Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Oktyabr 2010 - �42

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Quliyev Aqil Sahib oğlu 

1963-cü il sentyabrın 19-da Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş və indiki Azərbaycan Dövlət Neft Akademiyasının axşam şöbəsinə daxil olmuşdu. Üçüncü kursdan əsgəri xidmətə çağırılmışdı. Hərbi xidmətini və təhsilini başa çatdırdıqdan sonra 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdu. 1988-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Milli Ordu qərargahına gedərək hərbi xidmətə yazılmışdı. O, Ağdam bölgəsinə göndərilərək, rota komandiri təyin edilmişdi. Aqilin həyata keçirdiyi ilk döyüş əməliyyatı Xocalıda olub. 1992-ci il fevralın 18-dən 25-nə qədər davam edən aramsız döyüşlərdə onun rotası xüsusi igidlik  göstərərək onlarca erməni quldurunu məhv edib.

A.Quliyev 1992-ci il fevralın 25-də hər iki ayağından yaralanıb və bir neçə gündən sonra dünyasını dəyişib.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. 

Quliyev Vahid Həbibulla oğlu 

1955-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1972-ci ildə Zəngilan rayonunda Hacallı kənd orta məktəbini bitirmişdir. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, əsgəri xidmətini başa çatdırdıqdan sonra vətənə qayıtmış və 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə təhsilini başa çatdırdıqdan sonra təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. Üç il sonra Bakıya gələrək "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsində çalışmışdır. Vahid 1992-ci ildə isə könüllü olaraq döyüş bölgəsinə yollanmışdır. Ağdam istiqamətində gedən döyüşdə qəhrəmanlıq nümayiş etdirmiş, bir müddət orada döyüşdükdən sonra Qubadlıya göndərilmişdir. 1994-cü ildə yenidən Ağdam bölgəsinə qayıtmışdır. V.Quliyev xidmətə başladığı gündən atəşkəs elan olunana qədər düşmənin xeyli zirehli texnikasını sıradan çıxarmışdır. 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqustundan 2002-ci ilin oktyabrına qədər Ali Hərbi Məktəbdə baş müəllim işləmişdir. 2002-ci ildə ordudan tərxis olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 nömrəli Fərmanı ilə Quliyev Vahid Həbibulla oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir. 

Quliyev Emin Ələkbər oğlu 

1976-cı il avqustun 12-də Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdu. 1993-cü ildə paytaxtın 273 nömrəli məktəbini  bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. O, 1995-ci ildə Bakının Şubanı qəsəbəsinə ezam olunmuşdu. Burada özünün yüksək əsgəri keyfiyyəti ilə fərqlənmiş, daim komandirinin rəğbətini qazanaraq diqqət mərkəzində olmuşdu. 1995-ci ilin 17 mart hadisələrində Emin bir Azərbaycan əsgəri kimi öz vətənpərvərlik borcunu şərəflə yerinə yetirərək, dövlət çevrilişinə cəhdin qarşısının alınmasında xüsusi fəallıq göstərmişdi. O, yaralıların döyüş meydanından çıxarılmasında, aparılan əməliyyatlarda bir nümunəvi əsgər kimi şücaət göstərmişdi.

E.Quliyev həmin hadisələr zamanı qarşı tərəfdən atılan  güllə nəticəsində həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Quliyev Emin Ələkbər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Bakının Qaradağ rayonundakı 14 nömrəli xüsusi internat-məktəb, bir küçə və park onun adını daşıyır. 

Quliyev Zabit Adil oğlu 

1975-ci il iyunun 6-da Kürdəmir rayonunun Ərəbxan kəndində anadan olmuşdur. 1992-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirmiş, bir müddət kəndlərində təsərrüfat işləri ilə məşğul olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış və oradan da Dağlıq Qarabağa - döyüş bölgəsinə göndərilmişdir.

Z.Quliyev  Ağdam, Füzuli, Ağdərə, Tərtər bölgələrində erməni işğalçılarına qarşı gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Seysulan kəndi uğrunda gedən vuruşun ən qızğın çağında erməni təcavüzkarları döyüşə tankları yeritdilər. Bu zaman Zabit səngərlərdən birinə sığınıb tankların yaxınlaşmasını gözlədi. Öndə gələn tankı bir qədər yaxına buraxıb onu qumbara ilə məhv etdi. Bunu görən ikinci tank istiqamətini dəyişib onun üstünə yeridi. O, özünü itirməyib ikinci zirehlini də məhv etdi. Beləliklə, Zabit bu döyüşdə böyük şücaət göstərərək düşmənin 4 tankını partladaraq sıradan çıxarmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Quliyev Zabit Adil oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir. 

Quliyev Mədət Qəzənfər oğlu 

1958-ci il sentyabrın 27-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə şəhər 8 nömrəli orta məktəbi bitirmiş, 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. Təhsilini başa çatdırdıqdan sonra hərbi xidmətə çağırılmışdır. O, 1982-ci ildə ordudan tərxis olunaraq, Gəncədə "Dinamo" Cəmiyyətində təlimatçı işləmişdir. 1983-cü ildən Daxili  İşlər Nazirliyində çalışmağa başlamışdır. 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində regional şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. Elə həmin ildə Gəncə hadisələri zamanı həmkarları ilə birlikdə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında fəallıq göstərmişdir. M.Quliyev 1996-cı ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəis müavini, 2001-ci ildə həmin idarənin rəisi vəzifəsində çalışmışdır. 2002-ci ildə DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2004-cü ildən İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilmişdir. 2006-cı ilin martından bu günədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə Quliyev Mədət Qəzənfər oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir. Bir övladı var.

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ
 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

29 Oktyabr 2010 - �42

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan  haqqında nə bilirəm" mövzusunda müsabiqənin keçirilməsi haqqında qərar
 
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası
 
Kollegiya iclasında ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olundu
 
Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi
 
Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kurslarının açılışı olub
 
Veteran müəllimlərin çağırışçı gənclərlə görüşü
 
Bakıda "İtalyan dili həftəsi"
 
Yeni məktəblərimiz
 
Səbail rayonundakı 130 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
 
Ankaradakı Bilkənd Universitetində BMT gününə həsr olunmuş tədbirdə Azərbaycan guşəsi açılıb
 
NDU-da elmi konfrans keçirildi
 
Qaraqoyunlu dövlətinin 600 illiyinə həsr olunmuş konfrans
 
ATU-da  Virtual  Layihə - Texnoloji Tədris  Mərkəzi açılıb
 
Azərbaycan alimi Ümumdünya Fəlsəfə Forumundan qayıdıb
 
Birinci kurs tələbələri ilə görüş
 
İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə
 
Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib
 
Ali təhsil sistemində novatorluq. Bakı Slavyan Universitetinin ali və orta təhsilin koordinasiyası istiqamətində layihələrinə dəstək verilir
 
18 nömrəli Bakı Peşə Liseyində təhsilalanların "Tələbə Parlamenti" yaradıldı
 
"Cəlil Məmmədquluzadə" kitabı Ukraynada nəşr olunub
 
"Mavi planet, dünya və ekoloji sfera"
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Balacaların "Payız" tədbiri
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov