Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Oktyabr 2010 - �42

 

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Son illər respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq  

ƏMR EDİRƏM: 

1. 2010-2011-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.

2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilsin.

3. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci ilin 13 fevral - 17 aprel tarixlərində keçirilsin.

3.1. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:

- Bakı şəhərində 13 fevral 2011-ci il tarixində;

- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad,  Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral 2011-ci il tarixində;

- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 13 mart 2011-ci il tarixində;

- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 27 mart 2011-ci il tarixində;

- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 03 aprel 2011-ci il tarixində;

- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 10 aprel 2011-ci il tarixində;

- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 17 aprel 2011-ci il tarixində;

- Peşə liseylərində 27 fevral 2011-ci il tarixində;

- Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.

3.2.Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılsın.

4. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:

- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad,  Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci il tarixində;

- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında  04  iyun  2011-ci  il tarixində;

- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində;

- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində;

- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy,  Qazax,  Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində;

- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində;

- Bakı şəhərində 17 iyun 2011-ci il tarixində;

- Peşə liseylərində 24 aprel 2011-ci il tarixində;

- Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.

5. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda  göstərilən tarixlərdə keçirilsin.

6. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tarixində Bakı şəhərində keçirilsin.

7. Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın.

8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın.

9. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında 2010-cu ilin oktyabr-noyabr aylarında təlimati işlər aparılsın.

10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta və tam orta təhsil səviyyələri üzrə imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.

11. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili əsasında zəruri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasın.

12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin və peşə liseylərinin direktorları:

12.1. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər;

12.2. İmtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdırsınlar;

12.3. Buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin etsinlər;

12.4. Ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin eksternat və payız imtahanlarında maksimum iştirakını təmin etsinlər;

12.5. Tam orta təhsil səviyyəsi üzrə şagirdlərin təkrar və eksternat imtahanlarında maksimum iştirakını təmin etsinlər.

13. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə və peşə liseylərinə lazımi köməklik göstərsinlər.

14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.

15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, yoxlama və buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin.

16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 oktyabr 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

29 Oktyabr 2010 - �42

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan  haqqında nə bilirəm" mövzusunda müsabiqənin keçirilməsi haqqında qərar
 
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası
 
Kollegiya iclasında ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olundu
 
Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi
 
Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kurslarının açılışı olub
 
Veteran müəllimlərin çağırışçı gənclərlə görüşü
 
Bakıda "İtalyan dili həftəsi"
 
Yeni məktəblərimiz
 
Səbail rayonundakı 130 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
 
Ankaradakı Bilkənd Universitetində BMT gününə həsr olunmuş tədbirdə Azərbaycan guşəsi açılıb
 
NDU-da elmi konfrans keçirildi
 
Qaraqoyunlu dövlətinin 600 illiyinə həsr olunmuş konfrans
 
ATU-da  Virtual  Layihə - Texnoloji Tədris  Mərkəzi açılıb
 
Azərbaycan alimi Ümumdünya Fəlsəfə Forumundan qayıdıb
 
Birinci kurs tələbələri ilə görüş
 
İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə
 
Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib
 
Ali təhsil sistemində novatorluq. Bakı Slavyan Universitetinin ali və orta təhsilin koordinasiyası istiqamətində layihələrinə dəstək verilir
 
18 nömrəli Bakı Peşə Liseyində təhsilalanların "Tələbə Parlamenti" yaradıldı
 
"Cəlil Məmmədquluzadə" kitabı Ukraynada nəşr olunub
 
"Mavi planet, dünya və ekoloji sfera"
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Balacaların "Payız" tədbiri
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov