Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - � 43

 

Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub

Bookmark and Share

Təhsilin dünya standartlarına uyğun təşkilinə, dövrün tələblərinə cavab verən keyfiyyətli kadrlar hazırladığına, Avropa təhsil məkanına uğurlu inteqrasiyasına, bir sıra innovativ təşəbbüslərin ilk müəllifi və tətbiqçisi olduğuna görə Xəzər Universiteti ölkə ictimaiyyəti arasında böyük nüfuza malikdir. İlk ingilisdilli universitet, kredit sistemini ilk tətbiq edən ali məktəb kimi onun fəaliyyəti, xüsusən də Qərb təhsil məkanına inteqrasiya yönündə atdığı uğurlu addımlar ölkəmizin təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir. Bu günlərdə universitet həmin istiqamətdə atdığı daha bir orijinal addımla ölkədə əsl sensasiya yaratmışdır: amerikalı bir alim universitetə rektor təyin olunmuşdur. Bəs Azərbaycanın müasir ali məktəbləri üçün yenilik olan bu addım hansı zərurətdən yaranmışdır? Universitetin təsisçisi və yarandığı gündən rektoru olmuş tanınmış alim və şair Hamlet İsaxanlı indi hansı vəzifəni icra edir? Yeni rektor kimdir və onun universitetlə bağlı nə kimi planları var? Hazırda təhsil ictimaiyyətimizi də maraqlandıran həmin suallara cavab almaq üçün bu günlərdə Xəzər Universitetində olduq.

Universitetin İctimai Əlaqələr üzrə Departamentinin rəhbəri Əlövsət Əmirbəylidən öyrəndik ki, fəaliyyəti dövründə bu ali təhsil müəssisəsində həyata keçirilən bir sıra innovativ təşəbbüslər kimi yeni ideyanın da müəllifi Xəzər Universitetinin yaradıcısı və bu yaxınlaradək rektoru olmuş professor Hamlet İsaxanlıdır. Hamlet müəllim bu addımı Xəzər Universitetini Avropa, Amerika standartlarına daha da uyğunlaşdırmaq məqsədi ilə atıb. Universitet kollektivinin də bəyəndiyi və müdafiə etdiyi ideyanı həyata keçirmək üçün hələ bu ilin yanvar ayında Xəzər Universitetinin veb-saytında müvafiq elan yerləşdirilib. Elanda Xəzər Universitetinə rektor yerinə namizəd axtarıldığı bildirilib. Elanla bağlı dünyanın 30 ölkəsindən 40-a yaxın adam müraciət edib.

Hamlet İsaxanlı namizədlərin bir çoxu ilə Amerikada, Türkiyədə, Rusiyada şəxsən görüşüb, söhbətlər aparıb. Həmin görüşlərin nəticəsi olaraq amerikalı alim, Nyu-York Dövlət Universitetinin professoru Con Rayderə üstünlük verilib və o, Xəzər Universitetinin yeni rektoru təyin edilib.  Professor Hamlet İsaxanlı hazırda Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədridir. Direktorlar və Qəyyumlar Şurası Xəzər Universitetinin ən ali idarəetmə orqanıdır.

Ə.Əmirbəyli ilə söhbətdən sonra Xəzər Universitetinin yeni rektoru, professor Con Rayderlə görüşüb ondan qəzetimiz üçün müsahibə aldıq:

- Cənab rektor, yeni təyinatınız münasibəti ilə sizi təbrik edirik. İstərdik öncə özünüz haqqında oxucularımıza məlumat verəsiniz.

- Təbrikə görə sağ olun. Mən Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olmuşam. Bu şəhərdə, onun ətrafında böyüyüb boya-başa çatmış, burada təhsil almışam. 1969-cu ildə orta məktəbi bitirib Nyu-York Dövlət Universitetinə daxil olmuşam. Nyu-York Dövlət Universiteti böyük bir sistemdir, onun çoxlu bölmələri var. Bakalavr təhsilimi universitetin Kortlənd bölməsində almışam. 1973-cü ildə universitetin bakalavr pilləsini bitirib təhsilimi magistratura və doktoranturada davam etdirmişəm. 1977-ci ildə Stoni Bruk (Stony Brook) Universitetinin magistratura, 1982-ci ildə isə doktorantura proqramlarını başa vurmuşam. Fəlsəfə elmləri doktoruyam. Stoni Bruk Universiteti də Nyu-York Dövlət Universitetinin bir bölməsi sayılır.

1984-1985-ci illərdə Nyu-York Dövlət Universitetində fəlsəfədən mühazirələr oxumuşam, 1985-1995-ci illərdə professor kimi çalışmışam. 1995-ci ildə Şərqi və Mərkəzi Avropaşünaslıq layihəsi yaratmış və 1996-cı ilədək həmin layihənin direktoru olmuşam. Eyni zamanda 1994-1996-cı illərdə universitetin Fəlsəfə Departamentinə sədrlik etmişəm. 1996-cı ildən 2002-ci ilədək Nyu-York Dövlət Universitetinin İncəsənət elmləri fakültəsinin dekanı vəzifəsini icra etmişəm. 2002-ci ildən 2010-cu ilin iyun ayınadək Nyu-York Dövlət Universitetinin Amerika və Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşam, 2010-cu ilin fevralından həmin universitetin İnzibati Qurumunun Beynəlxalq Proqramlaşma Şöbəsinin direktoru işləmişəm. Bu ilin sentyabrından isə, artıq bildiyiniz kimi, Xəzər Universitetinin rektoruyam.

1991-1995-ci illərdə sədri olduğum Fəlsəfə Departamenti kiçik olsa da, 5 tam ştatla 10-dan az olmayan ixtisas və əlavələr üzrə fəaliyyət göstərirdi. Departament ümumi təhsil üçün fakültəyə, kollec tələbələrinə də lazımi şərait yaradırdı. İncəsənət elmləri fakültəsində dekan işlədiyim müddətdə fakültənin 16 akademik departamentinə və 3 mərkəzinə rəhbərlik edirdim. Fakültədə 160 akademik proqram, 1700 tələbə var idi.

Nyu-York Dövlət Universitetində Rusiya və Amerikaşünaslıq Mərkəzinin, Beynəlxalq Proqramlar Şöbəsinin direktoru vəzifələrində işləyərkən əsas vəzifəm administrasiya ilə əməkdaşlıq yaratmaq idi. Şöbədə çalışarkən əldə etdiyim ən böyük uğurlardan biri Türkiyə, Rusiya, Çin, Meksika və digər ölkələrlə ikitərəfli proqramların işlənməsi olub. Mərkəzimiz tərəfindən Nyu-York və Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, habelə Rusiyanın digər universitetləri ilə bakalavr və magistr dərəcələri üçün ikitərəfli müxtəlifsahəli təhsil proqramları, Nyu-York Dövlət Universitetinin alimlərinin Rusiyaya, Rusiya alimlərinin isə Nyu-York Universitetinə qarşılıqlı səfərləri təşkil olunmuşdur.

Evliyəm. Həyat yoldaşım rusdur. O da fəlsəfə müəllimidir. Sankt-Peterburq Dövlət Universitetində işləyir. İş yerlərimiz bir-birindən çox uzaq olsa da, tez-tez bir-birimizə baş çəkirik.

- Necə oldu ki, Xəzər Universitetinin elan etdiyi rektor müsabiqəsinə qatıldınız?

- Müsabiqə haqqında xəbəri dostum, Azərbaycan Dillər Universiteti 1-ci ingilis dili fakültəsinin dekanı Əfqan Abdullayevdən eşitdim. Əfqan müəllim mənə yazdı ki, Hamlet İsaxanlı elan verib, Xəzər Universitetinə rektor lazımdır. O mənə həmin müsabiqədə iştirak etməyi təklif edirdi. Yazırdı ki, səni bu vəzifəyə layiq bilirik. Nəticədə mən müsabiqədə iştirak etdim. Özüm haqqında geniş materialı - sənədləri  Hamlet müəllimə göndərdim. Sonra biz görüşüb bu məsələni birlikdə müzakirə etdik və bu nəticəyə gəldik ki, mən bura gəlim. Ondan sonra da bu proses davam etdi və gördüyünüz kimi, mən artıq buradayam.

- Nə qədər müddətə rektor təyin olunmusunuz?

- Müqavilə 2 illik müddətə bağlanıb. Əgər həmin müddətdə Hamlet müəllim və universitetin digər məsul şəxsləri fəaliyyətimdən razı qalarlarsa, bu müddət uzana da bilər. Yəni müqavilənin müddəti artırıla bilər.

- Xəzər Universiteti haqqında əvvəlcədən məlumatınız var idimi?

- Bəli, var idi. İki il öncə mən dünya universitetləri təşkilatının direktoru kimi Azərbaycan Dillər Universitetində keçirilən konfransda iştirak edirdim. Konfransda Xəzər Universitetindən nümayəndələr, o cümlədən rektor Hamlet İsaxanlı da var idi. Konfransdan sonra Hamlet İsaxanlı məni universitetlərinə dəvət etdi. Onunla və Xəzər Universitetinin konfransda iştirak edən müəllimləri ilə buraya gəldik. Universiteti gəzib onun fəaliyyəti ilə yaxından tanış oldum.

Ümumiyyətlə, 25 il ərzində mən keçmiş sovet ölkələrində çox olmuşam. Bu ölkələrin təhsil sistemi, idarəçiliyi haqqında xeyli məlumatım var.

- Universitetlə bağlı nə kimi planlarınız var?

- Xəzər Universiteti Azərbaycanda ingilisdilli ilk özəl ali məktəbdir. Burada humanitar, incəsənət, sosial və iqtisadi elmlər, təbiət və mühəndislik sahələri üzrə bakalavr və magistr pillələrində tələbələr təhsil alır. Rektor kimi mənim məqsədim universitetin həm ölkədə, həm də beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmək, akademik uğurlarının gündən-günə artmasını təmin etməkdir.

Bildiyiniz kimi, hazırda dünya təhsil sistemində çoxlu dəyişikliklər baş verir. Çalışacağam ki, həmin dəyişikliklərlə Xəzər Universitetini tanış edim, onları bu universitetə gətirim və beləliklə də onun fəaliyyətini daha da genişləndirim.

- Xəzər Universiteti dünyanın bir çox ölkələrinin ali məktəbləri ilə əlaqə saxlayır, bir sıra beynəlxalq təhsil proqramlarında iştirak edir. Bəs Nyu-York Dövlət Universiteti ilə əlaqələri necə, vardırmı? Bu əlaqələrin yaranması  və inkişafı üçün nə etmək fikrindəsiniz?

- Əlbəttə, bununla bağlı planlarımız da var. Mən təkliflər hazırlayıram. Onları həm Nyu-York Dövlət Universitetindəki kolleqalarıma göndərəcəm, həm də buradakılarla müzakirə olunacaq. Təkcə Nyu-York Dövlət Universiteti ilə deyil, Nyu-Yorkdakı digər universitetlərlə də səmərəli əməkdaşlıq əlaqələri yaratmağı nəzərdə tuturuq. Çinin, Amerikanın hansı universitetləri ilə əlaqəm var, çalışacağam Xəzər Universitetinin onlarla da əlaqələri yaransın. Mövcud əlaqələri daha da genişləndirməyi, müəllimlərimizi təcrübə keçmək üçün tərəfdaş universitetlərə göndərməyi planlaşdırırıq.

- Xəzər Universitetinin mövcud durumunu necə qiymətləndirirsiniz? Universitet xoşunuza gəlirmi? Amerika universitetləri ilə müqayisədə buradakı maddi tədris bazasını qənaətbəxş hesab etmək olarmı?

- Əlbəttə, olar, maddi baza, təhsil şəraiti normaldır. Universitetin bir neçə tədris korpusu, kampusu var. Onlar müasir tələblərə tam cavab verir. Texniki baza xüsusilə çox yaxşıdır. Misal üçün, təkcə universitetin kitabxanasını göstərə bilərəm. Onun işi çox gözəl qurulub, zəngin kitab fondu var. İKT ilə təminat baxımından da universitetdə vəziyyəti normal hesab edirəm. Universitet İnternet sisteminə qoşulub. Mən hazırda onun daha sürətli olması üzərində işləyirəm. İnternetin sürətini artırmaqda məqsəd yaxın gələcəkdə xarici universitetlərlə əlaqələr qurub onlayn təhsil sistemini inkişaf etdirməkdir. Bu sistemlə universitetimizə digər ölkələrdən tələbələr cəlb etmək istəyirik. Təhsil sisteminə gəldikdə isə ilk gündən Xəzər Universitetində təhsil sistemi, tədris planlarının hamısı Amerika təhsil sistemi bazasında yaradılıb, ona uyğundur. Təhsildə Amerika tədris sistemindən istifadə olunur. Burada Boloniya prosesinin, demək olar ki, bütün şərtlərinə əməl olunur, onun prinsipləri həyata keçirilir.

- Tələbələrlə, müəllimlərlə ünsiyyət zamanı çətinliyiniz olmur ki?

- Yaxşı sualdır. Tələbələrlə unsiyyətdə çətinlik çəkmirəm. Çünki bütün tələbələr ingilis dilini bilir. İngilis dilini bilməyən bəzi həmkarlarımla isə rus dilində danışıram. Mən bu dili də bilirəm. Dekanlarla, prorektorlarla görüşlərdə, adətən, 3 dildən - Azərbaycan, ingilis və rus dillərindən istifadə olunur.

Keçirilən görüşlərdə, iclaslarda da bu baxımdan problem olmur.

- Maraqlı müsahibə üçün sağ olun.

Müsahibəni apardı:
Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - � 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov