Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - 41

 

Antroponimika sahəsində faydalı araşdırma

Bookmark and Share

Dilçiliyin xüsusi adların yaranması, dildə işlənməsi, inkişaf qanunauyğunluqlarının araşdırıldığı onomalogiya şöbəsində istənilən xüsusi ad  barədə məlumat verilir. Onomastik vahidlər keçmişi özündə əks etdirməklə mühüm informasiya daşıyıcısı kimi çıxış edir. Hələ XI əsrdə M.Kaşğarinin "Divani lüğəti-it türk" əsərində Azərbaycan dilinə aid xüsusi adların təhlilinə rast gələ bilirik. Daha sonralar V.V.Radlov, V.V.Bartold, V.A.Qordlevski, A.N.Samoyloviç türkdilli xalqların onomastik vahidlərinin tədqiqində əhəmiyyətli işlər görmüşlər.

Onomalogiyanın sahələrindən biri olan antroponimikada şəxs adları, onların linqvistik xüsusiyyətləri və semantikası öyrənilir. Şəxs adları ilə dürüst məlumat vermək bir qədər çətindir. Bu barədə məxəzlərin çox az olması bunu söyləməyə əsas verir. Odur ki, qədim adlarımız haqqında səhih məlumat verməyi bacarmış tədqiqatçılarımızın gördüyü iş, həqiqətən də, təqdirəlayiqdir. Antroponimikanın araşdırıcılarından biri olan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra müdiri, filologiya elmləri namizədi Aydın Paşayev antroponimikanın maraqlı bölmələrindən biri olan  poetik antroponimika sahəsində mühüm tədqiqatlar aparmış və tədqiqatının nəticəsini "Nizami Gəncəvinin poetik adlar aləmi" kitabında (redaktoru filologiya elmləri doktoru M.Adilov, rəyçilər professorlar Ə.Ağayev, A.Rüstəmova. Bakı: Mütərcim, 2010. 208 səh.) əks etdirmişdir. A. Paşayev Nizami əsərlərindəki indiyədək az tədqiq olunmuş şəxs adlarının hamısını əhatə etmiş, onların poetik və üslubi xüsusiyyətlərindən söhbət açmışdır. Diqqətəlayiq məsələlərdəndir ki, tədqiqatçı yalnız bununla məhdudlaşmamış, bir çox adları şərh edərkən əsərlərin kimin şəninə yazıldığını ətraflı şəkildə qeyd etmiş və həmin dövrün ictimai-siyasi vəziyyətini açıqlamışdır.

Beş hissədən ibarət tədqiqat əsərinin "Nizami və adqoyma ənənələri" adlı birinci hissəsində şairin tarixən türklərdə mövcud olmuş adqoyma ənənələrinə istinad etdiyi əsaslandırılmışdır. Məlumdur ki, qədim türk qəbilələrinin üzvləri uşaqlıqda birinci, yetkinləşdikdə ikinci, müəyyən vəzifə sahibi olduqda üçüncü adla tanınırdılar. Fikrimizcə, bu ənənə öz-özlüyündə bir tərbiyə metodu səciyyəsi daşıyır. Belə ki, özünə hörmət edən və etdirmək istəyən hər bir fərd şəxsiyyət səviyyəsinə qalxmağa çalışır və bunun da bilavasitə sübutu kimi qazandığı ad çıxış edir.

İkinci hissə "Obrazlar və adlar" adlanır. Burada A.Paşayev "Xəmsə"də istifadə olunan insan adlarını tarixi şəxsiyyət adları, dini, əfsanəvi və folklordan gələn apelyativ, alleqorik, mifonimik obraz adları olmaqla beş qrupda birləşdirir və onların hər birinin ətraflı izahını verir.

"Məcazi adlar"da isə Nizaminin Şərq ədəbiyyatında məşhur olan adlardan obraz adı kimi istifadə etməsindən savayı, onları bədii təsvir vasitəsi kimi də işlətməsindən bəhs olunur. Şair məcazi adlardan yararlanmaqla öz fikirlərini yığcam, lakin dolğun şəkildə ifadə edə bilmişdir. Tədqiqatçı Nizami əsərlərində işlənmiş onomastik bənzətmə, metafora, mübaliğə və metanimiya olmaqla geniş məlumat vermiş, həmçinin şairin adların mənalandırılmasında fonemlərdən də bir vasitə kimi istifadəsindən bəhs etmişdir.

Altı hərfi olan adıyla, bilsən,

Dünyanı bağlamış altı tərəfdən.

Bu altı hərf ki, şeş atdı yenə,

Düşdü nərd oyunu şahın xeyrinə.

("Leyli və Məcnun")

Burada şair Axsitanın altı hərfdən ibarət adının dünyanın altı tərəfini nərdtaxtanın altı xanəsi  ilə qarşılaşdırır.

"Xatırlama adlar" bölməsində "Xəmsə"də istifadə olunan atalar sözləri, zərb-məsəllər, habelə əfsanə və rəvayətlərdən qaynaqlanan adlardan bəhs olunur. Şair "Yeddi gözəl" poemasında Rast-Rövşənin satqınlığı və ədalətsizliyini təsvir edərkən, onun kimi insanlar tərəfindən Səyavuş, Cəmşid və Daranın başına gətirilən hadisələr belə xatırlanır:

İbrət kitabına baxanlar bilər,

Səyavuş bunlardan çəkmişdir nələr.

Cəmşid cəlalını xar etdi onlar,

Daraya dünyanı dar etdi onlar.

("Yeddi gözəl")

A.Paşayev özünün poetik antroponimika sahəsindəki gərəkli araşdırmasında adların yalnız etimologiyasını, poetik və üslubi xüsusiyyətlərini tədqiq etməmiş, onların yazılışından da bəhs etmişdir. Müəllif Nizaminin əsərlərində rast gəlinən bəzi adların bir neçə formada yazılmasının səbəbi kimi ərəb əlifbasının spesifik xüsusiyyətlərindən, həmçinin müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə yaşayan katiblərin savad dərəcələrindən asılı olduğunu vurğulayır.

Qeyd etmək lazımdır ki, filologiya elmləri namizədi Aydın Paşayevin "Nizami Gəncəvinin poetik adlar aləmi (Poetik antroponimika)" əsəri dahi şairin sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi baxımından faydalı olduğu kimi, həm də antroponimika sahəsində də dəyərli araşdırmadır. A.Paşayev bu işi layiqincə başa çatdırmış və bu elm sahəsinə qiymətli əsər bəxş edə bilmişdir.

Lalə MUSTAFAYEVA,
Sumqayıt Dövlət Universiteti
"Folklorşünaslıq" elmi-tədqiqat
laboratoriyasının kiçik elmi işçisi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - 41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov