeni binaya köçmələri münasibəti ilə təbrik edən Misir Mərdanov universitetdə gördüklərindən çox məmnun qaldığını, görülmüş işlərin, yüksək səviyyəli təchizatın onu sevindirdiyini söylədi, bütün bunlara görə universitetin rektoruna, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Professor Akif Musayevin təşəbbüskarlığı, yüksək təşkilatçılıq bacarığı sayəsində son illər Azərbaycan Universitetində təhsilin təşkili, keyfiyyətinin yüksəldilməsi, digər ölkələrin ali məktəbləri ilə ikitərəfli əlaqələrin qurulması istiqamətlərində böyük işlər görüldüyünü, uğurlar qazanıldığını deyən nazir bütün bunların ölkə ictimaiyyəti arasında universitetin nüfuzunun artmasına gətirib çıxardığını vurğuladı. Bildirdi ki, bunu bu il universitetə qəbul olunmuş 300 tələbənin ötən illərdəkindən fərqli olaraq daha yüksək ballarla bu ali məktəbə gəlməsi də sübut edir.

Çıxışının sonunda universitetin yaxın gələcəkdə nəinki ölkəmizdə, hətta regionda ən yaxşı ali təhsil müəssisəsinə çevriləcəyinə əmin olduğunu söyləyən nazir, professor-müəllim heyətini aparılan inkişafyönümlü işlərdə rektora yaxından kömək göstərməyə çağırdı. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - 41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov